(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
PFL divizionla əvəzediciləri birləşdirir

PFL divizionla əvəzediciləri birləşdirir

Yığmanın son yoxlama görüşlərini izləyənlər arasında PFL prezidenti Ramin Musayev də var idi. Ramin bəy Bakıda baş tutan Belarusla qarşılamanın ardından Antalyaya yollanaraq Makedoniya ilə görüşə də canlı baxmağı lazım bilmişdi. Bəs görəsən, PFL prezidenti simasını dəyişmiş yığma haqda nə düşünür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən Musayevlə danışmağı lazım bildik.

- Qurban Qurbanovun rəhbərlik etdiyi milli son iki qarşılaşmada necə təsir bağışladı? PFL prezidenti kimi meydanda gördüklərinizdən razı qaldız?
- Bu görüşlərdə ən çox diqqəti çəkən məqam yığmaya yeni oyunçuların dəvət olunması oldu. Bəlkə də məhz bu səbəbdən Belarusla matçda bəzi futbolçularda həyəcan hiss olunurdu. Ancaq ikinci görüşdə oyunçular artıq özlərinə gəlmişdilər. Meydanda tam sərbəst hərəkət edir, inamlı şəkildə mübarizə aparırdılar. Mənə elə gəlir, Makedoniya ilə oyunda qeydə alınan nəticədən razı qalmaq olar.

- Sözlərinizdən belə başa düşdüm ki, Qurban bəyin baş məşqçisi olduğu millinin gələcəkdə uğur qazanacağına inanırsız.
- Qurban müəllimin məşqçi kimi özünü təsdiq etməsinə ehtiyac yoxdu. O “Qarabağ”da gördüyü işlərlə sözünü deyib. Biz bu gün hamılıqla yığmaya kömək etməliyik. Bu işdə hamı – futbol təsərrüfatına rəhbərlik edən şəxslərdən tutmuş, klubların aşağı yaş qruplarında çalışan məşqçilərə kimi maraqlı olmalıdı. Belə nüansları nəzərə alıb növbəti mövsümdən reqlamentdə dəyişiklik etmək fikrimiz var. Həm U-21-ə, həm də əsas komandaya dəstək olmaq üçün əvəzedici komandaların 2018/19 “futbol ili”ndən birinci divizionda çıxış etməsini düşünürük. Bu məsələ ilə bağlı yaxın vaxtlarda AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb fikrimi söyləyəcəm. Pis çıxmasın, burda gizlədiləsi heç nə yoxdu, aşağı dəstədən gözlədiyimizi ala bilmədik. Heç bir qara əməllərdə adı hallanmayan, ölkə futboluna xoş niyyətlə qulluq edən komandaları saxlayıb, qalanlarını çıxdaş edəcəyik. Əvəzində qeyd etdiyim kimi, əvəzedici kollektivlər aşağı dəstədə mübarizə aparacaqlar.

- Qeyd etdiyiniz məsələ Klublar Komitəsinin son toplantısında da müzakirəyə çıxarılmışdı. İclasda çıxış edən klub rəsmiləri bunun çox çətin prosedur olduğunu söylədilər. Sizcə, premyer-liqa klubları bu təklifinizi dəstəkləyəcək?
- Hansı klubların ki, büdcəsi buna imkan verəcək, onların əvəzedici komandası aşağı dəstədə çıxış edəcək. İmkanı olmayanlar isə əvəzedicilərə xərclədiyi pulu qoy aşağı yaş qruplarına sərf etsinlər. Uşaq futbolu inkişaf etməlidi ki, gələcəkdə müxtəlif yaş qrupları üzrə yığmalar əziyyət çəkməsinlər. Etiraf edək ki, aşağıdan yuxarıya istedadlı futbolçu ya gəlmir, ya da onların sayı bir əldə olan barmaq qədər azdı. Əsas milli iki hücumçunun ümidinə qalıb. Onlarla rəqabət apara biləcək oyunçu olmadığından, həmin forvardlarda da arxayınlıq yaranır. Sadaladığım bu səbəblərdən reqlamentdə dəyişiklik etməyin zamanı yetişib. Kim ki bizimlə razılaşmayacaq, əvəzedicilərinə Region Liqasında mübarizə aparmasına şərait yaradar. Biz bütün bunları ölkə futbolunun inkişafı naminə edirik. Bildiyiniz kimi, yanvarda hakimlərin Antalyadakı təlim-məşq toplanışını yaxından izləmək üçün Türkiyəyə yollanmışdım. Həmin vaxt orda aşağı yaş qrupları üzrə iki millimiz də toplanış keçirdi. Həmin komandaların hazırlığını izləyərkən məşqçilərin necə əziyyət çəkdiyini gördüm. Bizim uşaqlar türkiyəli həmyaşıdlarından geri qalırlar. Ümid edirəm ki, birinci dəstədə, daha təcrübəli oyunçularla bir çempionatda mübarizə aparmaq yeniyetmə və gənclərimizə çox şey verəcək.

