(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Qadın futbolundakı utanc mənzərəsi

Qadın futbolundakı utanc mənzərəsi

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları üçün 2017/18 mövsümü yekunlaşıb. Qızlardan ibarət komandalar elit-raundu fiasko ilə tamamlayıb.
 
Almaniyada keçirdiyi hər üç matçda uduzan U-17-nin ardından, U-19 da acınacaqlı nəticələrlə yadda qalıb. Hər iki komandanın heyəti milliləşən futbolçularla zəngin olsa da, yararsız əcnəbilər də yığmalarımıza fayda verə bilməyib.
 
Siyasət Əsgərovun baş məşqçisi olduğu U-17 Almaniyaya 0:5, İrlandiyaya 0:1, İslandiyaya 1:3 hesabı ilə yenilmişdi. Vüqar Əsgərlinin yetirmələri isə daha üzücü duruma düşüb.
 
U-19 keçirdiyi hər 3 matçda darmadağın yaşayıb. Millimiz Fransaya 0:6, Belçikaya 1:5, Finlandiyaya 0:4 hesabı ilə məğlub olub. Göründüyü kimi, qızlardan ibarət iki komanda hərəyə 1 qol vursa da, hamısında uduzduğu 6 qarşılaşmada öz qapısından 24-nü buraxıb (apasport.az).
 
3 görüşdə 9 top buraxan U-17 özündən böyüklərə baxıb, təsəlli tapmalıdı. Çünki U-19 15 dəfə rəqib qoluna üzülüb.
 
Tarixə nəzər salsaq, hər iki yığmanın məğlubiyyətləri, hətta darmadağınları adi hala çevrilib. Uduzmağa öyrəncəli yığmalarımızın qrupdakı hər üç görüşdə darmadağın olması isə antirekordun təkrarıdı.
 
U-19 2012/13 mövsümündə Zamin Əsədullayevin baş məşqçiliyi dövründə belə antirakorda üzülmüşdü. Rusiyadan 5, İsveçdən 10, Sloveniyadan 6 cavabsız qol buraxan komandamız 5 il yarımdan sonra bir turnirdə üç darmadağın yaşadı.
 
Millilər kimi baş məşqçilər də artıq uğursuzluqlara adət edib. 2 tsikldi postunda qalan Vüqar Əsgərli U-19-da olduğu müddətdə 9 qarşılaşmada 6 dəfə məğlubiyyət acısı yaşayıb. Bunlardan da beşində 4 və ya daha çox top fərqi ilə darmadağın yaşanıb.
 
Siyasət Əsgərovun U-17-dəki “hakimiyyəti” isə 5 tsiklə çatıb. Bu müddətdə komandanı 18 görüşə çıxaran mütəxəssis 14 dəfə yenilgiylə üzləşib. O da həmkarı kimi böyükhesablı məğlubiyyətlərə öyrəşib. Çünki 5 ildə komanda 8 belə üzüntü yaşayıb.
 
P.S.: Ölkəmizdə qadın futbolunun durumu bəllidi. Ona görə də uğursuzluq gözlənilən idi. Maraqlı olan, AFFA-nın israrla perspektivsiz sahəyə milyonlar səpməsi və düzgün strategiya seçməməsidi. Heyətdə onlarla legioneri olan, illik 1 milyon manata yaxın vəsait xərclənən komandalar bu vəziyyətdə olmamalıdı. Oynamaq xatirinə oynamaqla inkişaf olmur.

 
tarix: 11-04-2018 12:52


 
Xəbər lenti
20.04.2018

12:21   Ukraynalı jurnalistlər həmyerlilərini qarşılaşdırdı – 2:1

11:42   “Kəpəz”in zədəli legionerindən xəbər var

11:27   PFL klubları günahkar çıxardı: "Nə CBC Sport"un, nə də bizim problemdir"

11:12   “Malaqa” vidalaşdı

11:07   “eTopaz”da günün canlı oyunları

11:00   Finaldakı Maksimus

10:51   "Qarabağ"ın çempionluq matçı canlı yayımlanmır?!

10:00   “TOPAZ”DA BU GÜN

09:01   3 vəsiqə, 5 namizəd

01:30   “Atletiko” darmadağına üzüldü - VİDEOLAR

00:55   “Çelsi”dən səfərdə çətin qələbə - VİDEOLAR

19.04.2018

23:29  Derbidə rüsvayçılıq: Şenol Günəşin başına 5 tikiş atdılar - VİDEO

22:01  100-cü qol, 30-cu qələbə

21:18  Liderlərin duelində heç-heçə - VİDEO

19:11  “Sumqayıt” - “Qarabağ” matçının tarixi dəyişdirildi

18:00  “Şüvəlan” lider üzərində qələbəni əldən verdi

17:24  Matç zamanı futbolçunun boğazını kəsdilər

17:08  Məhkəmə “Bakı”nın prezidentinin şirkəti ilə bağlı qərarını açıqladı

16:17  Bir oyunun başlama saatı dəyişdirildi

15:28  Təxirə salınmış oyuna hakim təyinatları açıqlandı

14:36  Abdullayev: “İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”

13:43  “Qəbələ” finala vəsiqəni belə təmin etdi – FOTOLAR

13:23  “Keşlə” “Sumqayıt” səddini belə keçdi - FOTOLAR

12:40  Konte jurnalistlərin önündə həyat yoldaşının zəngini cavabsız qoydu - VİDEO

12:17  “Qəbələ” finala vəsiqəni belə bayram etdi - FOTOLAR

11:41  Əcnəbilərin 2-ci hegemonluğu: Finalda Ukrayna savaşı

11:25  Millimiz “Qarabağ”a məğlub oldu

11:02  “eTopaz”da günün canlı oyunları

10:31  Emin oynamadı, “Kalmar” xal itirdi

10:00  “TOPAZ”DA BU GÜN

09:01  Tərlan Əhmədovun uduzduğu final

02:30  Fransa Kubokunda hər iki finalçı bəlli oldu - VİDEO

02:18  “Qalatasaray”ı finala buraxmadılar - VİDEO

01:56  “Bavariya”nın finaldakı rəqibi bəlli oldu - VİDEO

01:44  “Real” doğma meydanda büdrədi - VİDEOLAR

01:17  “Yuventus” xal itirdi, “Napoli” yararlandı - VİDEOLAR

00:57  MY-dən səfərdə inamlı qələbə - VİDEO

00:39  “Qəbələ” “Neftçi”ni belə keçdi - VİDEO

00:25  “Deyirdilər ki, “Qəbələ” “Roma” və ya “Yuventus” deyil ki, geridönüş edə”

00:18  Təmkin Xəlilzadə: “İstəyimiz kuboku qazanmaqdı”

00:07  Fariz Nəcəfov: “Xahiş edəcəm ki, finalın yeri dəyişdirilsin”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az