(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Əhmədovun istefa vədinin pərdəarxası

Əhmədovun istefa vədinin pərdəarxası

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun avrokuboklara vəsiqə qazanmayacaqları halda istefa verəcəyini deməsi təsadüf deyil. İndiyəqədərki karyerası ərzində heç vaxt ondan bu qədər cəsarətli, riskli açıqlama görməmişik. Heç indi də öz sözünü demir. Sadəcə, göstəriş belədi.
 
Əhmədov klubun indiki rəhbərliyi üçün sevimli məşqçi deyil. Köhnə rəhbərliyin vaxtında, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin istəyi ilə bu posta gətirilən Tərlanı ancaq ölkə kubokunun qazanılması xilas edə bilərdi. Lakin yarımfinalda bacarıqsızlığı sübut olundu və “Neftçi” mübarizəni dayandırdı.
 
İndi ümid çempionat yolu ilə istəyə çatmağa qalıb. Çətindi, amma mümkündü. Musayev qalan 5 oyunda işləri “nizamlamaq” üçüm gizli yardım edə bilər. Böhranda olan “Zirə”ni, lap elə “Sumqayıt”ı sıradan çıxarmaq üçün hakimlərin 1-2 səhv qərarı kifayətdi. Xüsusilə “Zirə” rəhbərliyinin susqunluğu əla fürsətdi. Təkcə 2018-də 5 matçda “qartallar” hakim səhvlərindən xeyli xal itirib. Ona görə də bunun davamı mümkündü. Əhmədovun məlum qaçıqlaması da öz sözü deyil.
 
AFFA-nın baş katibi Elxan Məmmədovla Musayevin şərikli qayğı göstərdiyi 2 klub yarımfinalda dayanıb. Lakin bu iki şəxs kadrlarını vəziyyətdən çıxarmaq üçün hər şeyə razıdı. Xüsusilə Musayevin çiyinlərinə “yük düşür” və çoxillik təcrübəsi ona kömək etməlidi.
 
Amma çətin ki, avrokuboklara vəsiqə də Əhmədovu xilas etsin. “Neftçi” rəhbərliyi onu öz komandasının üzvü saymır. Elxan Abdullayevi komanda 7-ci yerdə gedərkən yeni – üçillik müqavilə ilə şərəfləndirən klub, indi anlaşması 1 aydan sonra bitəcək məşqçiyə ümid də vermir. Və Tərlan yəqin ki, istefa verməyəcək, sadəcə, onun müqaviləsi yenilənməyəcək. Avropa Liqasına çıxış hüququ qazansa da...

 
tarix: 20-04-2018 17:29


 
Xəbər lenti
18.10.2018

00:43   Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

17.10.2018

23:42  “Qarabağ”la oyunları buraxacaq futbolçu: “Ürəyim onlarladı”

22:17  Yığma komandanın baş məşqçisi qovuldu

21:00  GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

20:12  Ramin Musayev PFL prezidentliyinə namizədliyini verməyəcək

20:02  Azərbaycanda futbolçu baş məşqçini döydü

19:32  Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

18:40  “Neftçi” hələ də tam heyətlə məşq edə bilmir

17:43  AFFA “Sumqayıt”ı qismən bağışladı

17:10  MS-nin braziliyalısı sıradan çıxdı

16:14  Paytaxt klubunda ciddi itki

15:24  “Ginnesin rekordlar kitabı”na düşdü - “Çelsi”nin futbolçusu

15:06  Gürcüstanla fərqimiz

15:00  GÜNÜN XATIRLATMASI: Yaradılan “şərait”ə görə xərc

14:53  Premyer Liqa klubu daha bir futbolçusunu itirdi

13:54  “Mançester Yunayted” “başsız” qaldı

13:22  Ramos, Almeyda və Qara

13:00  Cəbəllütariqdən ardıcıl 2-ci qələbə - VİDEO

12:41  Qazaxıstan millisindən 4 cavabsız qol - VİDEO

12:22  Gürcüstan millisindən ardıcıl 4-cü qələbə - VİDEO

12:09  “Sabah”ın prezidentinin “gizli oyun”u

11:55  “Neftçi”nin legioneri milli komandada qol vurdu

11:48  U-21-in Norveçlə oyunu bitməyib...

11:37  “Qəbələ”dən 14 cavabsız qol

11:12  Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

11:00  Ukrayna Çexiyanı tək qolla yendi - VİDEO

10:45  Fransadan Almaniya üzərində əzmkar qələbə - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:15  “Qəbələ”nin futbolçusu Afrikada “Keşlə”nin oyunçusunu məyus etdi

10:00  AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

09:47  Slavçevli Bolqarıstan yığmasından ilk xal itkisi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az