(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” çempion!!!

“Qarabağ” çempion!!!

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

Öncə “Səbail” “Kəpəz”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol vurduqları oyundan 1 xalla ayrılıblar.

“Qəbələ” bir neçə gün öncə kubokun yarımfinalında mübarizədən kənarlaşdırdığı “Neftçi”nin qonağı olub. Bu, "ağ-qaralar"la bölgə təmsilçisinin 8-ci km stadionunda son 4 gündə ikinci qarşılaşması idi. Aprelin 18-də keçirilmiş matçda Roman Qrqorçukun yetirmələri ilk oyundakı 1:2 hesablı məğlubiyyətin revanşını 3:1-lik qələbə ilə alaraq, finala vəsiqə qazandı. Tərlan Əhmədovun komandası həm kubokdakı məğlubiyyətin əvəzini çıxmaq, həm də avrokuboklara vəsiqə şansını davam etdirmək üçün doğma azarkeşləri önündə qələbə qazanmağa borclu idi. Paytaxt klubu ilk dəqiqələrdən vurduğu yeganə qol sayəsində bu oyundan vacib qələbə ilə ayrılıb. Bu qələbə həm də "Neftçi"nin turnir cədvəlində "Zirə"ni qabaqlamasına şərait yaradıb.

“Sumqayıt” isə evdə “Qarabağ”la qarşılaşıb. Ağdam təmsilçisi "kimyaçılar"la oyunda çempionluğunu rəsmiləşdirə bilərdi. Bunun üçün "köhlən atlar" Sumqayıtdan 3 xalla qayıtmalıydı. Lakin Qurban Qurbanovun komandası qələbə qazanmadan, hətta məğlubiyyətlə belə çempionluğunu rəsmiləşdirə bilərdi. Bunun üçün "Qəbələ" "Neftçi" ilə matçdan 3 xalla ayrılmaması lazım idi. Hər iki oyunda Ağdam klubunun arzuladığı nəticə qeydə alınıb. Beləcə, "Qarabağ" sona 4 tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib.  

Xatırladaq ki, turun ilk oyununda “Keşlə” doğma meydanda “Zirə”yə 2:1 hesabıyla qalib gəlmişdi.

Topaz Premyer Liqası
24-cü tur

22 aprel

“Səbail” – “Kəpəz” 1:1
Qol: F.Miya, 24 - D.Federiko, 19.
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli.
Bakı. “Bayıl Arena”, 17:00.

“Səbail”: 25. Elxan Əhmədov, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Nurlan Novruzov, 17. Vüqar Nadirov, 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev, 99. Jarjue Maudo.
Baş məşqçi: Samir Əliyev.
“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 16. Quili Mandjqaladze, 8. Samir Zərgərov, 7. Roman Hüseynov, 91. Dario Federiko, 20. Tərzin Cahangirov, 24. Şadon Vinçester.
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 21. Murad Səttarlı, 6. Ceyhun Cavadov, 5. Tural Nərimanov, 10. Tural Rzayev, 2. Yusif Cəfərov.
Baş məşqçi: Yunis Hüseynov.

“Neftçi” – “Qəbələ” 1:0
Qol: R.Abışov, 4.
Qırmızı vərəqə: E.Mahmudov, 63.
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
Bakı. 8-ci km stadionu, 19:00.

“Neftçi”: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 11. İqnasio Herrera, 10. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 97. Elnur Cəfərov, 3. Fərid Abbaslı, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 9. Lukas Qomes, 12. Mayk Kampas, 19. Fransisko Qarsiya.
Baş məşqçi: Tərlan Əhmədov.
“Qəbələ”: 23. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 16. Omar Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.

"Sumqayıt” – “Qarabağ” 0:1
Qol: D.Kintana, 34.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
Sumqayıt. “Sumqayıt Arena”, 19:00.

“Sumqayıt”: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 77. Elnur Abdullayev.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 10. Cavid İmamverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.
Baş məşqçi: Samir Abasov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Donald Gerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 24. Nihad Tomarov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.


 
tarix: 22-04-2018 20:54


 
Xəbər lenti
17.08.2018

01:45   Avroliqada gecənin bütün nəticələri

01:00   “Qarabağ”ın Avroliqadakı rəqibi bəlli oldu

16.08.2018

22:05  3 itki, bir məşqlə davam

21:27  Uruqvay yığmasının üzvü “Milan”da

20:45  Açılış turunun 2 oyunu təxirə salındı - A Seriyasında

20:14  Elxan Əsədov məqsədinə doğru daha bir addım atdı

19:22  Türkiyə klublarından şok qərar

17:50  “Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

17:30  “Barselona”nın futbolçusu İtaliya klubunda

17:00  “Fənərbaxça”dan İtaliya klubuna

16:35  “Şalke”nin futbolçusu PSJ-də - RƏSMİ

15:49  Eto’O rəsmən Qətər klubunda

15:14  Kosta rikalı futbolçu Super Liqada

14:50  İsveç millisinin üzvü A Seriyasında

14:32  “Real” - “Atletiko” matçında 6 qol - VİDEO

14:25  Ramil Şeydayev "Krılya Sovetov"da qol vurdu

14:20  Ospina "Napoli"yə keçdi

14:01  Nağıyevin təsdiqi, Rəfiyevin axtarışı

13:19  Reytinq: Millimiz yerində saydı

12:01  Birinci Divizionda yeni mövsümün TƏQVİMİ

11:42  “Neftçi” Super Liqada ilk qələbəsini qazandı

11:23  Super Liqa klubundan A Seriyasına

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Çelsi”nin futbolçusu milli karyerasını başa vurdu

10:21  “Sportinq”dən Super Liqa klubuna

10:00  “TOPAZ”DA BU GÜN

09:30  “Mançester Siti”də şok itki

01:45  UEFA Super Kubokunu “Atletiko” qazandı

00:45  Bordin Genuya faciəsinə biganə qalmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az