(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sumqayıt”a 3-cü texniki məğlubiyyət - Yarışdan kənarlaşdırıldı

“Sumqayıt”a 3-cü texniki məğlubiyyət - Yarışdan kənarlaşdırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-15 Liqsında “Viləş” (Masallı) – İOEUGİM matçının 61-ci dəqiqəsində İOEUGİM klubunun futbolçusu Nihad Ələsgərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 61-ci dəqiqəsində İOEUGİM klubunun 6 futbolçusu Rəvan Gülüşov və “Viləş”in futbolçusu Ramiz Qasımov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyun cəzalanıb.

U-15 Liqasında “Səbail” – “Kəpəz” matçının 29-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Əbdüləli Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında UGİM (Astara) – “Neftçi” İK İB (Neftçala) matçının 43-cü dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Murad Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 48-ci dəqiqəsində UGİM klubunun futbolçusu Hacı Vəliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Səbail” – “Şüvəlan” matçının 55-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Nicat Qurbanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında “Səbail” – “Rəvan” matçının 37-ci dəqiqəsində “Səbail”in futbolçusu Azad Əsgərov və “Rəvan”ın futbolçusu Ayxan Qaracayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyun cəzalanıb.

U-13 Qızlar Liqasının Bakı regionu üzrə UGİM (Xaçmaz) – "Qusar" matçında qonaq komanda iştirak etmədiyinə görə “Qusar” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının Bakı regionu üzrə "Sumqayıt" – "Qusar" matçında meydan sahibi komanda iştirak etmədiyinə görə, “Sumqayıt” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Sumqayıt” yarışlardan kənarlaşdırılıb.

Yüksək Qızlar Liqasının "Təhsil" – "Qəbələ" matçının 90+2-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Sevinc Babayeva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Romana” – “Hell Energy” matçında “Romana” komandası iştirak etmədiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Qarabağ” – “Yasamal-2” matçının 27-ci dəqiqəsində “Yasamal-2” klubunun futbolçusu Ceyhun Nağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 27-ci dəqiqəsində “Yasamal-2” klubunun futbolçusu Rəhman Ələkbərli hakimin qərarına kəskin etiraz bildirdiyinə, hakimi təhqir etdiyinə və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il yarışlardan kənarlaşdırırlıb.


 
tarix: 17-04-2018 15:11


 
Xəbər lenti
15.12.2018

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az