(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Elxan Məmmədov nazir olacaq?

Elxan Məmmədov nazir olacaq?

Ölkə prezidentliyinə növbəti seçkilərdən sonra bir çox kadr islahatları gözlənilir. Yazılanlara inansaq, bəzi nazirliklərin birləşdirilməsi, yenilərinin yaradılması və bəzilərində rəhbər dəyişmələri mümkündü.
 
Futbolinfo.az xəbər verir ki, təyinat gözləyənlərdən biri də AFFA-nın baş katibi Elxan Məmmədovdu. Son vaxtlar Gənclər və İdman Nazirliyinin bir sıra tədbirlərində peyda olan, hətta nazir Azad Rəhimovun qatılmadığı yığıncaqlara da baş çəkən Məmmədovun sərəncam gözlədiyi ehtimal edilir. Onun belə tədbirlərdə jurnalistlərdən qaçması, nazirlik işçilərinin isə əsasən Elxan bəyin başına yığışması da bundan xəbər verir. Sanki belə tədbirlərlə “mətbəx”i öyrənir, özünü nazir postuna hazırlayır.
 
Futbolu, idmanı dərindən bilməsə də, Məmmədov idarəçi kimi özünü təsdiqləyib. Bəli, o, bunu maliyyə israfı sayəsində edir, layihələrinin, ideyalarının heç biri özünü doğrultmayıb, lakin icraçı, əmr qulu kimi özünü yaxşı tərəfdən isbatlayıb. Dəstəkçilərinin, himayədarlarının kimliyini də nəzərə alsaq, Məmmədovun təyinatı mümkündü.
 
Son vaxtlar Rəhimovdan narazılıq da artıb. İdman nəticələrinin pisləşməsi, bir çox federasiyalarda etirazların baş qaldırması onun imicinə təsir edib. Kadrların cavanlaşdırılması prosesi də Elxan bəyin xeyrinə işləyən amildi.
 
Hələ London Olimpiadası vaxtı bunun üçün cəhd olmuşdu. O zaman Məmmədovun bir hərəkəti Rəhimovu çətin vəziyyətə salmış, lakin sonradan vəziyyət dəyişmişdi. Ovaxtdan bu iki şəxsin ulduzu barışmır. İndi isə islahat üçün daha münbit şərait var. Çox güman, yaxın aylarda bu dəyişiklik reallaşacaq.
 
Elxan bəy gedərsə, onun da postuna namizəd axtarmaq lazım gələcək. Məmmədov AFFA-ya, klublara yerləşdirdiyi dostlarından birini baş katib kimi təklif etmək istəyir. Lakin “Zirə”nin fəxri prezidenti Orxan Məmmədovun da bu vəzifəyə iddia etdiyi çoxdan bəllidi. Hansı dəyişikliklərin olacağını bilmək üçün gözləmək lazımdı.
 
Yeri gəlmişkən, ötən günlərdə AFFA ilə Azərbaycan Mini futbol Federasiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması təsadüfi deyildi. Az qala hər xırda tədbirə özünü çatdıran Elxan bəy ya AGİN-in yığıncaqlarından vaxt tapa bilmədiyindən, ya da mehriban düşməni ilə üz-üzə gəlmək istəmədiyindən anlaşmaya imzaları müavinlər atdı. AFFA-dan baş katibin müavini Sərxan Hacıyev masa arxasına əyləşdisə, qarşı tərəfdən bu missiyanı AMF-nin İdarə Heyətinin sədr müavini Andrey Sarıçev yerinə yetirdi.
 
AMG-nin sədri Elxan Əsədov vaxtilə Məmmədovun müavini olub və münasibətləri çox gərgindi. Bu qurum Orxan Məmmədova bağlı olduğundan Əsədovun özü də Elxan bəyin yerinə namizəd sayılır. Bu səbəbdən onlar üz-üzə gəlməkdənsə, imzası vacib olan anlaşmanı müavinlərə etibar etməyi lazım bildilər.
 
Hadisələrin gedişi hər an dəyişə bilər, lakin mümkün kadr islahatlarında yazıda adını çəkdiklərimiz dəyişikliklərin episentrində olacaq.

 
tarix: 12-04-2018 10:48


 
Xəbər lenti
14.12.2018

01:54   “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29   Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14   “Qəbələ”nin “Sabah”la 3-cü dueli

00:30   “Qəbələ”nin yeganə əvəzedilməzi

13.12.2018

23:17  “Qəbələ” üçün 14-cü start və yubiley matçı

22:10  5-ci start, 11-ci matç, 7-ci rəqib

20:50  Prezident “Neftçi”nin sabiq futbolçusuna ev verdi

20:35  Azərbaycanlı məşqçi “Altınordu”nun düşərgəsində - FOTO

18:31  Akinfeyev 4-cü oldu

17:50  “Liverpul” müdafiəçisini 1,5 aylıq itirdi

17:17  Avropa Liqası ADİU-da tələbələrlə görüşdü

16:25  UEFA Azərbaycanın daha 4 klubuna pul ayırdı

15:53  İlham Əliyev Ağasəlim Mircavadovu mükafatlandırdı

15:26  Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələnlər və…

15:01  “Neftçi”nin 2 rəqibi məlum oldu

14:35  “Neftçi”nin yeni evi müasir standartlara tam cavab verəcək

14:28  La Liqa klubunda ciddi itki

14:20  Avropa Liqası: Son 11 vəsiqə uğrunda - YENİLƏNİR

14:16   “Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın!

13:33  ÇL-də son turun ən yaxşısı adına 4 namizəd

13:04  UEFA “Qəbələ” ilə “Zirə”nin hesabına pul köçürdü

12:49  Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşdü

12:33  "Qarabağ”ın mövsümdə son avrokubok oyunu “Topaz”da

12:10  "Komanda məndən asılı ola bilməz" - Deviç məşqçilik üçün tez olduğunu düşünür

11:41  MS-dən əzmkar qələbə - VİDEO

11:20  “Viktoriya” “Roma”nı qrup liderliyindən etdi - VİDEO

11:00  “Ayaks”la “Bavariya” 3 qol vurub, 1 xal qazandı - VİDEO

10:42  “Yuventus” İsveçrədən məğlub qayıdır - VİDEO

10:20  MY “Valensiya”ya belə məğlub oldu - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  “Real” doğma meydanda biabır oldu - VİDEO

09:20  Çempionlar Liqasında bütün 1/8 finalçılar bilindi

03:52  Unay Emeri: “Qarabağ”a hörmətlə yanaşırıq”

02:00  ÇL-in qrup mərhələsinə yekun vuruldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az