(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Azarkeşlər önünə atılan Ayxan

Azarkeşlər önünə atılan Ayxan

Topaz Premyer Liqasının son turunda baş tutan “Zirə” – “Neftçi” oyununu 850 azarkeş izlədi. Bu, oyunun AFFA nümayəndəsinin gözəyarı yazdığı rəqəm idi. Əslində, tribunadakıların sayı daha az görünürdü.
 
Futbolinfo.az xəbər verir ki, bu azarkeşlərin yarıdan çoxu “Neftçi”nin tərəfdarıydı, qalanlarının da əksəriyyəti oyuna baxmağa gələn neytral şəxslər, jurnalistlər, futbol adamları idi. Meydan sahiblərinə dəstək verənlərin sayı 100 nəfəri keçməzdi. Və bu insanların da yalnız 15-20 nəfəri “Zirə”nin əsl fanatları olardı. “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu da məhz bu kiçik qrup istefaya səslədi, çalışdırıcıdan sərt sözlər eşitdi, sonra da klub rəhbərliyinin tapşırığı, polislərin tələbi ilə tribunadan qovuldular.
 
Bir az maraqlı mənzərə idi. Klubun öz fan-klubu bu addımı atırsa, deməli, ortada nəsə var. Klub rəhbərliyi neçə turdu eyni addımı atan azarkeş qrupuna nəzarət edə, onlarla anlaşa, özlərinin dəstək verdiyi məşqçini oyun zamanı müdafiə edə bilmirlərsə, deməli, ya idarəçiliyi bacarmırlar, ya da istefa şüarlarında özlərinin də marağı, kiminsə barmağı var. 10 milyon insanın idarə edildiyi ölkədə, sayı stadiondakı polislərdən az olan azarkeş qrupunun belə aksiyaya hər oyunda əl atması təsadüf ola bilməz.
 
Azarkeşlər haqsız sayılmamalıdı. Fanatlarla münaqişəyə girən çox məşqçi görmüşük və hamısının aqibəti bəllidi. Bu baxımdan əsəblərinə hakim ola bilməyən Abbasova haqq qazandırmaq olmur. Komanda uğursuz oyunları sıralayır, 2018-də qələbə üzü görməyib, 5-ci pilləyə düşmək ərəfəsindədi. Bu oyunlar ərzində rəhbərlik heç bir dəyişiklik edə bilməyib, məşqçilər, futbolçular da böhrandan çıxış yolu tapmır. Kimlərinsə ayılması üçün bəlkə də bu aksiya lazım idi.
 
Maraqlıdı ki, Ayxan bəy çılğınlığına görə hakim tərəfindən tribunaya göndərildi. Hamı onun istefa verəcəyini düşündüyü bir vaxtda bu da olmadı. Rəhbərliyin onun arxasında olduğu deyilir, lakin hər hansı rəsmi açıqlama görmürük. Halbuki klub rəsmi bəyanat yaymalı, ya məşqçinin hərəkətini pisləməli, ya da ona sonadək güvəndiyini bildirməliydi. Heç birini görmürük və qəribə boşluq var, şaiyələr çoxalır, rəsmi münasibət yoxdu.
 
Abbasov həqiqətən perspektivli, üzərində çalışan bir məşqçidi. Hə, onda Qurban Qurbanovun təmkini, Roman Qriqorçukun siyasəti, Samir Abasovun qeyri-adiliyi, Tərlan Əhmədovun külək kimi səmt dəyişməsi yoxdu. Peşəsinə bağlıdı, daim üzərində çalışır, “Zirə”nin indiyəqədərki uğurlarında müstəsna rolu var. Lakin onun aşırı çılğınlığı, bəzən yersiz təkəbbürü, tez-tez futbolçularla münaqişə yaşaması yaxşı sonluq vəd etmir. Özünü cilovlaya bilməyən biri komandanı böhrandan çıxara bilməz. Ayxan bəy “Zirə”ni əvvəlki vəziyyətinə qaytarmaq üçün ilk öncə öz hərəkətlərinə ütü çəkməlidi.
 
