(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Finaldakı Maksimus

Finaldakı Maksimus

Hamının başı “Neftçi” – “Qəbələ” matçına qarışdı, ölkə kubokunun digər yarımfinal cütü yaddan çıxdı. Bəlkə də belə olmalıydı, erkən final Bakıda oynanılırdı və titulun potensial sahibi də məhz bu cütdə qalib gələn sayılır.
 
Lakin final tam başqa səhnədi – burada favorit olmur, qalibi müəmmalı 90 dəqiqə müəyyənləşdirir. “Qəbələ” doğma meydanda oynayacağı həlledici matçda böyükhesablı qələbə qazana, cansıxıcı oyunun yekununda və ya penalti zərbələrindən sonra uduza da bilər. Bu matçda nəticəni güclü heyətlə yanaşı, məşqçi bacarığı da həll edəcək.
 
Əslində, Yuri Maksimovu indidən mənəvi qalib hesab etmək olar. Yox, o, bu qələbəni Roman Qriqorçuk üzərində qazanmayıb. 2 əcnəbinin duelində tipik Ukrayna futbolu izləyəcəyik. Maksimov ilk qələbəni Zaur Axundov üzərində əldə edib.
 
“Keşlə”nin baş məşqçisi klubun Müşahidə Şurasının sədriylə yola getmir. Onun komandanın işlərinə qarışması Yurinin ürəyincə deyil və hər açıqlamasında bunu hiss etdirir. Bəzən istefa verəcəyini bildirməklə, bəzən büdcəylə bağlı aldadıldığını deməklə... Və heyət yetərsizliyinin, maddi çətinliklərin, rəhbər təzyiqlərinin dözülməz olduğu bir vaxtda Maksimov 2-3 aparıcı futbolçunun ətrafında normal kollektiv qurub. Sınıq-salxaq heyətlə o, finala qədər irəliləyib, hətta burada məğlub olsa da, onu qalib saymaq üçün əsas verib.
 
Axundov sponsorların istəyi ilə gətirilən bu məşqçini heç vaxt istəməyib, qışda onun qarşısına çox çətin görünən avrokuboklara vəsiqə tələbini qoyub. Zaur bəy özü də komandanın uğuruna inanmırdı və Maksimovdan bu yolla qurtulacağını zənn edirdi. Lakin aldadılan, özünün dediyi kimi, vəd ediləndən 10 dəfə az büdcəyə məhkum edilən məşqçi artıq finaldadı və bu, həm də Axundovun məğlubiyyətidi. İndi “Keşlə”də əsas söz sahibi məşqçidi, sədr yox.
 
Yurinin “Sumqayıt”la oyundakı uğuru yox, hərəkəti gündəm oldu. O, rəqib futbolçuya təpik atdı, tribunaya göndərildi. Yolverilməz hərəkət idi, qınanılması vacibdi. Amma Samir Abasov, Ayxan Abasov və Roman Qriqorçukun dəb saldığı məşqçi çılğınlığı, qovulmaların adiləşməsi ona da sirayət etdi.
 
İnstinktiv hərəkət idi, gözü önündə ən önəmli futbolçularından Sezar Meza Kolliyə qarşı kobudluğu həzm edə bilmədi. Bəxtiyar Həsənalızadə bəlkə də bu kobudluğa, rəqibi aşkar sındırmaq cəhdinə görə qırmızı vərəqəyə layiq idi, Maksimovun ona qarşı aqressiyası hakimlərin hədəfini dəyişdi. Maksimov qovuldu, əvəzində futbolçularının etibarını bir daha qazandı. Bir neçə aydı əl-ələ verib hədəfə kökləndikləri kiçik oyunçu dəstəsi üçün Yuri həm də əla mühafizəçi, qayğıkeş atadı. Və bunun cavabı təkcə meydandakı əzmkar oyunla verilmir, Axundovla qarşıdurmalarda da futbolçular kobud sədrin yox, açıqsözlü məşqçinin tərəfindədilər.
 
Qışdan bəri sədrlə məşqçi arasında gedən soyuq müharibə ukraynalının qələbəsi ilə bitib. Finaldakı nəticədən asılı olmayaraq, artıq Maksimov şərtləri diqtə edənə, bacarıqsızlığı üzə çıxan Zaur bəy isə əmr quluna çevrilib. Bu səbəbdəndi ki, mətbuata yeni müqavilə haqda xəbərlər sızır.
 
Yazılanlara inansaq, klub rəhbərliyi Maksimova yeni müqavilə, səviyyəli oyunçular, yaxşı büdcə vəd edib. Təbii ki, ukraynalı sədrə inanmır, sponsorlardan vəd gözləyir. “Keşlə”də qalmayacaqsa da, artıq möhürünü vurub gedəcək. Axundova isə kubokun finalına kimi irəliləmiş məşqçiyə layiqli əvəzedici tapmaq çox çətin olacaq.
 
FƏRİD

 
tarix: 20-04-2018 11:00


 
Xəbər lenti
18.10.2018

00:43   Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

17.10.2018

23:42  “Qarabağ”la oyunları buraxacaq futbolçu: “Ürəyim onlarladı”

22:17  Yığma komandanın baş məşqçisi qovuldu

21:00  GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

20:12  Ramin Musayev PFL prezidentliyinə namizədliyini verməyəcək

20:02  Azərbaycanda futbolçu baş məşqçini döydü

19:32  Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

18:40  “Neftçi” hələ də tam heyətlə məşq edə bilmir

17:43  AFFA “Sumqayıt”ı qismən bağışladı

17:10  MS-nin braziliyalısı sıradan çıxdı

16:14  Paytaxt klubunda ciddi itki

15:24  “Ginnesin rekordlar kitabı”na düşdü - “Çelsi”nin futbolçusu

15:06  Gürcüstanla fərqimiz

15:00  GÜNÜN XATIRLATMASI: Yaradılan “şərait”ə görə xərc

14:53  Premyer Liqa klubu daha bir futbolçusunu itirdi

13:54  “Mançester Yunayted” “başsız” qaldı

13:22  Ramos, Almeyda və Qara

13:00  Cəbəllütariqdən ardıcıl 2-ci qələbə - VİDEO

12:41  Qazaxıstan millisindən 4 cavabsız qol - VİDEO

12:22  Gürcüstan millisindən ardıcıl 4-cü qələbə - VİDEO

12:09  “Sabah”ın prezidentinin “gizli oyun”u

11:55  “Neftçi”nin legioneri milli komandada qol vurdu

11:48  U-21-in Norveçlə oyunu bitməyib...

11:37  “Qəbələ”dən 14 cavabsız qol

11:12  Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

11:00  Ukrayna Çexiyanı tək qolla yendi - VİDEO

10:45  Fransadan Almaniya üzərində əzmkar qələbə - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:15  “Qəbələ”nin futbolçusu Afrikada “Keşlə”nin oyunçusunu məyus etdi

10:00  AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

09:47  Slavçevli Bolqarıstan yığmasından ilk xal itkisi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az