(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Meydanda bir-biri ilə yola getmirlər, birinin sözü digərinin boğazından keçmir”

“Meydanda bir-biri ilə yola getmirlər, birinin sözü digərinin boğazından keçmir”

Yüksək Liqanın hesabat turunda turnir cədvəlinin qonşu pillələrində yer alan “İtaldizain Futsal” – “Neftçi” oyunu gərginliyi ilə bərabər, başqa məqamlarla da yadda qaldı. Futbolinfo.az xəbər verir ki, oyundan sonra cari mövsümdə “Neftçi”yə ilk dəfə məğlub olan “İtaldizain Futsal”ın təcrübəli kapitanı Ramil Həsənzadə Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Qapıçının müsahibəsini təqdim edirik:

- Oyunun gedişi “İtaldizain Futsal”ın qələbə qazanacağını göstərirdi. Ancaq yekunda rəqibin qələbəsi qeydə alındı…
- Hadisələrin axarından özümüz də qələbə qazanacağımıza əmin idik. Birinci hissədə yaxşı oynadıq. Qol epizodlarımız çox oldu. Uşaqlar istifadə edə bilmədilər, digər tərəfdən “Neftçi”nin qapıçısı Elnur Zamanov inamlı oyunu ilə komandasını qollardan xilas etdi. İkinci hissədə fərqli oyun alındı. “Neftçi” oyununu gücləndirdi, biz isə əksinə, sanki dayandıq, rahatlaşdıq.

- Rahatlaşmağa əsas var idi?
- Əsas yox idi. Hesabı açdıqdan sonra dayandıq. Nihadın, Rəcəbin, Elvinin oyunu alınmadı. Bu qarşılaşmada Ağatahir, Elşən, Faiq daha yaxşı oynadı. Bir də futbolda hər dəfə dominantlıq edən tərəf qalib gəlmir. Topa nəzarət bizdə, qol epizodları baxımından fəallıq bizdə, amma qolları buraxan da biz olduq.

- Sanki komandada motivasiya, istək də yox idi.
- Bu haqda paltardəyişmə otağında da danışdıq. Sanki uşaqların gözü “yanmırdı”, qələbə “qığılcımı” yox idi. Halbuki, komandada istər maliyyə, istərsə də digər tərəfdən problem yoxdu. Maaşlarımızı vaxtında alırıq, məşqlərimizi edirik. Niyə belə alındı, bilmirəm. Bunun səbəbini tapmalı, üzərində işləməliyik.

- Komandanızda yaşlı futzalçılar az deyil. Bəlkə onlar oynamaqdan yorulublar?
- Həftədə 1-2 oyun keçirməklə yorğunluq olmaz. Ümumi yorulmaqdan, doymaqdan danışırsınızsa, buna da inanmıram. Bir məqam məni narahat edir ki, meydanda uşaqlar bir-biri ilə yola getmirlər. Birinin sözü digərinin boğazından keçmir. Kimsə kiminsə səhvini deyəndə, qəbul etmək istəmir, qıcıqlanır.

- Bu, nizam-intizamla bağlı ola bilərmi?
- Bizdə klubun daxili nizam-intizam kodeksi var. Ona əməl etməyən oyunçu kimliyindən asılı olmayaraq, maddi cəhətdən cəzalandırılır. Burada yersiz sarı vərəqə almaqdan tutmuş, ciddi səhvlərə qədər hamısı öz əksini tapıb.

- Yeri gəlmişkən, oyunun gedişi zamanı feyr-pley qaydasını pozdunuz. Bunu edərkən, komanda yoldaşınız topu rəqibin zədəli futzalçı olduğuna görə çıxardığını unutmuşdu?
- Oyunu başlayan zaman “Neftçi”nin kapitanı Rüfət Balakişiyev Faiq Əliyevə dedi ki, top sizdədi, başlayın. Bu komanda yoldaşımı yanıltdı. Faiq də Elşənə ötürmə etdi, o da toxunmaqla qol vurdu. Ancaq biz bu səhvi dərhal aradan qaldırdıq. Təbii ki, hər birimiz feyr-pley qaydalarına əməl etməliyik. Şərait yaratdıq, rəqib topu meydanın mərkəzindən oyuna daxil edib, qapımıza qol vurdu. “Neftçi” meydanda rəqibimiz olsa da, orda çoxsaylı dostlarımız çıxış edir. Dostluq, hörmət heç vaxt itmir.

