(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
100-cü qol, 30-cu qələbə

100-cü qol, 30-cu qələbə

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ” finala vəsiqə əldə etdi.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” bununla da 3-cü dəfə həlledici qarşılaşmada oynamaq hüququ qazanıb. Komanda 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1) yarımfinalda mübarizədən kənarlaşdırıb, finalda “Neftçi” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan qarşılaşmanın taleyini bakılıların daha dəqiq olduğu penaltilər seriyası həll edib – 3:2. 2016/17 mövsümündə isə yarımfinalda “İnter”i (3:1, 2:0) keçən “Qəbələ” finalda “Qarabağ”la görüşüb. Ağdam klubu 2 cavabsız qolla kuboka yiyələnib. Özünün 3-cü finalında mayın 28-də “Keşlə” ilə üz-üzə gələcək “Qəbələ”nin “Neftçi” ilə son matçı yubileylərlə də əlamətdar olub.

“Qəbələ” Azərbaycan kubokunda 100-cü qolunu vurub. Bu, cari mövsümün yarımfinal mərhələsinin “Neftçi” ilə səfərdəki cavab matçına təsadüf edib. 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın görüşdəki 2-ci qolu klubun tarixinə kubokdakı 100-cü top kimi düşüb. Matçın 30-cu dəqiqəsində dublunu rəsmiləşdirən Baqali Dabo yubiley topunun müəllifi olub. 8-ci km stadionundakı qarşılaşmayadək keçirdiyi 57 oyunda 98 top vuran “Qəbələ” “Neftçi” ilə görüşdə bu rəqəmi 101-ə çatdırıb. Bunlardan 64-ü evdə, 36-sı səfərdə, 1-i neytral meydanda vurulub.

Baqalinin ilk qolu da yubiley əhəmiyyəti kəsb edib. Hücumçu əvvəlcə “Qəbələ”nin heyətində özünün 25-ci qoluna imza atıb. “Qırmızı-qaralar”ın heyətində 56-cı matçına çıxan Dabo ardınca qol sayını 26-ya çatdırıb. Klub tarixinin 3-cü bombardiri olan hücumçu çempionatda 19, kubokda 4, avrokuboklarda 3 dəfə rəqib qapısına yol tapıb.

Ölkə kubokundakı 58-ci oyun həm də buraxılan 50-ci qolla yadda qalıb. “Neftçi”nin futbolçusu Soni Mustivarın vurduğu top “qırmızı-qaralar”ın qapısında gördüyü 50-ci qoldu. Bunlardan 20-si ev, 26-sı səfər, 1-i neytral meydana təsadüf edib. Ümumilikdə 101 qol vurub, 50-ni buraxan “Qəbələ” həm məhsuldarlığa, həm də fərqə (+51) görə yarışın 7-ci komandasıdı.

Bu qələbə kubok tarixində 30-cu uğurdu. “Qırmızı-qaralar” evdə 18, səfərdə 12 qələbə qazanıb. Komanda kubok yarışlarında 30 və daha çox matçda qalib gələn 8-ci komandadı.


 
tarix: 19-04-2018 22:01


 
Xəbər lenti
15.10.2018

18:24   “Qəbələ” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır

18:02   Qvineya yığmasının üzvü “Neftçi”də - FOTO

17:25   5 liqada 3584 futbolçu

17:12   Bakıda AÇ-2020-nin oyunlarına hazırlıqla bağlı tədbir keçirildi

16:39   Əsgərov dubl etdi, komandası 6 qola sevindi

16:28   “Vorskla” da ermənini Bakıya gətirməyəcək

15:35   Sabiq “Xəzər Lənkəran”lı “Dinamo”nun baş məşqçisi oldu

14:55   Topaz Premyer Liqasında 8-ci turun oyun cədvəli

14:46   “Qarabağ”ın rəqibinin futbolçusu milli karyerasını bitirdi

14:12   Tovuzda uşaq istismarı: gec gələn tribunada soyunur

14:05   Riçard Almeyda yenidən zirvədə

13:25   Birinci Divizionda 7-ci tur: Oyunların vaxtı açıqlandı

13:15   İspaniya İngiltərəyə qarşı - YENİLƏNİR

13:04   Yığma komandada baş məşqçi istefası

12:55   “Azərbaycan millisi qocadır” - “Qarabağ”a rəqib olan futbolçu

12:28   “Topaz”: İspaniyaya yarımfinal üçün bir xal lazım

12:25   Hoqq Kosovonu daha şanslı sayır

12:19   "Mənə o yaşda Mahirdən güclü azərbaycanlı futbolçu adı çəkin!"

12:14   Mahmudov millidən ayrıldı

12:07   Ruslar millimizin bəxtsizliyindən yazır

11:50   Qurbanlıq Mahir

11:21   Türkiyə Rusiyaya belə məğlub oldu - VİDEO

11:00   Şotlandiya - Portuqaliya matçında 4 qol - VİDEO

10:30   “eTopaz”da günün canlı oyunları

10:00   İtaliya Polşaya belə qalib gəldi - VİDEO

09:30   Millimizin rəqiblərindən hərəyə 1 qol, 1 xal - VİDEO

09:00   “Qəbələ”nin futbolçusu İsrailə məğlubiyyətə üzüldü - VİDEO

00:44   Türkiyə Rusiyaya uduzdu, İtaliyadan ilk qələbə

14.10.2018

23:45  Azərbaycan - Malta 1:1 - FOTOLAR

23:28  Millimiz Malta ilə yenə 1:1-ə razılaşdı - VİDEO

23:10  “Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular”

22:38  “Komandamın oyunundan çox razı qaldım”

21:55  Millimiz Maltaya Bakıda da qalib gələ bilmədi

17:17  Dadaşov oynadı, “Eştoril” xal itirdi

15:41  “Qarabağ” - “Vorskla” matçına nə qədər bilet satılıb?

15:00  Moldovalı Riçard Almeydanı qabaqladı - UML

14:40  Qurban Qurbanov üçün yubiley

14:31  Millimizin oyununa nə qədər bilet satılıb?

13:02  Norveç - Azərbaycan matçının hakimləri bəlli oldu

11:47  Topaz: Millimizin oyunu həm “təkli”, həm də canlı

11:00  Gürcüstan millisindən darmadağın - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:00  Cəbəllütariqin tarixi qələbəsi - VİDEO

09:30  Hollandiya Almaniya yığmasını belə biabır etdi - VİDEO

09:00  Slavçevli Bolqarıstan yığmasından ardıcıl 3-cü qələbə - VİDEO

00:39  Cəbəllütariqdən tarixi qələbə, Almaniya Hollandiyaya uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az