(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Foqts kimi danışma, Qurban!

Foqts kimi danışma, Qurban!

Bir gündə 3 məğlubiyyət, ümumi top fərqi – 0:11. 10 ildi ölkə futbolunda dağıdılan milyardların nəticəsi bu olmamalıydı. Hər il büdcəsi 30-35 milyon manat ətrafında fırlanan AFFA-nın inkişafına çalışdığı əsl futbol tam başqa olmalıydı.
 
Sual verən yox, dövlətin pulunun hesabını istəyən gözə dəymir. Futbol funksionerləri dövlətin xalqın boğazından kəsib bu idman növünə səxavətlə ayırdığı maliyyəni eyni acgözlüklə dağıdır. Və o qədər arxayındılar ki, dünya veclərinə deyil. Ölkədə klub sayı, futbolçu sayı ən minimum həddə çatıb, sabaha ümid qalmayıb, lakin kimsə pulların hara xərcləndiyinin hesabını soruşmur.
 
Dünən əvvəlcə 17 yaşadək qızlardan ibarət millimiz uduzdu. Avropa çempionatının elit-raundunda Almaniya ilə görüş 0:5 hesablı məğlubiyyətlə bitdi.
Daha sonra Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ruslarla görüşdü. Rusiya U-19-u “Dalğa Arena”da baş tutan yoldaşlıq görüşündə 4:0-a sevindi.
Və axşam 21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə bacarmadı. 0:2 hesabı qrupumuzun ən zəifi sayılan Kosovonu 2-ci pilləyə şərik etdi, bizimkilərin sonuncu yeri tutacağını indidən dəqiqləşdirdi.
 
Bəhanələr var. Almanların əbədi favorit olduğunu deyənlər bəlkə də haqlıdı. Qadın futbolunda o səviyyədə deyilik. Bəs, ruslara evdə 4 top fərqiylə uduzmağın adı nədir? Adi yoxlama oyununda qonağa belə yenilginin bəhanəsi yoxdu. Sınaq matçındakı nəticə ciddi qəbul edilməyə bilər, lakin 0:4 nəticə deyil, biabırçılıqdı.
 
Bəs, U-21-lə bağlı nə deyək? Rəqib nə Almaniya, nə Rusiya deyildi. Sabiq Yuqoslaviyanın bir qəsəbəsi sayıla biləcək Kosovo bizimkilərə futbol dərsi keçdi. Baş məşqçi Rəşad Sadıqovun ilk rəsmi matçıyla bağlı hansısa açıqlamaya rast gəlməmişəm, bəlkə də deməyə sözü qalmayıb. Əvəzində statistika “danışır”. Kosovolular 2:0 bitən oyun ərzində qapıya 15 zərbəyə imkan tapıblarsa, Azərbaycan yığması cəmi 3 belə imkan əldə edib. Bunun da heç birində futbolçularımız “çərçivə”yə düşə bilməyib.
 
Ayrı-ayrı fərdləri, futbolçuları, məşqçiləri qınamaq olmur. Hə, məğlubiyyət varsa, tənqidlər olmalı, çatışmazlıqlar qeyd olunmalıdı. Lakin bütün ölkə futbolu xəstədirsə, bunun günahı 5-6 nəfərdə deyil, sistemdədi. Ölkə futbolu düzgün idarə olunmur, 10 ildi maliyyə dağıdılır, optimal strategiya seçilmədiyindən quyunun dibindəyik. Nə milli komandalar, nə klublar üçün istedadlı futbolçular yetişməyib. Və dünənki 3 məğlubiyyətin də başlıca günahkarı AFFA-dı.
 
U-21-in seçmə mərhələlərdəki qələbəsiz oyunlar seriyası 9-a çatıb. 2015-ci il noyabrın 17-də Rusiya ilə ev oyununda 3:0 hesablı qələbədən sonra yığmamız artıq 856 gündü 3 xal sevinci yaşamır. AVRO-2017-nin son üç görüşündə Rusiya (2:2), Farer adaları (1:1) və Finlandiya (0:0) heç-heçələrini sıralayan yığmamız yeni tsikldə daha acınacaqlı nəticələrə imza atıb. AVRO-2019-un 6-cı oyununda 5-ci məğlubiyyətini alan komandamız yalnız Kosovoyla Bakıdakı görüşdə xal görüb – 0:0. İsrail və İrlandiyaya eyni – 1:3 hesabı ilə uduzan futbolçularımız iki dəfə Almaniya önündə aciz qalıb – 1:6, 0:7. Bir sözlə, 9 oyunluq qələbə həsrəti 4 heç-heçə və 5 məğlubiyyətdən ibarətdi. Bu müddətdə 6 top vuran komandamız 4 dəfə çox – 24-nü buraxıb.
 