- Cari mövsümdən Region Liqası da yaradılıb. Yeni turnirdə iştirak edən komandaların 2018/19 “futbol ili”ndə birinci dəstədə çıxış etmək perspektivi necə görünür?
- Birinci diviziona gəlmək istəyən komanda doğrudan da sırf təmiz futbol naminə çempionata qatılmaq niyyəti güdərsə, heç bir problemlə üzləşməyəcəklər. Biz buna ancaq sevinə bilərik.

- Məndə olan məlumata görə, Antalyaya son səfərinizdə türk dünyasının fəxri olan məşhur hakim Cüneyt Çakırla görüşüb xeyli söhbət etmisiz. Sirr deyilsə, nəyi müzakirə etdiz, hansı mövzuda fikir mübadiləsi apardız?
- İlk dəfə Cüneyt bəylə görüşürdüm. Elə ilk dəfədən də məndə ona böyük simpatiya yarandı. Bizim xalqa, insanlarımıza necə böyük hörmət bəslədiyini ilk kəlmələrdən duymaq çətin olmadı. O məndən bizim hakimləri, o cümlədən Ömər Paşayevi soruşdu. Ömərin martın 27-də Alaniyada oyun idarə edəcəyini bildirib ona uğurlar arzuladı. 6-7 il öncə mən Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb bəzi məsələlər barədə söhbət etmişdim. Təəssüf ki, planlarımız həyata keçmədi. Söhbət türk futbolçuların Azərbaycanda, bizimkilərin isə qardaş ölkədə legioner statusu olmadan top qovmasından gedir. Ancaq qarşı tərəf bizim bu istəyimizə razılıq vermədi. Çakırla söhbətdə isə hakimlik məsələsinə toxunduq. Ona dedim ki, ikitərəfli geniş görüş keçirək və razılıq əldə olunarsa, ildə bir neçə dəfə türk hakimlər bizim premyer-liqada, bizim referilər isə superliqada matç idarə etsinlər. Bir növ təcrübə mübadiləsi olsun. Burda söhbət öz hakimlərimizə inamsızlıqdan, məsul oyunlarda onlara güvənməməyimizdən getmir. Heç qonorar söhbəti də aktual deyil. Sadəcə, istəyirik ki, ədalət təmsilçilərimiz də inkişaf etsin, aralarında sağlam rəqabət yaşansın. Desinlər ki, niyə filan hakim superliqada oyun idarə etdi, mən kənarda qaldım? Özünü orda görmək istəyən referi də çalışacaq ki, premyer-liqada idarə etdiyi oyunlarda yüksək qiymət alsın ki, sabah onu da bu layihə çərçivəsində qardaş ölkəyə yollayaq. Bu həm də hakimlərimizin ölkədən kənarda tanınmasına xidmət edə bilər. Cüneyt bəy bu işdə böyük məmnuniyyətlə yardımçı olacağını bildirdi. Ondan başqa Makedoniya ilə oyundan öncə Türkiyə Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu ilə görüşdüm. Onunla da bu mövzuda söhbət etdik. Ümumiyyətlə, yığmanın yoxlama görüşünə türk hakimlər geniş tərkibdə gəlmişdi. Bu yeni sistemin sınaqdan keçirilməsi ilə bağlı idi. Sözsüz ki, qarşı tərəf AFFA rəhbərliyindən və Qurban müəllimdən icazəli şəkildə bunu həyata keçirmişdi. Biz də öz növbəmizdə VAR sistemi ilə maraqlandıq, müsbət və mənfi cəhətlərini öyrəndik. Yusuf bəy hakimlərin təcrübə mübadiləsi ilə bağlı məsələni gələcəkdə görüşüb müzakirə etməli olduğumuzu bildirid. Həmin vaxt az olduğundan geniş müzakirələr apara bilmədik. Yəqin ki, gələcəkdə bu görüş baş tutacaq.

- Bu layihə növbəti mövsüm üçün nəzərdə tutulub? Bir də Yusuf Namoğlu ilə görüş nə vaxta planlaşdırılıb?
- Mən onları bizim kubokun final oyununa dəvət etdim. Çakır böyük məmnuniyyətlə gəlmək istədiyini bildirdi. Ancaq bildiyiniz kimi, Cüneyt bəy bu yay Rusiyada təşkil olunacaq mundiala yollancaq hakimlər arasındadı. Onlar üçün isə mayda təlim-məşq toplanışı təşkil olunub. Bu üzdən tanınmış referi Azərbaycana gələ bilməyəcək. Ancaq onu da bildirdi ki, dünya çempionatından sonra nə vaxt istəsəz, Azərbaycana səfər edib çempionat oyunlarını izləyə bilər. Hətta “istəsəz, premyer-liqa matçını da idarə edə bilərəm” deməyi də unutmadı. Sözün həqiqi mənasında böyük insandı. Onun bizim hakimlərlə maraqlanması, onların idarə etdiyi oyunlarda yaşananları yada salması Azərbaycan barədə çox yüksək fikirlər səsləndirib, xoş sözlər deməsi mənə çox xoş gəldi. Hiss olundu ki, o bizim çempionatı izləyir. Hakim kimi başqa, insan kimi də çox xoş sözlərə layiqdi. İkitərəfli görüşə gəlincə, inşallah, yaxın vaxtlarda bu görüş baş tutacaq.

