(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Mahmudov finala adlayacaqlarına əmindi

Mahmudov finala adlayacaqlarına əmindi

"Çox çətin oyun oldu. Qarşılaşmanın əvvəlində qol vurduq, sonra isə müəyyən qədər müdafiəyə meyilli futbol oynadıq. "Zirə"yə qarşı oyunlarda həmişə qısa ötürmələrə üstünlük vermişik və yaxşı nəticə qazanmamışıq. Bu dəfə oyun üslubumuz fərqli idi, bunu siz özünüz də gördünüz. Qələbə qazandıq, buna görə xoşbəxtik" - bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqasının XXXIII turunda "Zirə"yə qalib gəldikləri oyundan sonra deyib.
 
Oyun haqda fikirlərini bildirən milli komandamızın oyunçusunu rəqibin qırmızı vərəqə almasının "Neftçi"nin xeyrinə olduğunu bildirib: "Rəqib qırmızı vərəqə aldıqdan sonra bizim üçün daha asan oldu. Çünki rəqib qırmızı vərəqədən sonra necə oynamaq lazım olduğunu bilmirdi. Amma rəqib komandanın məşqçisinin qovulması oyuna təsir göstərmədi. Təbii ki, futbolçunun qovulması oyuna daha çox təsir edir. Mənim fikrimcə, daha çox qol vura bilərdik".
 
Təcrübəli yarımmüdafiəçi Azərbaycan kubokunda final mərhələsinə yüksələcəklərinə inanır: "Bizim yaxşı komandamız var. Deməzdim ki, yorğunluq növbəti oyunumuza təsir göstərəcək. Əminəm ki, tezliklə bərpa olunacağıq və final uğrunda döyüşəcəyik. İki cəbhədə mübarizə aparmağın çətin olduğunu düşünmürəm. Çünki bizim kifayət qədər oyunçumuz var. Xüsusən onu vurğulamaq istəyirəm ki, Soni Mustivarın gəlişindən sonra daha çox seçim imkanımız yaranıb, məşqçimiz daha çox rotasiyalar edə bilir. Əgər "Qəbələ"ni keçsək, final oyunumuz qalacaq. Bu heyət mübarizə aparmağa hazırdı".

 
tarix: 16-04-2018 10:34


 
Xəbər lenti
25.09.2018

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az