- Qış fasiləsində heyəti gücləndirəcəyiniz gözlənilsə də, ciddi addım atılmadı. Səbəbini izah edə bilərsən?
- Asif Zeynalovu heyətə cəlb etdik. O, cəzalı olduğuna görə, oyunu buraxdı. Planımızda yeni oyunçular da dəvət etmək var idi. Hətta legionerləri də komandamızda görməyi düşünürdük. Sadəcə, fikirləşdik ki, bu transferləri yayda edək, komandanı növbəti mövsüm üçün gücləndirək.

- Deməli, yeni mövsümdə fərqli “İtaldizain Futsal” görəcəyik?
- Fikrimiz belədi. Tam fərqli “İtaldizain Futsal” görəcəksiniz.

- İddianız dəyişəcəkmi?
- Artıq tələblər də dəyişəcək. Rəhbərliyin futzalçılardan tələbi fərqli olacaq. İddiamız böyüyəcək.

- Transfer üçün göz altıladığınız futzalçılar varmı?
- Xidmətində maraqlı olduğumuz oyunçular var. Bəziləri ilə aramızda danışıq olub. Ancaq indidən ad çəkmək istəmirəm. Transferlər reallaşdırqdan sonra açıqlayacağıq.


 
tarix: 16-04-2018 13:26


 
Xəbər lenti
24.06.2018

01:40   Almaniya - İsveç matçının ən yaxşısı

01:21   “Neftçi” dumana düşdü - VİDEO

00:50   Xorvatiyalı yarımmüdafiəçi rəsmən “Neftçi”də

00:10   Almaniya millisi 90+5-də sevindi - VİDEO

23.06.2018

23:55  Belçika və Meksikadan asan, Almaniyadan dramatik qələbə

23:29  Sənan Qurbanov: “Kukesi” ilə matçdan istədiklərimi ala bildim”

22:52  Millimizin Bakı toplanışı üçün heyəti açıqlandı

22:11  Çiçarito ən yaxşı seçildi

22:00  Qurbanov: “Səhvlərimiz oldu, amma…”

21:49  “Qəbələ” də heç-heçə ilə başladı

21:14  “Qarabağ” ilk sınağından heç-heçə ilə ayrıldı

21:03  Meksikadan ardıcıl 2-ci qələbə - VİDEO

20:58  “Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”

20:38  Millimiz Belarusa məğlub oldu

18:46  “Neftçi”nin ilk rəqibi bəlli oldu

18:20  Belçika - Tunis matçında 7 qol - VİDEO

18:09  Dubl etdi, ən yaxşı oldu

17:36  Şotland da “Qarabağ”ın təklifini qəbul etmədi

16:53  Hacıyev üçün üç yerli, bir əcnəbi köməkçi

16:11  “Neftçi” Türkiyə toplanışına start verdi

15:28  Medvedev: “İstəmədiyimiz bir rəqib düşdü”

15:07  VAR sistemi, varam deyir...

14:30  Salah Çeçenistanın fəxri vətəndaşı oldu - FOTO

14:18  İtaliyalı futbolçudan “Qarabağ”a təşəkkür və “yox”

13:21  “Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

13:04  “Keşlə”nin rəqibi yoxlama oyununda uduzdu

12:42  “Neftçi” Türkiyədə - VİDEO

12:27  Millimiz Belarusa qarşı

12:11  Paytaxt klubunda qapıçı dəyişikliyi

11:22  Ukraynalı qapıçı rəsmən “Real”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  Kluyvert rəsmən “Roma”da

10:00  “TOPAZ”DA BU GÜN

09:30  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az