qaynar xətt
Qurban Qurbanov: “Bu olmasa, nəticə də olmayacaq”
Sabah Belarusla yoxlama oyunu keçirəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu bu oyuna ciddi hazırlaşıb. Hamı bilir ki, bizi qarşıda hansı oyunlar gözləyir. Futbolçularla söhbət etmişəm. Sabahkı matçda ən doğrusunu etməyə çalışacağıq.
- Legionerlərin durumu necədi? Xüsusilə, sabah Araz Abdullayevi start heyətində meydanda görə biləcəyik?
- Futbolçuların vəziyyəti yaxşıdı. Arazı sabah start heyətində görmək ehtimalımız çoxdu.
- Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. Sizcə, bu sistemə ehtiyac var?
- Bu sistem yaranandaan onun tərəfdarı olmuşam. Müzakirələrə səbəb olan epizodlar çox olub. Bəzi komandaların haqqı əlindən alınıb. Buna görə bu texnologiyanın tərəfdarıyam. Oyunlarımızda bu sistemdən istifadə olunmasını istəyərdim. Həmçinin də ölkə çempionatında.
- Millinin əsas iki hücumçusu - Ramil Şeydayev və Mahir Mədətovu U-21-ə göndərdiz. Bu, Rəşad Sadıqovun istəyi idi?
- Həmin oyunçuların potensialına bələdəm. Onların bu matçlarda çıxış etmək ehtimalı az idi. Çünki hücum xəttində yeni futbolçuları sınamaq istəyirdim. Sabahkı oyunlarda bir neçə dəyişiklik edib, bəzi futbolçuların nəyə qadir olduğuna şahid olacağıq.
- Millətlər Liqası və AÇ-nin seçmə mərhələsinin sizin üçün fərqi var?
- Fərqli turnirlərdi. Mən hazırda heç kimi zəif saymıram. Bu gün bizim zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdülər. Onlar daha istəkli olurlar. Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycanımız üçün nə demək olduğunu bilsinlər. Hansı turnir olsa, ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq.
- Oyun Olimpiya stadionunda olacaq. Ancaq bu arenaya yol bir qədər uzaqdı. Olmazdı ki, millinin oyunları Tofiq Bəhramov adına stadionda olsun?
- Azarkeş amili çox mühümdü. Əvvəl mən də ÇL-in qrup oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq orda oyunlar keçirdikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Narazı qalmadım. Daha çox azarkeş gəldi. Düzdü, nəqliyyatla bağlı müəyyən problemlər oldu. Amma həmin stadion Avropa standartlarına uyğun arenadı. Problem görmürəm. Hələ vaxtımız var. Ola bilsin, gələn oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionunda və ya başqa arenada olsun. Məncə, azarkeşlər də Olimpiya stadionunu seviblər. Hər şey azarkeşlər üçündü.
- Ayaz Quliyev Rusiyanın U-21 millisinə dəvət olundu. Bir müddət öncə isə o, Azərbaycan millisində çıxış etməyin əleyhinə olmadığını demişdi. Onu da Ramil Şeydayev kimi ruslardan “oğurlamaq” mümkün olacaq?
- Bütün futbolçuları izləyirik. Biz hansısa futbolçunun Azərbaycan millisi üçün faydalı olacağını düşünsək, onu yığmaya dəvət etməkdən çəkinməyəcəyik. Zamanı gəldikdə, lazım olan futbolçuları çağıracağıq.
- Bu gün aşağı yaş qruplarında xeyli milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki siz yığmaya yeni gələndə, bu cür futbolçuların saynın azalacağı güman olunurdu...
