(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Kamran Quliyev azarkeşlərə səsləndi: “Aramızda mübarizə gedir”

Kamran Quliyev azarkeşlərə səsləndi: “Aramızda mübarizə gedir”

“Neftçi”nin prezidenti Kamran Quliyev komandanın Topaz Premyer Liqasının XXIII turunda “Zirə”yə qalib gəldiyii (3:0) oyundan sonra təşkil olunan brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
 
- “Neftçi” ilk dəfə “Zirə”ni məğlub etdi. Özü də böyük hesabla...
- Oyun xoşuma gəldi. Fikrimcə, hamı zövq aldı. Amma komandanın yorğun olduğu görünürdü. Həftəiçi “Qəbələ” ilə oyun olmuşdu, üstəlik, fikrimizdə cavab matçı var idi. Təbii qazondan sonra süni örtükdə oynamaq da komanda üçün ağır idi. Amma qələbə qazandıq. 4-cü yerdəki “Zirə”yə çatmağımıza cəmi 1 xal qalıb.
 
- Çempionatda rəqibiniz “Zirə” zəif vaxtlarını keçirir, kubokda ilk görüşdən sonra üstünlüyünüz var. “Neftçi”nin hazırkı vəziyyəti yaxşı görünür. Heyət, məşqçilər korpusu ilə bağlı bundan sonrakı planlarınız nələrdi?
- Bu barədə ancaq mövsümün sonunda danışa bilərəm. Mən əvvəldən nəsə deməyi xoşlamıram. Əgər komanda Avropa Liqasına vəsiqə qazansa, mütləq güclənməlidi. Bu, birmənalıdı. Düşməsək belə, yenə güclənməliyik. Hədəflərimiz böyükdü.
 
- Medal uğrunda rəqibiniz “Sumqayıt” son dəqiqələrdə vurduğu qolla qələbə qazandı və 5 xallıq fərqi qorudu. Bu klubun keçmiş prezidenti kimi hansı hissləri keçirirsiz?
- Keçmiş prezident kimi sevinirəm. “Sumqayıt”ı təbrik edirəm. Amma mən hazırda “Neftçi”dəyəm. Hədəfimiz ən yüksək yerlərdə olmaqdı. Onları nə qədər istəsəm də, aramızda mübarizə gedir.
 
- "Zirə"nin ikinci hissənin əvvəlində azlıqda qalması oyuna necə təsir etdi?
- Bunun təsiri böyük oldu. Çünki “Zirə” birinci hissənin son 25 dəqiqəsini böyük təzyiq etmişdi. Qırmızı vərəqədən sonra planları pozuldu, artıq bilmirdilər ki, nə etsinlər.
 
- “Neftçi”nin son zamanlar uğurlu çıxış etməsində əsas rolu nə oynayır?
- Futbolçular, məşqçi heyəti, bütün sıravi işçilər, rəhbərlik və sponsorlar.
 
- Bunu sizin gəlişinizlə əlaqələndirmək olarmı?
- Bu sualı indi mənə verməyin. Çempionat bitsin, sonra nəsə danışmaq olar.
 
- Sizin gəlişinizdən sonra transfer edilən Soni Mustivarın oyunundan razısız?
- Özünüz görürsüz də, mən nə deyim (gülür). Hər oyun can-başla mübarizə aparır. Hamı deyirdi ki, 8 ay oynamayan futbolçunu necə transfer etmisiz, amma keyfiyyət görünür. Mustivar bu gün 90-cı dəqiqədə top qazanır, irəliləyir, qol ötürməsi edir... Bu, hələ onun maksimumu deyil.
 
- Kubokda “Qəbələ” ilə cavab oyunu barədə nə deyə bilərsiz?
- Mən azarkeşlərə səslənirəm. İş günü olsa da, oyun axşam saat 8-dədi. Hamını komandaya dəstək olmağa çağırıram. “Qəbələ” ilə oyunda bizə sərfəli nəticə yox, qələbə lazımdı. Əhval-ruhiyyəni yüksək saxlamalıyıq. Gələn həftənin bazar günü yenə onlarla oynayacağıq. Bütün azarkeşlərimizi stadiona səsləyirəm.

 
tarix: 16-04-2018 10:17


 
Xəbər lenti
22.06.2018

14:25   “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54   “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22   Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52   “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40   Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23   “Qarabağ”da şotland qapıçı?

12:02   “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48   “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24   Naqelsmanın yeni klubu bəlli oldu

11:00   “eTopaz”da günün canlı oyunları

10:33   Növbəti 3 oyunun hakim təyinatları açıqlandı - DÇ-2018

10:00   “TOPAZ”DA BU GÜN

09:31   Xorvatiya 4-cü oldu: Kim qalır, kim gedir?

09:00   Braziliya Kosta Rika ilə üz-üzə - YENİLƏNİR

01:15   Argentina - Xorvatiya matçının ən yaxşısı

01:01   “Qəbələ” Sloveniyadakı 2-ci günü tək məşqlə başa vurdu

01:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

00:49   İlqar Qurbanov: “Həmişə rəqib komandanı özündən üstün saymalısan”

00:02   Xorvatlar Argentinanı belə biabır etdilər - VİDEO

21.06.2018

23:51  Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə

23:06  Mbappe tarixə düşdü

22:00  Fransa 1/8 finala, Peru evə

21:22  Mbappe ən yaxşı seçildi

21:00  Fransaya 1 qol bəs etdi - VİDEO

20:08  “Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

19:51  “Qarabağ” italiyalı qapıçı gətirir

19:14  Əmrə rəsmən “Yuventus”da

18:55  Füzuli və Cəbrayılda “Cəsur ürəklər” festivalı

18:41  “Neftçi”də hazırlığın ilk mərhələsi bitdi

18:20  Danimarka - Avstraliya matçının ən yaxşısı bəlli oldu

18:01  Hərəyə 1 qol, 1 xal - VİDEO

17:36  MY yeni transferini rəsmən açıqladı - FOTO

16:55  “Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

16:24  “Olimpiya”nın kapitanı: “Hamı bizimlə düşmək istəyirdi”

16:17  “Neftçi” rəsmisi: “Onlara bu barədə məlumat verilmişdi”

15:58  Ronaldodan saqqal sözü: Qırxmayacam

15:03  Millimizin Avropa Liqası üçün heyəti

14:50  “Neftçi”də biabırçılıq: Futbolçuları məşqə buraxmadılar

14:30  Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

14:19  Şehiç qərarını dəyişdi: Türkiyənin başqa klubuna keçir

13:50  “Qəbələ” “Proqres”lə ilk oyunun yer və vaxtını açıqladı

13:43  Juninyo Premyer Liqa klubunda

13:17  Altıntop karyerasını başa vurdu

12:44  Millinin mətbuat üçün açıq məşqi olacaq

12:25  DÇ-2018: Daha 3 oyunun hakimləri bəlli oldu

12:01  Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

11:43  Super Liqa klubunda yeni baş məşqçi

11:22  Premyer Liqa klubundan 25 milyonluq transfer

11:00  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az