- Yanvarda Antalyada jurnalistlərlə görüşünüz zamanı birinci divizionda yaşanan neqativ hallara toxunaraq, iki komandanın uzaqlaşdırılması perspektivinə toxunmuşduz. Ancaq bu yöndə heç bir addım atılmadı. Hazırda vəziyyət necədi? Araşdırmalar, hüquq-mühafizə orqanları ilə işibirliyiniz davam edirmi?
- Birinci divizionda təmizlik işlərinə start vermək, əvəzedici komandaların aşağı dəstədə iştirakını təmin etmək məsələsi hələ yanvardan fikrimdən keçirdi. Sadəcə, həmin vaxt bu haqda açıqlama vermədim ki, çempionat davam edir. Ancaq bu əvvəl-axır olmalıdı və olacaq da. Buna heç kimin şübhəsi olmasın. Bizə təmiz futbol lazımdı və bu yolda olanlara yardım edib, pis niyyətlə bu sahəyə baş vuranlara isə qapını göstərəcəyik. Araşdırmalara gəlincə, bu davam edir və nəticələrini mövsümün sonunda görəcəksiz. (Futbol+)


 
tarix: 02-04-2018 12:02


 
Xəbər lenti
20.04.2018

12:21   Ukraynalı jurnalistlər həmyerlilərini qarşılaşdırdı – 2:1

11:42   “Kəpəz”in zədəli legionerindən xəbər var

11:27   PFL klubları günahkar çıxardı: "Nə CBC Sport"un, nə də bizim problemdir"

11:12   “Malaqa” vidalaşdı

11:07   “eTopaz”da günün canlı oyunları

11:00   Finaldakı Maksimus

10:51   "Qarabağ"ın çempionluq matçı canlı yayımlanmır?!

10:00   “TOPAZ”DA BU GÜN

09:01   3 vəsiqə, 5 namizəd

01:30   “Atletiko” darmadağına üzüldü - VİDEOLAR

00:55   “Çelsi”dən səfərdə çətin qələbə - VİDEOLAR

19.04.2018

23:29  Derbidə rüsvayçılıq: Şenol Günəşin başına 5 tikiş atdılar - VİDEO

22:01  100-cü qol, 30-cu qələbə

21:18  Liderlərin duelində heç-heçə - VİDEO

19:11  “Sumqayıt” - “Qarabağ” matçının tarixi dəyişdirildi

18:00  “Şüvəlan” lider üzərində qələbəni əldən verdi

17:24  Matç zamanı futbolçunun boğazını kəsdilər

17:08  Məhkəmə “Bakı”nın prezidentinin şirkəti ilə bağlı qərarını açıqladı

16:17  Bir oyunun başlama saatı dəyişdirildi

15:28  Təxirə salınmış oyuna hakim təyinatları açıqlandı

14:36  Abdullayev: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”

13:43  “Qəbələ” finala vəsiqəni belə təmin etdi – FOTOLAR

13:23  “Keşlə” “Sumqayıt” səddini belə keçdi - FOTOLAR

12:40  Konte jurnalistlərin önündə həyat yoldaşının zəngini cavabsız qoydu - VİDEO

12:17  “Qəbələ” finala vəsiqəni belə bayram etdi - FOTOLAR

11:41  Əcnəbilərin 2-ci hegemonluğu: Finalda Ukrayna savaşı

11:25  Millimiz “Qarabağ”a məğlub oldu

11:02  “eTopaz”da günün canlı oyunları

10:31  Emin oynamadı, “Kalmar” xal itirdi

10:00  “TOPAZ”DA BU GÜN

09:01  Tərlan Əhmədovun uduzduğu final

02:30  Fransa Kubokunda hər iki finalçı bəlli oldu - VİDEO

02:18  “Qalatasaray”ı finala buraxmadılar - VİDEO

01:56  “Bavariya”nın finaldakı rəqibi bəlli oldu - VİDEO

01:44  “Real” doğma meydanda büdrədi - VİDEOLAR

01:17  “Yuventus” xal itirdi, “Napoli” yararlandı - VİDEOLAR

00:57  MY-dən səfərdə inamlı qələbə - VİDEO

00:39  “Qəbələ” “Neftçi”ni belə keçdi - VİDEO

00:25  “Deyirdilər ki, “Qəbələ” “Roma” və ya “Yuventus” deyil ki, geridönüş edə”

00:18  Təmkin Xəlilzadə: “İstəyimiz kuboku qazanmaqdı”

00:07  Fariz Nəcəfov: “Xahiş edəcəm ki, finalın yeri dəyişdirilsin”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az