- Hansı məşqçini dindirsən, deyəcək ki, istedadlı futbolçulara ehtiyacımız var. Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Əlbəttə, biz ilk növbədə azərbaycanlı futbolçuların xidmətindən yararlanmalı, yerli futbolçuların yetişdirilməsinə diqqət ayırmalıyıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq. Milliləşdirilmiş futbolçuların sayı bizdə də get-gedə azalır. (komanda.az)
15:02 ÇL-də yarımfinal matçlarının hakimləri açıqlandı
14:44 Hollandiya Kubokunu “Feyenoord” qazandı - VİDEO
14:28 Nazarovdan fantastik qol - VİDEO
13:46 “Qarabağ”ın futbolçusu Polşada rekordçu oldu
12:50 Püşk atıldı: Finalda “Keşlə” nominal meydan sahibi olacaq
12:05 UEFA Kubokunun qalibi bəlli oldu
11:53 Millimiz son oyunda da uduzdu
11:36 Dario Federikodan yubiley qolu
11:23 Dadaşovsuz növbəti məğlubiyyət
11:12 Seriya yubileylə qırıldı
11:00 “eTopaz”da günün canlı oyunları
10:41 Emin Nurinin komandası səfərdən 3 xalla döndü
10:22 Təbriz klublarından heç-heçə
10:00 “TOPAZ”DA BU GÜN
09:40 Abdullayev ehtiyatda qaldı, komandası liderə uduzdu
09:21 Elvinlə Dmitri oynadı, “Qarabağ” qalib gəldi
09:00 “Vurduğum qolu yeni doğulan balaca Ruslana həsr edirəm”
01:16 PSJ-yə 1 qol bəs etdi - VİDEOLAR
01:00 “Qarabağ”ın çempionluq oyunu - VİDEO
00:55 “Atletiko” evdə büdrədi - VİDEOLAR
00:48 “Yuventus” “Napoli”yə evdə uduzdu - VİDEOLAR
00:22 “Şalke”dən xal itkisi - VİDEO
00:07 “Arsenal”la MS böyük hesabla qalib gəldi - VİDEOLAR
23:58 “Beşiktaş”dan inamlı qələbə
23:49 “Çelsi” də finala çıxdı - VİDEO
23:07 “Qarabağ” çempionluğu belə təmin etdi - FOTOLAR
22:47 Qurban Qurbanov: "Komandama 5-dən artıq qiymət verməyəcəyəm"
22:04 Samir Abasov: “Əlimdən gələni edəcəm ki, “Sumqayıt”da qalam”
21:53 “Neftçi” “Qəbələ”ni tək qolla yendi - VİDEO
21:46 Tərlan Əhmədov: “Yeni müqavilə ilə bağlı kiməsə yalvarası deyiləm”
21:30 Roman Qriqorçuk: “Qəbələ” bundan artıq nə etməlidi?”
21:17 Qurbanov Mircavadovun rekordunu təkrarladı
21:09 “Qarabağ”dan 6-cı çempionluq
20:54 “Qarabağ” çempion!!!
19:54 Samir Əliyev: “Nəticə ədalətli oldu”
19:42 Yunis Hüseynov: “Bu gün biz qalib gəlməli idik”
19:26 “Səbail” - “Kəpəz” matçında heç-heçə - VİDEO
18:15 Nazarov Eratın komandasına qol vursa da, məyus oldu
17:02 Ufuk Budak oynamadı, komandası prinsipial oyunda xal itirdi
16:24 Eddi İsrafilov oynamadı, komandası xal itirdi
14:47 Dünya ulduzlarının xeyriyyə matçında 7 qol - VİDEO
12:01 “Neftçi” - “Qəbələ” matçının biletləri satışda
11:32 Quliyev oynadı, “Rostov” “Rubin”dən səfərdə xal aldı
11:00 “eTopaz”da günün canlı oyunları
10:43 Nəbiyev Gürcüstanda növbəti matçına çıxdı
10:23 Hümbətov oynamadı, komandası məğlub oldu
10:00 “TOPAZ”DA BU GÜN
09:42 Mahmudov 78 dəqiqə oynadı, “Ayntraxt” uduzdu
09:21 Paşayevin komandası 3 xalı 3 qolla qazandı
01:23 Kral Kubokunu “Barsa” qazandı - VİDEO
01:05 Marsel “Olimpik”i də 3 xalı 5 qolla qazandı - VİDEOLAR
00:48 “Milan” autsayderə uduzdu, “Roma” darmadağına sevindi - VİDEOLAR