Rəşad Sadıqovu yalnız Kosovo ilə oyuna görə qınamaq olar, bəs, digər matçlar? Uğursuzluqlar sıralanır, məşqçilər əlcək kimi dəyişir, nəticələr daha da pisləşir. Və ümumi rəy belədi: oyunçu potensialı yoxdu. O zaman AFFA illərdi nə ilə məşğul olub? Millilərin uğursuzluğu fonunda klublar avrokuboklarda nəticələri yaxşılaşdırıbsa, deməli, potensial var, onu üzə çıxaracaq idarəçilik lazımdı. “Qarabağ”, “Qəbələ” nümunələri göstərir ki, sadəcə, AFFA düzgün işləmir. Bəlkə AFFA rəhbərliyinin, onların strategiyasının dəyişməsi vaxtı çatıb? 10 ilə milyardlar qarşısında futbolu inkişaf etdirmək əvəzinə, onun kökünə balta çalan rəhbərliyi deyirik...
 
İş o həddə çatıb ki, əsas millinin baş məşqçisi Qurban Qurbanov da AFFA-dakılar kimi danışır: “Hansı məşqçini dindirsən, deyəcək ki, istedadlı futbolçulara ehtiyacımız var. Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Əlbəttə, biz ilk növbədə azərbaycanlı futbolçuların xidmətindən yararlanmalı, yerli futbolçuların yetişdirilməsinə diqqət ayırmalıyıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq”.
 
Qurban bəy Berti Foqts kimi danışmağa başlayıb. Və bu, onun sözü deyil, AFFA-nın sözüdü. Qurbanov, illər öncə sən özün 16-20 komandanın elitada mübarizə apardığı bir çempionatda yetişmisən, Rusiyada oynamısan, qonşu ölkənin ilk bombardiri başqa bir azərbaycanlı olub və s. və i. Zaqatalada yeni qurbanovlar yetişmirsə, futbolçu fabriki olan Gəncədə, Tovuzda, Sumqayıtda, Mingəçevirdə yeni nəsil üzə çıxmırsa, bu, futbol ölkəsi olmamağın deyil, AFFA-nın bütöv bir təsərrüfatı məhv etməsinin nəticəsidi. Lütfən, nə danışdığımıza diqqət edək.
 
Bəlkə də bu açıqlama Belarusla bugünkü oyunqabağı özünü sığortalamaq cəhdidi. Amma biz millidən qələbə gözləmirik, Qurban bəy hələ yolun başındadı, onun komanda qurmasının intizarındayıq. Lazımi ehtiyat qüvvə yoxdusa, kadr çatışmırsa, bunu futbol ölkəsi olmamaqla əlaqələndirməməliyik, AFFA-nı, futbolu bu sahəni bilməyənlərin ələ keçirməsində axtarmalıyıq. Milyonlar dağıdılır, onu marketoloq çətəsi özünün və himayədarlarının ciblərinə ötürür, sabaha yönəlik işlər görülmür.
 
Və indi cavabı öz bacarığı hesabına buraya gəlib çıxan Rəşad Sadıqov, Qurban Qurbanov verməli olur. Siz ölkə futbolunda işlərin düzgün qurulmadığını, illərin boşuna verildiyini kimlərə görəsə deyə bilmirsizsə, “futbol ölkəsi deyilik” açıqlamasını da dilə gətirməyin. Bu, sizin sözünüz deyil. Gözüaçıq olun, İslandiya futbol ölkəsidimi?
 
Ölkədə futbolçu yetişmirsə, bu, dolların kursunun qalxması və ya iqlimin dəyişməsi ilə bağlı deyil. Heç Suriyadakı müharibənin də məsələyə dəxli yoxdu. Bir həqiqət var: AFFA ölkə futbol təsərrüfatını düzgün idarə etmir, onu çoxdan bataqlığa çevirib. İndi isə öz istedadı sayəsində gülüstan yaratmış Qurbanovu, Sadıqovu o bataqlığa atırlar. Öz mahnılarını oxuda-oxuda…
 
FƏRİD

 
tarix: 23-03-2018 09:35


 
Xəbər lenti
20.07.2018

02:01   Roberto Bordin: “Bu, bizim üçün çox ağır nəticədi”

01:53   “Neftçi” 4 cavabsız qola üzüldü - VİDEO

01:46   “Keşlə”nin işə yaramayan qələbəsi - VİDEO

01:38   “Sumqayıt”ın Qətər klubu ilə heç-heçəsi - VİDEO

01:21   Avroliqada gecənin bütün nəticələri

00:48   “Neftçi” də mübarizəni erkən dayandırdı

00:05   Sənan Qurbanov qovuldu

19.07.2018

23:25  “Qəbələ” də Avroliqanı qələbə ilə tərk etdi

21:57  “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49  “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56  “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21  “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46  “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04  İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14  "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08  “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55  Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35  Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01  Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12  İlk yoxlama matçında 5 cavabsız qol

13:07  “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33  “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11  “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05  Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54  Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35  Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07  Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03  Həminki “Qarabağ”

10:22  “eTopaz”da günün canlı oyunları

10:17  Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11  “Qarabağ”ın potensial rəqibləri

10:06  Millimizin üzvünün debütü

10:00  “TOPAZ”DA BU GÜN

09:53  Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31  Vaqner da Silva: “Bu, məni narahat etmir”

03:14  “Neftçi” Budapeştdə - VİDEO

02:31  Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az