(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Neymar Jr’s Five futbol turniri Azərbaycanda

Neymar Jr’s Five futbol turniri Azərbaycanda

Artıq üçüncü ildir ki, məşhur futbolçu Neymar tərəfindən təqdim edilmiş “Neymar Jr’s Five” futbol turniri azərbaycanlı gənclər üçün öz istedadlarını göstərməyə şərait yaradır və onlara futbolçunun vətəni Braziliyada keçiriləcək final mərhələsində iştirak etmək imkanını verir.

Futbolinfo.az xəbər verir ki, Neymar Jr’s Five – “beşin beşə” qlobal futbol turniridir və dünyanın hər bir tərəfindən ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci il də turnirdə Azərbaycan da daxil olmaqla 53 ölkəni təmsil edən 100 000–dən artıq oyunçu iştirak edib. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışlarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq, 21 iyulda Praya-Qrande, Projecto Neymar Jr-da, Braziliyada üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.
 
Neymar Jr-un özü bu layihənin inkişafında yaxından iştirak edir: “Mən çox şadam ki, ildən ilə bu yarışmada iştirak edən oyunçuların, komandaların və iştirakçı ölkələrin sayı artır”, - deyə o, öz müsahibəsində bildirib.
 
AFFA-nın dəstəyi ilə Azərbaycanda keçiriləcək seçim mərhələləri Gəncə şəhərində 19 may, Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində təşkil olunacaq. Milli final mərhələsi Bakıda 17 iyun tarixində keçiriləcək.
 
Yarışmada altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçulardan dördü 16-25 yaş arası, digər ikisi isə 25 yaşdan böyük ola bilərlər. Qeydiyyatdan keçmək üçün -  https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olun.
 
Yeri gəlmişkən, 2017-ci ilin qalibi olan “Şirinlər” komandası artıq bir dəfə Braziliyada olub və bu fürsəti əldən verməmək üçün onlar yenə də mübarizə aparmağa hazırdırlar. 
 
“Dünya finalında ölkəni təmsil etmək böyük bir qürurdur və biz 53 ölkədən olan ən yaxşı oyunçularla layiqli mübarizə aparmaq üçün əlimizdən gələn hər bir şeyi etdik. Bu il də komandamızın bəzi oyunçuları seçim mərhələlərində iştirak edəcək”, -  deyə, ötənilki qalib komandanın kapitanı Elməddin Hüseynov bildirib: “Qalib olmaq üçün ən əsası, bir yumruq kimi əsl komanda olmaq, bütün diqqəti oyuna yönəltmək və qaydaları pozmamaq lazımdır”.
 
Neymar Jr’s Five futbol turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azfar Sport Events & Promotion şirkəti və Badamlı – Gemiqaya Mineral Sular MMC tərəfindən göstərilən dəstəklə keçirilir.


 
tarix: 15-05-2018 12:55


 
Xəbər lenti
17.08.2018

01:45   Avroliqada gecənin bütün nəticələri

01:00   “Qarabağ”ın Avroliqadakı rəqibi bəlli oldu

16.08.2018

22:05  3 itki, bir məşqlə davam

21:27  Uruqvay yığmasının üzvü “Milan”da

20:45  Açılış turunun 2 oyunu təxirə salındı - A Seriyasında

20:14  Elxan Əsədov məqsədinə doğru daha bir addım atdı

19:22  Türkiyə klublarından şok qərar

17:50  “Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

17:30  “Barselona”nın futbolçusu İtaliya klubunda

17:00  “Fənərbaxça”dan İtaliya klubuna

16:35  “Şalke”nin futbolçusu PSJ-də - RƏSMİ

15:49  Eto’O rəsmən Qətər klubunda

15:14  Kosta rikalı futbolçu Super Liqada

14:50  İsveç millisinin üzvü A Seriyasında

14:32  “Real” - “Atletiko” matçında 6 qol - VİDEO

14:25  Ramil Şeydayev "Krılya Sovetov"da qol vurdu

14:20  Ospina "Napoli"yə keçdi

14:01  Nağıyevin təsdiqi, Rəfiyevin axtarışı

13:19  Reytinq: Millimiz yerində saydı

12:01  Birinci Divizionda yeni mövsümün TƏQVİMİ

11:42  “Neftçi” Super Liqada ilk qələbəsini qazandı

11:23  Super Liqa klubundan A Seriyasına

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Çelsi”nin futbolçusu milli karyerasını başa vurdu

10:21  “Sportinq”dən Super Liqa klubuna

10:00  “TOPAZ”DA BU GÜN

09:30  “Mançester Siti”də şok itki

01:45  UEFA Super Kubokunu “Atletiko” qazandı

00:45  Bordin Genuya faciəsinə biganə qalmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az