(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”a 2 xal bəsdi

“Qarabağ”a 2 xal bəsdi

Topaz Premyer Liqasının çempionu finişə 4 tur qalmış müəyyənləşə bilər. Həftəsonu baş tutan XXIII turun qarşılaşmalarının nəticələri elə vəziyyət yaradıb ki, növbəti oyunlarda qızıl medalların sahibinin adına aydınlıq gəlməsi mümkündü. Daha doğrusu, bunun üçün bir matçın nəticəsi yetərlidi. Söhbət “Qarabağ”ın ardıcıl 5-ci çempionluğu rəsmiləşdirməsindən gedir.
 
Gəncədə “Kəpəz”i 1:0 hesabı ilə yenən Qurban Qurbanovun yetirmələri bu qələbə ilə turnir cədvəlinin ilk iki pilləsindən birini təmin edib. Artıq 56 xala malik Ağdam klubu 3-cü olan “Sumqayıt” üçün əlçatmazdl. Ən pis halda, “gümüş”ü qazanacaq “Qarabağ” 2-ci olan “Qəbələ” ilə xal fərqini də 14-ə çatdırıb. Buna “qırmızı-qaralar”ın “Səbail”lə ev matçında xal itirməsi səbəb olub.
 
Finişə 5 tur qalmış 14 xallıq üstünlüyün olması isə o deməkdi ki, “Qarabağ”a çempionluq üçün vur-tut 2 xal lazımdı. Qızıl medalların taleyinin XXIV turda həll olunması üçün iki qarşılaşmadan birində Qurbanovun yetirmələrinə sərf edən nəticə qeydə alınmalıdı.
 
Ağdamlıların aprelin 21-də çempionluq sevinci yaşaması mümkündü. Həmin gün son illərin dəyişməz çempionu səfərdə “Sumqayıt”la oynayacaq. “Qarabağ” səfərdə qalib gəlsə, mövsümün son matçlarının nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edəcək.
 
5 qat ölkə çempionu “Gənclik şəhəri”ndə qələbə qazanmasa, ertəsi gün qızıl medal sevinci yaşaya bilər. “Qarabağ”ı əzəli rəqibi “Neftçi”nin xal qazanması çempionluğa daşıya bilər. Belə ki, 2-ci pillədə qərarlaşan “Qəbələ” Bakıda “ağ-qaralar”a qalib gəlməsə, yəni ən azı 2 xal itirsə, liderə çatmaq şansını itirəcək.
 
Bir sözlə, qızıl medalların sahibini tapması üçün ya “Qarabağ” qalib gəlməlidi, ya da “Qəbələ” xal itirməlidi. Əgər sonuncular meydanı 3 xalla tərk etsə, ağdamlılar isə itki ilə üzləşsə, Premyer Liqanın taleyi XXV turadək təxirə salınacaq.
 
Düzdü, “Qəbələ” qalib gəlsə, “Qarabağ” heç-heçə etsə, komandalar arasında fərq sona 4 tur qalmış 12-yə bərabər olacaq. “Qızıl oyun”un nəzərdə tutulmadığı çempionatda rəqiblər arasında şəxsi görüşlərdə üstünlük məsələsinə aydınlıq gəlmədiyi üçün 12 xallıq fərq qızıl medalların sahibini müəyyənləşdirməyəcək (apasport.az).
 
Qeyd edək ki, “Qarabağ” və “Qəbələ” arasında şəxsi oyunlarda ağdamlılar 2:1, “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlib, bir dəfə qolsuz bərabərlik qeydə alınıb. Komandalar arasında son matç isə XXVIII tura təsadüf edəcək.

 
tarix: 16-04-2018 10:55


 
Xəbər lenti
12.12.2018

11:00   “Monako” “Borussiya”ya da uduzdu - VİDEO

10:45   “İnter” pley-off şansını belə əldən verdi - VİDEO

10:30   Milli komanda Məşqçilər Komitəsinə tapşırılsın!

10:15   “Barselona” “Tottenhem”lə “sülh bağladı” - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   “Liverpul” “Napoli”ni tək qolla üstələdi - VİDEO

09:20   “Qalatasaray” “Portu”ya uduzsa da… - VİDEO

09:00   Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

02:03   “Liverpul”la “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

08:45  Reynaldo təkzib etmədi: “Bir şey olacaq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az