(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Nemanya Stoyanoviç: “İlk qolu biz vursaq, hər şey bitəcək”

Nemanya Stoyanoviç: “İlk qolu biz vursaq, hər şey bitəcək”

“Keşlə”nin yarımmüdafiəçisi Nemanya Stoyanoviçin Futbolinfo.az saytına müsahibəsi

- "Sumqayıt"a çətinliklə də olsa, evdə qalib gələ bildiniz...
- Çox yaxşı oynadıq. Oyundan əvvəl soyunub-geyinmə otağında danışdığımız hər şeyi meydanda etdik. Hər bir oyunçu maksimum səviyyədə çıxış etdi və qələbəyə layiq idik. Biz meydanda rəqibdən üstün idik. Buna görə də kifayət qədər qol şansımız oldu. Bütün oyuna başdan sona qədər nəzarət etdik. Amma bu ilk yarımfinal görüşü idi və hələ qarşıda cavab oyunu var. Belə davam etməliyik və gələn həftə də eyni oynamalıyıq.

- Rəqibdən daha üstünsünüz, yoxsa sən də düşünürsən ki, hələ də şanslar eynidi?
- Təbii ki, üstünlüyümüz var. Ən əhəmiyyətlisi odu ki, evdə qol buraxmamışıq. Növbəti oyunda ilk qolu biz vursaq, hər şey bitəcək. Əlbəttə ki, "Sumqayıt"a hörmət edirik və onlar yaxşı komandadı. Amma bizim də keyfiyyətli futbolçularımız var. Finalda iştirak isə haqqımızdı. Bu komanda, rəhbərlik, azarkeşlər daha yaxşısına layiqdi.

- Bilirdiniz ki, "Sumqayıt" qış fasiləsindən sonra hələ uduzmayıb?
- Bunu bilirdik. "Sumqayıt"ın yaxşı komanda olmasını demişəm. Çünki onlar uzun müddətdi birlikdə çıxış edirlər və meydanda bir-birlərini çox rahat şəkildə tapırlar. Nə istədiklərini də çox yaxşı başa düşürlər. Belə bir komanda üzərində qələbə əladı, amma hələ son deyil. Sona qədər konsentrasiyanı itirməməliyik. 

- 8 gündə 1 rəqiblə 3 oyun yorucu olmayacaq?
- Düşünürəm ki, kubok və çempionat ayrı-ayrıdı. Hər birinin öz motivasiyası var. Hər halda hər 3 matçda qalibiyyət üçün əlimizdən gələni edəcəyik. 

- Baş məşqçiniz Yuri Maksimov komandada maddi problemlərin olduğundan söz açdı...
- Bu, mənim sahəm deyil. Mənim işim daim 100 faiz gücümlə oynamaqdı. Hər an komandaya kömək etməliyəm. Bütün fikrimi sadəcə, oynamağa yönəltmişəm. 

- Amma Maksimov sırf sizin üçün, ehiyatda oturanlar üçün mükafatın az və ya heç ayrılmadığından narazıdı...
- Mənim üçün heç bir problem yoxdu. Bura gəldiyim vaxtdan indiyə qədər heç bir çətinliklə üzləşməmişəm. 

- Meydana çox az çıxırsan. Narahat deyilsən?
- Yox, bunun üçün qətiyyən narahat deyiləm. Çünki hər zaman özümə inanmışam və inanıram da. Mənim də zamanım gələcək.

- Lakin görünən odu ki, "Keşlə"də zamanın gəlməmiş gedəcəksən...
- Bu barədə heç nə bilmirəm. Bizim hələ daha 6 oyunumuz var. Ən yaxşısı işimə köklənməkdi. Mövsüm bitdikdən sonra bu barədə danışarıq.

AĞA


 
tarix: 14-04-2018 11:49


 
Xəbər lenti
21.03.2019

16:14   “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43   İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34   “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58   Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43   Emenike Türkiyəyə qayıdır

11:28   İker Kasilyasdan yeni müqavilə

10:26   Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

10:00   AÇ-2020: Seçmə mərhələyə start verilir - YENİLƏNİR

09:41   Sabiq “Qalatasaray”lı İtaliya klubunda

09:00   Millimiz Xorvatiyaya qarşı - YENİLƏNİR

02:10   Millimizin rəqibinə 1 qol bəs etdi

00:07   Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01   Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

20.03.2019

22:40  Azərbaycan – Litva: Hakim təyinatları açıqlandı

22:17  Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

21:22  Luka Modriç: “Azərbaycanı tam ciddiyə alırıq”

21:13  Daliç: “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik”

20:35  “Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”

20:10  Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19:15  Premyer Liqa klubunun baş məşqçisinə cəza

17:51  Patonun yeni klubu məlum oldu

16:07  Belçika millisində ciddi itki

15:12  Yurçeviç üçün daha iki köməkçi

14:25  Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

13:17  “Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

12:32  Futbol tarixinin ən yaxşı 50 baş məşqçisi

11:31  Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

10:29  “Səbail” 6 futbolçunu qovdu

10:15  ECA, “Morethanfootball” və “Neftçi”

09:09  “Qəbələ”dən 2 oyuna 31 qol

01:11  “Neftçi” “Qaradağ Lökbatan”la “sülh bağladı”

00:42  “Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az