(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
KK-nın mənasız tövsiyyələri, İK-nın hər təklifə “hə” deməsi

KK-nın mənasız tövsiyyələri, İK-nın hər təklifə “hə” deməsi

AFFA İcraiyyə Komitəsi özünü təkzib edir. Qurum qəbul etdiyi qərarı ciddi səbəb olmadan 3-4 ay sonra dəyişməklə gülünc duruma düşür.
 
İK-nı bu vəziyyətə salan isə Klublar Komitəsidi. Qərar vermək hüququ olmayan, tövsiyyələri ilə məsləhətxana təsiri bağışlayan KK hər 2 qərarın verilməsində rol oynayıb.
 
Bir müddət öncə əvəzedici heyətlərin oyunlarının əsas komandalardan bir gün sonra oynanılması barədə qərar qəbul edilmişdi. KK bunu klub məşqçilərinin tələbi ilə reallaşdırmışdı. Dünyada analoqu olmayan bu yerdəyişmə onunla əsaslandırılırdı ki, əsas heyətə düşməyən futbolçuların formada qalması üçün belə lazımdı. Belə ki, dünən əsas komandayla matça çıxmayanlar ertəsi əvəzedicilərin düşərgəsində oyun praktikası qazanırdı.
 
Xatırlayırsızsa, futbolinfo.az bu barədə sorğu keçirmiş və məşqçilər bu dəyişikliyin müsbət tərəflərindən danışmışdı. KK rəhbərliyi isə klubların istəyini təmin etmələrindən fəxr hissi keçirirdi. Ötən həftə İK-nın iclasında bu qərar ləğv edildi, köhnə sistemə qayıdıldı. Lakin bu dəfə heç bir izahat verilmədi, sadəcə, qeyri-rəsmi şəkildə bildirildi ki, bunu da klub məşqçiləri istəyib.
 
Bir neçə klub məşqçisiylə bu barədə danışdıq. Onlar əvəzedicilərin hansı gün oynamasının ciddi önəm kəsb etmədiyini, hər iki variantın uyğun olduğunu bildirdilər. Yalnız “Zirə”nin baş məşqçisi Ayxan Abbasov əvəzedicilərin əsas komandadan sonra oynamasının yaxşı olduğunu bildirdi: “Hər iki variantın öz üstünlükləri var. Əvəzedicilər daha öncə oynayanda ehtiyat qüvvənin son durumuna baxa, oradan kimisə seçib götürə bilirik. Gənclərin inkişafı baxımından bu variant yaxşıdı. Amma əvəzedicilərin əsas komandadan sonra oynaması daha yaxşı idi. O zaman heyətə düşməyən futbolçularımıza oyun praktikası qazandırırdıq”.
 
İK Klublar Komitəsinin mənasız tövsiyyəsinə aldanaraq etdiyi səhvi düzəltdi. Məşqçilərin nə deməsindən asılı olmayaraq, əvəzedicilər əsas komandadan öncə oynamalıdı. Bütün dünyada belədi. Çünki bu komanda daha sonra oynayanda diqqətdən kənar qalır, əsas komandanın məşqçiləri onları izləmir. Bir gün öncə matç olanda isə futbolçular göz qabağında olur, hamısı əsas heyətə düşmək üçün can qoyur. Həm də bu komanda ehtiyat qüvvənin hazırlanması üçündü.
 
İstənilən halda, İK KK-dan, onlar da klublardan bu anormallığa görə hesabat istəməlidi. 3-4 ay içində nə oldu ki, arzular, tələblər belə dəyişdi? Bunun məntiqi izahı olmalıdı. Klublar Komitəsi tövsiyyə verəndə, İcraiyyə Komitəsi də qərar qəbul edəndə təklifin ciddiliyini yoxlamalıydı. Üzvlər müqəvva kimi əl qaldırmaqla özlərini gözdən salır, nüfuzlarını zədələyirlər. Bunu tüpürdüyünü yalamaq da saymaq olar.
 
FƏRİD

 
tarix: 15-05-2018 09:58


 
Xəbər lenti
24.01.2019

14:37   “Kəpəz”in futbolçularını aldatdılar

14:12   Tərlan Əhmədov köhnə tanışını yanına gətirir

14:07   “Qəbələ” braziliyalıları bəyənmədi

13:58   "Səbail" braziliyalılara qalib gəldi, növbədə qazaxlardı - YENİLƏNİR

13:55   Obradoviç qolsuz başladı - YENİLƏNİB

13:41   Emil Balayev Qazaxıstanda oynayacaq: “Səbail”dən ayrıldı

13:17   Vaqif Sadıqov “Kəpəz”də: İcraiyyə Komitəsinin üzvü inzibatçının müavini olacaq! - ÖZƏL

12:51   "Səbail"də yeni legioner

12:34   “Qəbələ” Rusiya klubuna qarşı - YENİLƏNİR

12:17   Premyer Liqada qış bazarlığı - YENİLƏNİR

12:03   PSJ Neymarı itirdi

11:51   Damian Bırtek: "Belə şərtlər altında oynamaq çətin idi"

11:08   Jezniçak üçün su polosu matçı

11:00   Balotellinin yeni klubu rəsmən açıqlandı

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:30   “Barselona”dan daha bir rəsmi transfer

10:00   Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

09:30   İquayn rəsmən “Çelsi”də

09:00   “Qəbələ” mükafatçılar sırasına düşmək gücündədir”

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az