(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Samir Abasov: “Yaxşı ki, bu oyunda başımız daşa dəydi”

Samir Abasov: “Yaxşı ki, bu oyunda başımız daşa dəydi”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Keşlə”yə uduzan (0:1) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Abasov öncə oyunla bağlı fikirlərini bildirib:

- Kubok oyunudu, iki matçdan ibarətdi. Bəlkə də, bizim bu gün uduzmağımız daha yaxşı oldu. Hara baxırdın, “Sumqayıt”dan danışırdılar. Futbolçular göyə qalxmışdılar. Yaxşı ki, bu gün rəqib bizi göydən yerə saldı. Yaxşı ki, böyük hesabla uduzmadıq. Komanda bərbad oyun sərgilədi. Bəlkə də, bu cür oyunumuzun səbəbi əsas futbolçularımızdan bəzilərinin olmaması idi. Ancaq bu, bəhanə olmamalıdı. Avroliqaya haqq edən komanda getməlidi.

- Sanki “Neftçi” ilə matçdan sonra komandada yorğunluq var idi...
- “Neftçi” ilə oyundan sonra istirahət üçün yetərincə vaxt olub. Futbolçulara istirahət vermişik. Hansısa futbolçu özünü ulduz hesab edirsə... Bir də deyirəm, yaxşı ki, bu oyunda başımız daşa dəydi. İndi ikinci oyuna yaxşı hazırlaşacağıq.

- Hakim sizi texniki zonadan kənarlaşdırdıqdan sonra tribunada görünmədiz. Oyunu harda izləyirdiz?
- Matçı tribunadan izlədim. Rəqib oyunçuya sarı vərəqə verilməsini tələb edirdim. Rəqib komandanın 6-7 futbolçusu sarı vərəqə limitindədi. Bu oyunda sarı vərəqə alsalar, cavab oyununu buraxmalı olacaqdılar. 4-cü hakimdən tələb etdim ki, sarı vərəqə verilsin. Ancaq o məni qovdu. Sanki, hakimlərə tapşırıq olub ki, bizi cəzalandırsın. Oyunun əvvəlindən Seymur Rəhimovu və məni cəzalandırmağa çalışırdılar. Dediyim kimi, qovulmağım hakimlərin səhvi idi. Mən heç kimi təhqir etmədim. Sadəcə, qışqıraraq, etirazımı bildirdim.

- Tapşırığı kim verib?
- Bilmirəm, verən verib. Yəqin yuxarıdan olar. Deyirlər, səsinizi çıxarmayın, səbrli olun. Lakin mən məşqçiyəm, oyun vaxtı qışqırmalı, etirazımı bildirməliyəm.

- Əlinizdə şans olsa, Fərhad Vəliyevə nə qədər şans verərdiz?
- Mövsümün sonuna kimi.    

- Bəzi oyunçularınızın başqa yerdə olduğunu dediz. Yəni başqa klubda?
- Saytları açırsan, gündə bir oyunçumuzu bir kluba calayırlar. İstər istəməz fikir yayına bilər. Oyunçularla danışacam. İnşallah, bu söhbət xeyrimizə olar... (komanda.az)


 
tarix: 12-04-2018 20:05


 
Xəbər lenti
23.04.2018

15:02   ÇL-də yarımfinal matçlarının hakimləri açıqlandı

14:44   Hollandiya Kubokunu “Feyenoord” qazandı - VİDEO

14:28   Nazarovdan fantastik qol - VİDEO

13:46   “Qarabağ”ın futbolçusu Polşada rekordçu oldu

12:50   Püşk atıldı: Finalda “Keşlə” nominal meydan sahibi olacaq

12:05   UEFA Kubokunun qalibi bəlli oldu

11:53   Millimiz son oyunda da uduzdu

11:36   Dario Federikodan yubiley qolu

11:23   Dadaşovsuz növbəti məğlubiyyət

11:12   Seriya yubileylə qırıldı

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Emin Nurinin komandası səfərdən 3 xalla döndü

10:22   Təbriz klublarından heç-heçə

10:00   “TOPAZ”DA BU GÜN

09:40   Abdullayev ehtiyatda qaldı, komandası liderə uduzdu

09:21   Elvinlə Dmitri oynadı, “Qarabağ” qalib gəldi

09:00   “Vurduğum qolu yeni doğulan balaca Ruslana həsr edirəm”

01:16   PSJ-yə 1 qol bəs etdi - VİDEOLAR

01:00   “Qarabağ”ın çempionluq oyunu - VİDEO

00:55   “Atletiko” evdə büdrədi - VİDEOLAR

00:48   “Yuventus” “Napoli”yə evdə uduzdu - VİDEOLAR

00:22   “Şalke”dən xal itkisi - VİDEO

00:07   “Arsenal”la MS böyük hesabla qalib gəldi - VİDEOLAR

22.04.2018

23:58  “Beşiktaş”dan inamlı qələbə

23:49  “Çelsi” də finala çıxdı - VİDEO

23:07  “Qarabağ” çempionluğu belə təmin etdi - FOTOLAR

22:47  Qurban Qurbanov: "Komandama 5-dən artıq qiymət verməyəcəyəm"

22:04  Samir Abasov: “Əlimdən gələni edəcəm ki, “Sumqayıt”da qalam”

21:53  “Neftçi” “Qəbələ”ni tək qolla yendi - VİDEO

21:46  Tərlan Əhmədov: “Yeni müqavilə ilə bağlı kiməsə yalvarası deyiləm”

21:30  Roman Qriqorçuk: “Qəbələ” bundan artıq nə etməlidi?”

21:17  Qurbanov Mircavadovun rekordunu təkrarladı

21:09  “Qarabağ”dan 6-cı çempionluq

20:54  “Qarabağ” çempion!!!

19:54  Samir Əliyev: “Nəticə ədalətli oldu”

19:42  Yunis Hüseynov: “Bu gün biz qalib gəlməli idik”

19:26  “Səbail” - “Kəpəz” matçında heç-heçə - VİDEO

18:15  Nazarov Eratın komandasına qol vursa da, məyus oldu

17:02  Ufuk Budak oynamadı, komandası prinsipial oyunda xal itirdi

16:24  Eddi İsrafilov oynamadı, komandası xal itirdi

14:47  Dünya ulduzlarının xeyriyyə matçında 7 qol - VİDEO

12:01  “Neftçi” - “Qəbələ” matçının biletləri satışda

11:32  Quliyev oynadı, “Rostov” “Rubin”dən səfərdə xal aldı

11:00  “eTopaz”da günün canlı oyunları

10:43  Nəbiyev Gürcüstanda növbəti matçına çıxdı

10:23  Hümbətov oynamadı, komandası məğlub oldu

10:00  “TOPAZ”DA BU GÜN

09:42  Mahmudov 78 dəqiqə oynadı, “Ayntraxt” uduzdu

09:21  Paşayevin komandası 3 xalı 3 qolla qazandı

01:23  Kral Kubokunu “Barsa” qazandı - VİDEO

01:05  Marsel “Olimpik”i də 3 xalı 5 qolla qazandı - VİDEOLAR

00:48  “Milan” autsayderə uduzdu, “Roma” darmadağına sevindi - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az