(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Kosovoda qar yağıb, AFFA hələ bayramlaşır

Kosovoda qar yağıb, AFFA hələ bayramlaşır

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Azərbaycan millisinin mübarizə apardığı 5-ci seçmə qrupunda iki qarşılaşma baş tutacaq.
 
Futbolinfo.az xəbər verir ki, matçların birində yığmamız Kosovonun qonağı olacaq. Baş məşqçi Rəşad Sadıqov ilk seçmə oyununda xala ümid edir. Çünki rəqib təcrübəsiz, eyni zamanda bizimkilər kimi aşkar autsayderdi.
 
Düzdü, Kosovonun 7, bizimkilərin 1 xalı var. Üstəlik, matç Bakıda yox, Mitrovitsa şəhərindəki Adem Yaşari Olimpiya stadionunda baş tutacaq. Lakin bu, məşqçilər heyətinə bəhanə verməməlidi. Yaşar Vahabzadə belə zəif rəqibi evdə yenə bilmədiyi üçün istefaya göndərilib, onu əvəz edən Sadıqov fərqi ortaya qoymalıdı. Kosovonun qazandığı 2 qələbənin Norveç üzərində olduğunu da xatırladaq. Bu oyunlardan birində rəqib texniki məğlubiyyətlə cəzalanıb, digərində həmin yenilgiyə səbəb olan səhvin bədbin əhval-ruhiyyəsi nəticəyə təsir edib.
 
Bu səbəbdən millidən ən azı heç-heçə gözləməyimiz təsadüfi deyil. Milli komandalardakı son məşqçi dəyişikliklərinin bəhrəsini görmək vaxtıdı. Dəyişiklik naminə dəyişikliklə, komandaların əl dəyişməsi ilə kifayətlənmək olmaz.
 
Doğrusu, hazırda milli komandalarla bağlı ciddi informasiya qıtlığı hiss olunur. Vacib oyunlar ərəfəsində AFFA-nın rəsmi saytı “yatıb”, mətbuatın da Kosovodan informasiya almaq imkanı yoxdu. Yalnız internet resurslarından yararlana bilirik, bu da kifayət etmir. Yalnız dünən bəlli olub ki, sən demə, U-21 artıq rəqib ölkədədi. Bakıdakı hazırlıq, səfər proqramı və s. barədə bilgi yoxdu. Kosovo mənbələrinə istinad edərək burada güclü qar yağdığını, matçın keçiriləcəyi stadionda son məşqin baş tutmadığını öyrənə bilmişik.
 
Millinin diqqətdən kənar qalması xoş mənzərə deyil. Yığmalara yeni ruh gətirəcəyi gözlənilən yenilər yavaş-yavaş sıradan birinə çevrilir, onlara bəslənən ümidləri dəfn edirlər. AFFA onlara Vahabzadə qədər də diqqət ayırmır və bu, təsadüfi deyil, bilərəkdən edilir. Ümid edirik, növbəti məğlubiyyət meydanda alınmaz.

 
tarix: 22-03-2018 09:01


 
Xəbər lenti
25.09.2018

22:36   “Qarabağ”la “Zirə”nin 13-cü dueli

19:23   Müəmmalı transferin təfərrüatı

18:36   Birinci Divizionda 5-ci turun hakim təyinatları

18:11   Yığmamızdan Moldova ilə heç-heçə

17:40   Bordinlə Qurbanov irəlilədi

16:54   “Keşlə”dən ayrılan serb futbolçu rəsmən “Sabah”da

16:41   “Qarabağ”da 2 yubiley

16:15   “Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

16:03   Yığmamızın oyunlarının başlama vaxtı açıqlandı

15:41   “Qarabağ” - “Arsenal”: 20 min bilet satılıb

15:27   “Neftçi”: 8 ildən sonra ilk dəfə

14:38   “Qarabağ”ın rəqibi erməni futbolçusunu da itirdi

14:12   Qriqorçuk “Astana” ilə yollarını ayırıb?

13:38   “Qarabağ”la oyunda zədə alan futbolçu 1 ay oynamayacaq

13:20   Topaz Premyer Liqasında 6-cı turun hakimləri bəlli oldu

13:09   “Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

12:56   Messi Ronaldoya səs verib

12:46   “Kəpəz”in futbolçusu 3 oyunluq cəzalandı

12:29   Abasovla Bordinə 1, “Sumqayıt”ın məşqçisinə 10 oyunluq cəza

11:54   Utkin Şeydayevin hərəkətini axmaqlıq sayır

11:00   “eTopaz”da günün canlı oyunları

10:44   Kamran Ağayev qaliblərə inanmırmış

10:30   Super Liqa klubunda yeni baş məşqçi

10:15   Elədi, “Gedin, sabah gələrsiz”!

10:00   “TOPAZ”DA BU GÜN

09:30   “Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı

09:00   Qurban Qurbanov isminin 6 halı

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az