(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

3 vəsiqə, 5 namizəd

3 vəsiqə, 5 namizəd

Topaz Premyer Liqasında mövsümün bitiminə 5 tur qalıb. Kubokun finalını da nəzərə alsaq, qalan 21 oyunda avrokuboklara vəsiqə qazanacaq bütün komandalar bəlli olmalıdı.
 
Biri artıq bəllidi – “Qarabağ”ın qitə yarışlarında olacağı dəqiqdi, qarşıdakı turda isə Çempionlar Liqasında oynaması rəsmiləşməlidi. Qalır Avropa Liqasına düşəcək 3 kollektiv. Bu yerlərə isə 5 namizəd var.
 
“Qəbələ” 2-ci pillədə rahat görünür, hətta bir pillə geriləməsi də problem yaratmaz. Üstəlik, Roman Qriqorçukun yetirmələri kubokun finalındadı və hər iki cəbhədə şanslıdı. Onların rəqibi olan “Keşlə”nin isə bütün ümidləri final matçına bağlıdı, çempionatda şans qalmayıb.
 
“Keşlə” kuboku qazansa, hətta 4-cü pillənin sahibi də avrokuboklardan kənarda qalacaq. Bu səbəbdən “Qəbələ”nin uğurunu “qırmızı-qaralar”dan çox izləyiciləri – “Sumqayıt”, “Zirə” və “Neftçi” istəyir. Hətta “Keşlə” finalda uduzsa da, adı çəkilən komandalardan biri ofsayda düşməlidi. Amma kim?
 
Qalan oyunlara nəzər salsaq, “Sumqayıt”ın daha rahat təqvimə malik olduğunu deməliyik. Evdə daha çox oyun keçirəcək Samir Abasovun yetirmələri son oyunlardalı düşüşü aradan qaldırsa, qarşısıalınmaz olacaqlar. Bu baxımdan əsas mübarizənin “Neftçi” ilə “Zirə” arasında gedəcəyini deyə bilərik. Kuboku “Keşlə”nin alması ehtimalı onları 4-cü yerlə kifayətlənməməyə, ilk üçlüyə düşməyə məcbur edir.
 
24-ci tur
Neftçi - Qəbələ
Səbail - Kəpəz
Sumqayıt – Qarabağ
Keşlə - Zirə
 
25-ci tur
Sumqayıt - Səbail
Keşlə - Neftçi
Qəbələ - Kəpəz
Zirə - Qarabağ
 
26-cı tur
Qarabağ – Neftçi
Səbail - Zirə
Qəbələ - Keşlə
Kəpəz – Sumqayıt
 
27-ci tur
Zirə - Kəpəz
Neftçi - Səbail
Keşlə - Qarabağ
Sumqayıt - Qəbələ
 
28-ci tur
Sumqayıt - Zirə
Kəpəz – Neftçi
Səbail - Keşlə
Qəbələ - Qarabağ
 
1. Qarabağ          23           17           5             1             33-8       56
2. Qəbələ            23           12           6             5             37-23     42
3. Sumqayıt        23           11           6             6             31-25     39
4. Zirə                23           9             8             6             29-24     35
5. Neftçi             23           10           4             9             31-24     34
6. Səbail             23           5             4             14           15-32     19
7. Keşlə              23           4             6             13           20-36     18
8. Kəpəz             23           3             3             17           14-38     12

 
tarix: 20-04-2018 09:01


 
Xəbər lenti
19.08.2018

02:10   “Barselona” qələbə ilə başladı

01:45   “Monako” büdrədi, PSJ qalib gəldi

01:30   “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14   London derbisində “Çelsi” sevindi

01:00   İtaliya çempionatı da başladı

00:43   “Fənərbaxça” uduzdu

00:25   Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

18.08.2018

23:55  Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

23:46  Mladen Milinkoviç: “Bəzi məcburi dəyişikliklər etməli oldum”

23:30  Paytaxt derbisində 4 qol - VİDEO

23:15  Arif Əsədov: “Ən gözəl hədiyyə elə budu”

22:25  “Qarabağ” qələbə, “Zirə” heç-heçə ilə başladı

21:30  “Səbail” “Qarabağ”a da uduzdu - VİDEO

21:15  “Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

21:04  Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

19:36  Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

18:55  Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

18:01  “Zirə”nin Premyer Liqada 4-cü startı

17:34  Mbia yenidən Fransa klubunda

17:01  Fransada klub dəyişdi

16:35  “Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

16:03  Kamerun yığmasının üzvü La Liqa klubunda

15:34  Bundesliqa klubu milli üzvü ilə gücləndi

15:05  “Şerif” - “Qarabağ” oyunu avstriyalı hakimlərə həvalə olundu

14:31  “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00  Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30  “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11  David Ospina rəsmən “Napoli”də

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43  Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25  Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04  Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23  Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  “Keşlə” yenə qarışıb

10:32  “Traktorsazi”dən ilk qələbə

10:21  İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az