(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Deyirdilər ki, “Qəbələ” “Roma” və ya “Yuventus” deyil ki, geridönüş edə”

“Deyirdilər ki, “Qəbələ” “Roma” və ya “Yuventus” deyil ki, geridönüş edə”

Futbolinfo.az sizi "Qəbələ"nin kapitanı Cavid Hüseynovun müsahibəsi ilə tanış edir:

- "Qəbələ" adını növbəti dəfə kubokun finalına yazdırdı. "Neftçi" üzərində qazanılan qələbə haqda nə deyə bilərsiniz?
- Şansımızın istədiyini bilirdik, hər şey özümüzdən asılı idi. Bəziləri bizi ciddiyə almırdı, deyirdilər ki, siz "Roma" və ya "Yuventus" deyilsiniz ki, geridönüş edəsiniz. Amma şükürlər olsun, əziyyətimizin, alın tərimizin sayəsində bu nəticəni əldə etdik və finala yüksəldik. Bizə inanan azarkeşlərə təşəkkür edirəm.

- İlk oyunla cavab oyunu arasında cəmi bir həftə vaxt oldu. Həmin ərəfədə nə dəyişdi?
- Bir qədər psixoloji eniş yaşayırıq. Futbolçuların gücü var, oynamaq istəyirlər. Sadəcə, alınmadı. İlk oyuna yaxşı hazırlaşsaq da, bəxtimiz gətirməmişdi. Bu gün daha istəkli idik, meydanda istədiyimizi edə bilirdik. 

- Oyunun startında çox aqressiv idin. Bu, nə ilə bağlı idi?
- İki epziod var idi və heç birində qayda pozuntusundan söhbət gedə bilməzdi. Bunlara görə etiraz etdim, sonra isə hər şey qaydasında idi.

- İkinci penaltini Monroza jest etdin və o, qapını dəqiq nişan ala bilmədi. Sanki üərksiz vermişdin.
- Yox, ürəksiz vermədim.  Monroz birinci penaltini yerinə yetirmək istəyirdi, amma risk etmədim. Penaltiləri mən vururam və birincini Monroza verə bilməzdim, məsuliyyəti öz üzərimə götürdüm. İkincidə isə hesabda irəlidə idik, amma vura bilmədi. 

- İkinci penaltini Moroza verdiyinə görə peşman olmadın?
- Yox. Sadəcə, komanda yoldaşlarım etiraz etdilər ki, niyə özün vurmadın? Komanda yoldaşımdı, Monrozun da xətrinə dəymək istəmədim. 

- Kubokun finalı Qəbələdə keçiriləcək. Bu, sizin üçün əlavə motivasiyadı?
- Üzərimizdə təzyiq olacağını düşünmürəm. Bu, finaldı, bir oyundan ibarətdi və rəqibimiz güclüdü. Ciddi hazırlaşacağıq, kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.  

- Həftəsonu çempionatda "Neftçi" ilə qarşılaşacaqsınız. Paytaxt klubunun meydanda revanş üçün çıxacağını düşünmürsən?
- Əlimizdən gələni edəcəyik. 

- Finalın maraqsız olacağı ilə bağlı söz-söhbətlər dolaşır. 
- Əslində, final bu gün oldu. Həqiqətən finala bərabər həyəcan, intriqa var idi. Komandaların istəyi də finala bərabər idi. 

- Oyunun gedişində baş məşqçidən əvəzlənməyini istədin. Nə baş vermişdi?
- Belimdə ağrılar var idi. Bir müddət keçəndən sonra hər şey yoluna düşdü və mıəşqçiyə tələsməməyi məsləhət gördüm. (Futbol11)


 
tarix: 19-04-2018 00:25


 
Xəbər lenti
24.01.2019

10:00   Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

09:30   İquayn rəsmən “Çelsi”də

09:00   “Qəbələ” mükafatçılar sırasına düşmək gücündədir”

08:30   “Qəbələ” Rusiya klubuna qarşı - YENİLƏNİR

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az