(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
İran vətəndaşına qarşı cinayət törədən azərbaycanlı futbolçunun cəzası azaldıldı

İran vətəndaşına qarşı cinayət törədən azərbaycanlı futbolçunun cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Futbolinfo.az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, həmin şəxslərin ittiham olunduqları quldurluq (181) maddəsi soyğunçuluq (180) maddəsinə tövsif edilib. M.Məmmədovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 ilə, digərlərinin cəzası isə 3 il 6 aya endirilib.

Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.

Məhkəmə istintaqı dövründə üç nəfərdən yalnız M.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilmişdi. O.Atayev və M.Məmmədov barəsində məhkəmə istintaqı dövründə həbs qətimkan tədbiri seçilsə də, onlar sonradan azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.

Məlum olub ki, saxlanılanlardan M.Məmmədov M.Məhərrəmovun qaynıdır. M.Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalında həbs ediliblər. O.Atayev, M.Məmmədov isə 4 il azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər. (Report)


 
tarix: 20-03-2018 13:16


 
Xəbər lenti
20.07.2018

02:01   Roberto Bordin: “Bu, bizim üçün çox ağır nəticədi”

01:53   “Neftçi” 4 cavabsız qola üzüldü - VİDEO

01:46   “Keşlə”nin işə yaramayan qələbəsi - VİDEO

01:38   “Sumqayıt”ın Qətər klubu ilə heç-heçəsi - VİDEO

01:21   Avroliqada gecənin bütün nəticələri

00:48   “Neftçi” də mübarizəni erkən dayandırdı

00:05   Sənan Qurbanov qovuldu

19.07.2018

23:25  “Qəbələ” də Avroliqanı qələbə ilə tərk etdi

21:57  “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49  “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56  “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21  “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46  “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04  İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14  "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08  “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55  Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35  Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01  Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12  İlk yoxlama matçında 5 cavabsız qol

13:07  “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33  “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11  “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05  Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54  Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35  Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07  Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03  Həminki “Qarabağ”

10:22  “eTopaz”da günün canlı oyunları

10:17  Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11  “Qarabağ”ın potensial rəqibləri

10:06  Millimizin üzvünün debütü

10:00  “TOPAZ”DA BU GÜN

09:53  Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31  Vaqner da Silva: “Bu, məni narahat etmir”

03:14  “Neftçi” Budapeştdə - VİDEO

02:31  Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az