(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Kəpəz”də növbəti dava: bu dəfə stadion direktoru ilə inzibatçı əlbəyaxa oldu

“Kəpəz”də növbəti dava: bu dəfə stadion direktoru ilə inzibatçı əlbəyaxa oldu

“Kəpəz”də yenə it yiyəsini tanımır. Hər gün bir xəbər aldığımız klubda növbəti başıpozuqluğun sorağı gəlib.
 
Bir müddət öncə futbolçular məşqdə dalaşmışdısa, indi davanın miqyası böyüyüb. Belə ki, “Zirə” ilə dünənki matçdan bir gün öncə stadion direktoru Cabir İbrahimovla komandanın inzibatçısı Cavid Əhmədov əlbəyaxa olublar.
 
Komanda məşqdən çıxdıqdan sonra bazanın qarşısında dayanan avtobusu təmizləyən xadimələrdən biri kluba heç bir bağlılığı qalmayan sabiq icraçı direktor İbrahimova şikayətə gedib. O, Əhmədovun onları söydüyünü bildirib. Halbuki Cavid bəy and-aman edir ki, belə bir hadisə olmayıb və digər xadimələr də şikayətçi deyil.
 
İbrahimov bu xəbəri eşidən kimi icraçı direktor Elnur Camalxanov və baş məşqçi Yunis Hüseynovu da hadisə yerinə toplayıb, məsələnin araşdırılmasını istəyib. Hadisənin böyüməsində maraqlı olmaqla xələfi Camalxanovu gözdən salmağa cəhd edən stadion direktoru Əhmədovu vurmağa cəhd edib, onlar əlbəyaxa olublar. Olaya komandada məşqçi işləyən Elmar Əhmədov – inzibatçının oğlu da qarışınca qalmaqalın miqyası böyüyüb.
 
Bazada olan digər şəxslərin səyi ilə hadisələrin daha pis fəsadlara səbəb olmasının qarşısı alınıb. Amma bu, faktı aradan qaldırmır: “Kəpəz” yenə də qan çanağı, maraqların mübarizə məkanıdı. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev “Kəpəz”i yiyəsiz qoyub, onun müavini İslam Abbasov AFFA-dan gedən pula nəzarət etməklə məşğuldu və Bakıda yatır. Belədə Gəncə təmsilçisində qolu güclü olanlar ağalıq edir. Biri söyüş söyür, digəri əzələ göstərir.
 
CAVAD

 
tarix: 02-04-2018 12:39


 
Xəbər lenti
18.10.2018

00:43   Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

17.10.2018

23:42  “Qarabağ”la oyunları buraxacaq futbolçu: “Ürəyim onlarladı”

22:17  Yığma komandanın baş məşqçisi qovuldu

21:00  GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

20:12  Ramin Musayev PFL prezidentliyinə namizədliyini verməyəcək

20:02  Azərbaycanda futbolçu baş məşqçini döydü

19:32  Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

18:40  “Neftçi” hələ də tam heyətlə məşq edə bilmir

17:43  AFFA “Sumqayıt”ı qismən bağışladı

17:10  MS-nin braziliyalısı sıradan çıxdı

16:14  Paytaxt klubunda ciddi itki

15:24  “Ginnesin rekordlar kitabı”na düşdü - “Çelsi”nin futbolçusu

15:06  Gürcüstanla fərqimiz

15:00  GÜNÜN XATIRLATMASI: Yaradılan “şərait”ə görə xərc

14:53  Premyer Liqa klubu daha bir futbolçusunu itirdi

13:54  “Mançester Yunayted” “başsız” qaldı

13:22  Ramos, Almeyda və Qara

13:00  Cəbəllütariqdən ardıcıl 2-ci qələbə - VİDEO

12:41  Qazaxıstan millisindən 4 cavabsız qol - VİDEO

12:22  Gürcüstan millisindən ardıcıl 4-cü qələbə - VİDEO

12:09  “Sabah”ın prezidentinin “gizli oyun”u

11:55  “Neftçi”nin legioneri milli komandada qol vurdu

11:48  U-21-in Norveçlə oyunu bitməyib...

11:37  “Qəbələ”dən 14 cavabsız qol

11:12  Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

11:00  Ukrayna Çexiyanı tək qolla yendi - VİDEO

10:45  Fransadan Almaniya üzərində əzmkar qələbə - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:15  “Qəbələ”nin futbolçusu Afrikada “Keşlə”nin oyunçusunu məyus etdi

10:00  AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

09:47  Slavçevli Bolqarıstan yığmasından ilk xal itkisi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az