(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Rauf Əliyev: “Mən hələ elə insana rast gəlməmişdim”

Rauf Əliyev: “Mən hələ elə insana rast gəlməmişdim”

Millimizin üzvü, "Qəbələ"yə bir müddət əvvəl transfer olan Rauf Əliyev Sportal.az saytına müsahibə verib. 

Futbolinfo.az 29 yaşlı hücumçunun həmin müsahibəsini təqdim edir:

- “Qəbələ”də məşqlərin necə gedir?
- Hazırlığım normal şəkildə gedir. Komandanın daxilindəyəm. Yeganə problem odu ki, məlum səbəblərdən oynamıram. Digər məsələlər öz qaydasındadı.
 
- Albaniyanın “Kukesi” klubundan ayrılmağa səbəb sırf olaraq nə idi?
- Ordakı ümumi vəziyyətə görə ayrıldım. Fikrim var idi ki, orada qalım. Hətta daha yaxşı ölkənin çempionatına yollanmaq istəyirdim. Amma bəxtimdən alınmadı. Albaniyanın ən problemli klubuna getmişdim. Klub içində çox problemlə üzləşdim. O qədər başıma işlər gəldi ki... 5 ay ərzində futbol düşünə bilmirdim. Oranı tərk etmək istəyirdim. Elə bir prezidentimiz var idi ki, mən hələ elə bir insana rast gəlməmişdim. Bir sözlə, futboldan başqa hər şey var idi.
  
- “Kukesi”yə gedəndə sənə bu haqda məlumat verilməmişdi?
- Məlumatım az idi. 3-4 günün içində qərar verdim ki, Albaniyaya gedəcəm. Həmin vaxt “Keşlə”də də vəziyyət ürəkaçan deyildi. Deyirdim ki, buranı tərk edim. Bir-iki nəfərdən soruşdum və bildirdilər ki, prezident problemli adamdı, çətinliyi var. Amma klubun şəraitini nəzərə almadım. Ani qərar vermişdim.

- “Kukesi”dən ayrıldıqdan sonra bir neçə təklifin olsa da, “Qəbələ”ni seçdin. Seçimin nə ilə bağlı oldu?
- “Qəbələ” ilə bir müddət danışıq apardıq. Hətta Albaniyaya getməmişdən öncə mənə bu komanda təklif etmişdi. Sadəcə, mən özüm xaricə getmək istədim. Ancaq sağ olsunlar ki, geri dönəndən sonra mənə yenidən təklif göndərdilər. Başqa təkliflər də var idi. Ölkə xaricindən oynaya biləcəyim çempionatlardan seçimlər var idi. Amma o çətinliyi görmüşdüm. Düşündüm ki, yenidən nəsə baş verər. Ehtiyat etdim. Yenə nəsə baş versəydi, mənim üçün ikiqat zərbə olacaqdı.

- Bir müddət futbolsuz qalmaq sənə necə təsir edəcək?
- Əlbəttə, çətinlik olacaq. Ancaq zədəli vaxtlarımda da belə olmuşam. Ancaq indi məşqlər edirəm. 6-7 ay müalicə olunduğum üçün futboldan uzaq qalmışdım. Onu fikirləşəndə ancaq gözləmək qalır. Başqa nə edə bilərəm ki?

- Premyer Liqada ötən mövsümün bombardirinin “Qəbələ”də hədəfləri nədi?
- Əsas oynamaq istəyirəm. Bu müddət ərzində “Qəbələ”yə kömək olmaq və yenidən milli komandaya dönməyi arzu edirəm. Əlimdən gələni edəcəm.


 
tarix: 10-04-2018 11:55


 
Xəbər lenti
24.03.2019

01:41   İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06   Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

23.03.2019

22:34  “Qəbələ” Bakıda hazırlıq keçir

20:55  “Keşlə”: 3 legioner və kapitansız

20:19  Lionel Messi zədələndi

19:18  İngiltərə millisində daha bir itki

18:45  Panuççi qovuldu

17:41  Yığmamızdan Essyenli “Səbail”lə heç-heçə

17:22  “Şansımızı itirdiyimizə görə çox məyusuq”

17:00  Messili Argentina Venesuela ilə bacarmadı - VİDEO

16:55  “Keşlə”dən divizion klubuna 3 qol

16:30  İngiltərə klubunun 9 xalı silindi

15:29  Portuqaliya - Ukrayna matçında heç-heçə - VİDEO

14:53  Millimiz İrlandiyaya məğlub oldu

14:39  Litva yığması Bakı səfəri öncəsi belə məğlub oldu - VİDEO

14:20  Azərbaycan yığmasını UEFA sanksiyası gözləyir

14:00  Könül Mehtiyeva AÇ-nin oyununa təyinat aldı

13:32  İngiltərə yığmasından 5 cavabsız qol - VİDEO

13:00  Argentina Venesuelaya, Çili Meksikaya uduzdu

12:28  Türkiyə inamlı qələbə ilə başladı - VİDEO

11:21  “Səbail”in futbolçusu Fransaya qarşı 45 dəqiqə oynadı - VİDEO

10:25  “Qarabağ”ın futbolçusu üçün 21 dəqiqə və 1 xal - VİDEO

09:24  Halldorsson Andorraya qarşı 90 dəqiqə oynadı - VİDEO

09:00  Məğlubiyyət psixologiyası təbliğ edilməz

01:50  Fransa və İngiltərədən darmadağın, Türkiyədən inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az