Abbasov azarkeşlərlə polemikaya girdi, su qablarını təpiklədi. Və bunu cəmi 15-20 azarkeşin istefa tələbindən sonra etdi. Bir neçə il öncəni düşünün. 20 min azarkeş önündə “Xəzər Lənkəran”, “Kəpəz”, “Neftçi” qarşısında oyuna çıxsaydı, nə olardı? Və ya Olimpiya stadionununda oyuna çıxan millinin məşqçisi olsaydı və 40-50 min adam onun istefasını tələb etsəydi, o zaman Abbasov nə edərdi? Böyük məşqçi olmaq üçün özün də böyüməlisən.
 
Ayxan bəyə çalışqan, perspektivli, iddialı məşqçi kimi inamımız tamdı. Lakin o həm də öz xarakterini rəndələməlidi. Uğursuzluq fonunda rəhbərliyin də yalnız qoyduğu məşqçinin əsəbləşməsi anlaşılandı. Amma futbol acımasızdı – bu gün səni göylərə qaldıran azarkeş, sabah səni yerə də vura bilər. Buna hazır olmaq lazımdı. Qalmaqal Abbasova heç nə vermədi, həmin azarkeşlərlə təcili barışmaq lazımdı, yoxsa Elxan Abdullayevin taleyi ilə üzləşmək qaçılmazdı...
 
FƏRİD
 
P.S.: Qəbələdə atılan o kəllə yadınızdadımı? Abbasov o zərbənin cavabını indi verir – azarkeşlərə, su qablarına. Bax, “Zirə”nin 9 oyundu qələbəyə həsrət qalmasının sirri elə bundadı.

 
tarix: 17-04-2018 10:15


 
Xəbər lenti
19.07.2018

17:14   "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08   “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55   Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35   Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01   Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12   İlk yoxlama matçında 5 cavabsız qol

13:07   “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33   “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11   “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05   Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54   Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35   Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07   Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03   Həminki “Qarabağ”

10:22   “eTopaz”da günün canlı oyunları

10:17   Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:14   “Neftçi” Macarıstan səfərində - YENİLƏNİR

10:11   “Qarabağ”ın potensial rəqibləri

10:06   Millimizin üzvünün debütü

10:00   “TOPAZ”DA BU GÜN

09:53   Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:45   “Qəbələ”nin Lüksemburq sınağı - YENİLƏNİR

09:31   Vaqner da Silva: “Bu, məni narahat etmir”

09:15   “Keşlə” “Baltsan”a qarşı - YENİLƏNİR

09:00   Avroliqada 1-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

03:14   “Neftçi” Budapeştdə - VİDEO

02:31   Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

02:27   Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

02:22   Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

02:19   Roberto Bordin: “Buna hazır olmalıyıq”

02:04   “Qarabağ” - “Olimpiya” 0:0 - VİDEO

01:17   Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

00:51   ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

00:32   Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

18.07.2018

23:58  Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

23:39  İliya Stoliça: “Qarabağ” asan rəqib deyildi”

23:05  “Neftçi” “Keşlə”yə məğlub oldu

22:53  “Qarabağ” ÇL-in növbəti mərhələsində!

22:37  “Güclü olduğumuzu sübut etmək istəyirik”

22:29  Millimiz 2 cavabsız qolla qalib gəldi

19:40  “Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

19:16  “Qol buraxmağa haqqımız yoxdu”

19:06  “Sabah” Türkiyə klubu ilə “sülh bağladı”

18:45  “Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

17:27  “Zirə” 4 yaşında

16:38  "Sabah" 2 illik müqavilə bağladığı xorvat futbolçu ilə müqaviləni ləğv etdi

16:24  “Qarabağ”ın rəqibindən iki yeni transfer

15:10  Baqali Dabo: “Budapeştə qələbə üçün yollanırıq”

14:25  “Neftçi” Macarıstana yola düşdü

14:02  Qəbələdəki qələbə Baştoşu da şoka salıb: “Evdə daha çətin olacaq”

13:43  Premyer Liqa klubundan La Liqaya

13:23  “Sumqayıt”ın rəqibləri məlum oldu

12:59  “Sabah” “Girəsunspor”a qarşı

12:26  AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

12:19  “Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

11:22  Mərakeş yığmasının üzvü Super Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  “Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

10:21  “Neftçi”ni dünənində kölgələnənlər

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Daha bir milli komanda baş məşqçisiz qaldı

09:00  “Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

01:12  “Neftçi” “Uypeşt”ə qarşı - VİDEOANONS

01:00  ÇL: 10 klub 2-ci təsnifat mərhələsində!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az