(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Tərlan Əhmədov: “Məni ən çox sevindirən ilk dəfə penalti vurmağımız oldu”

Tərlan Əhmədov: “Məni ən çox sevindirən ilk dəfə penalti vurmağımız oldu”

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi” səfərdə “Zirə”ni böyük hesabla (3:0) məğlub etdi.

Futbolinfo.az xəbər verir ki, oyundan sonrakı mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Bu 3 xal bizim üçün çox vacib idi. Bunun üçün meydanda əlimizdən gələni etdik. Futbolçuları təbrik edirəm. Fanatlarımıza bizi dəstəklədiklərinə görə minnətdaram. “Qəbələ” ilə kubok oyunundan sonra bizi çətin matçının gözlədiyini bilirdik. Təbii ot örtüyündən sonra süni örtüyə uyğunlaşmaq çətin idi. Buna görə, oyuna uyğunlaşmaq bir qədər çətin oldu.

- “Qəbələ” ilə cavab oyunu barədə nə düşünürsüz?
- İlk oyundakı qələbəyə baxmayaraq, şansları bərabər qiymətləndirirəm. Kubok oyunları tam fərqlidi.

- “Neftçi” ilk dəfə “Zirə”ni çempionatda məğlub etdi...
- Oyuna belə fikirlə çıxmamışdıq. Biz öz oyunumuzu oynadıq. Futbolçular da bu oyunun məsuliyyətini dərk edirdilər. Buna görə, ciddi hazırlaşırdıq. Mən gəldiyim 6-7 aydı. Mən də bu komandaya çempionatda qalib gələ bilməmişdim. Sevinirəm ki, bu gün 3 xal qazandıq.

- Qələbədə rəqibin azlıqda qalması nə dərəcədə rol oynadı?
- Rəqib azlıqda qalmamışdan öncə də hesabda irəlidə idik. Bu oyunda məni sevindirən əsas məqam ilk dəfə penalti vurmağımız oldu.

- Oyun ərzində sanki Qatodan narazı idiz. Sonra isə onu əvəzlədiz…
- O, hələ ki, mənim istədiyim futbolu oynamır. Mən komanda oyununa üstünlük verirəm. Fərdi oyun yalnız rəqibin cərimə meydançasında ola bilər. O, komanda yoldaşlarının əziyyətini yerə vururdu. Buna görə, onu əvəzləməyə məcbur oldum.

- Bu gün bəzi əsas futbolçularınıza şans verməmişdiz. Bu, “Qəbələ” ilə cavab oyunu ilə bağlıdı?
- Bəli, süni örtükdən təbii örtüyə keçid çətin olur. Buna görə bəzi oyunçulara bərpa üçün istirahət verdim.

- Ruslan Abışovun yoxluğunda Rəşad Sadiqova şans verdiz. Onun oyunundan razı qaldız?
- Bəli, onun oyunu məni razı saldı. Qış fasiləsində də onu bu mövqedə sınamışdım. Rəşad təcrübəli futbolçudu. Petrov və Abışov mərkəzdə məni tam qane edir. Buna görə, qışda müdafiəçi transfer etmədik. Rəşad Sadiqov bizə hələ uzun müddət lazım olacaq.


 
tarix: 15-04-2018 21:22


 
Xəbər lenti
19.08.2018

12:00   Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31   Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Paşayevin klubundan ilk məğlubiyyət

09:00   “Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:10   “Barselona” qələbə ilə başladı

01:45   “Monako” büdrədi, PSJ qalib gəldi

01:30   “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14   London derbisində “Çelsi” sevindi

01:00   İtaliya çempionatı da başladı

00:43   “Fənərbaxça” uduzdu

00:25   Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

18.08.2018

23:55  Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

23:46  Mladen Milinkoviç: “Bəzi məcburi dəyişikliklər etməli oldum”

23:30  Paytaxt derbisində 4 qol - VİDEO

23:15  Arif Əsədov: “Ən gözəl hədiyyə elə budu”

22:25  “Qarabağ” qələbə, “Zirə” heç-heçə ilə başladı

21:30  “Səbail” “Qarabağ”a da uduzdu - VİDEO

21:15  “Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

21:04  Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

19:36  Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

18:55  Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

18:01  “Zirə”nin Premyer Liqada 4-cü startı

17:34  Mbia yenidən Fransa klubunda

17:01  Fransada klub dəyişdi

16:35  “Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

16:03  Kamerun yığmasının üzvü La Liqa klubunda

15:34  Bundesliqa klubu milli üzvü ilə gücləndi

15:05  “Şerif” - “Qarabağ” oyunu avstriyalı hakimlərə həvalə olundu

14:31  “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00  Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30  “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11  David Ospina rəsmən “Napoli”də

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43  Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25  Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04  Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23  Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  “Keşlə” yenə qarışıb

10:32  “Traktorsazi”dən ilk qələbə

10:21  İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az