(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah”ınız xeyir olacaqmı - baxarıq...

“Sabah”ınız xeyir olacaqmı - baxarıq...

"Xəzər"in I Divizionun çempionu olmasına baxmayaraq, Topaz Premyer Liqasına yüksəlməməsinə səbəb klubun lisenziya şərtlərini  təmin etməməsidir. Bu, həqiqətdir. Həmçinin klub rəhbərliyinin kimliyinin naməlum qalmasını normal  qəbul etmirik. Əslində proseslərin nataraz getdiyinə dair qeydlər kifayət qədər olub. 

İndi "Xəzər"in bu çatışmazlığını  əlində bayraq edərək, prosesləri mərkəzində duran AFFA-nın baş katibini haqlı mövqeyə çıxaranlar nə dərəcədə məntiqlidilər? Yəni hamımız gözəl bilirik ki, proses manipulyativ gedişata məruz qaldı, daha tamaşa qurmaq nəyə gərək?

Yəni baş katibin "Sabah"ın elitaya yüksəlməsini kağız-kuğuzla İK-a yeritməsini möhtəşəm uğur kimi görək?
...Proseslərin hardan və necə qaynaqlandığını bilmirik? 

Hələ baxın, guya ki, "Xəzər"ə  mətbuatda dəstəyin çox olması, sonunda o dəstəyə layiq olmaması, dəstək verənlərinsə nəticədə çətin vəziyyətdə qalması və s. epizodlar qabardılır. Hətta kulisdə eşidilir ki, klubun himayədarları Gündüz və Eminə görə bu dəstəyin verildiyinə inandırılıb (Oxu: Elxan Məmmədov tərəfindən), buna görə də onların sıxışdırılması gözlənir. 

Əslidə, "Xəzər"ə dəstəyin səbəblərini bir-bir xırdalayaq, bu mövzuyla çox yaxşı tanış olan ictimaiyyət detalları da bilsin.

- Klubda tanıdığımız/tanıdığınız iki futbol siması idarəçilikdə idi - Emin Abbasov və Gündüz Abbaszadə. Onları bundan əvvəlki ciddi fəaliyyətləri bizdə əminlik yaratmışdı ki, sizə, yəni ictimaiyyətə bu klubu rahatlıqla yaxşı tərəfə təqdim edək. Gördüyümüz kimi, yanılmadıq. Onların, o klubun uğurlu nəticələr qazanacağını əvvəldə yazdıq, elə də oldu.

- Bu klub hələ I Divizioda olmasına baxmayaraq, Antalyada qış toplanışını əksər TPL klublarından daha yaxşı təşkil etdi. Daim media ilə ünsiyyət qurub, bütün prosesin izlənməsi üçün şərait yaradırdılar.  AFFA-dan maliyyələşən, baş katibə yaxın olan klublarda isə bu, əksinədir. 

- I Divizionda olmasına baxmayaraq, klubun sosial şəbəkə üzərində fəaliyyəti çox uğurlu təqdim olunurdu. Yenə, əksər AFFA-nın "marionetka" klubları kimi deyil...

- Komanda Divizionda nəticələriylə rekord göstərdi. Bütün mümkün nəticələrin ən yaxşısını qazandı və biz inanırıq ki, bunlar "çirkin olaylar" olmadan baş verib

- "Xəzər" TPL-ə yüksələcəksə, bölgəyə yerləşəcək, bölgəni təmsil edəcəkdi

- Klubun ictimai və media layihələri  ciddi idi. AFFA-nın maliyyələşdirdiyi TPL klublarından fərqli olaraq, mətbuata  bərabərhüquqlu yanaşma planları vardı


Bu və başqa kriteriyalar bizim "Xəzər"ə inanmağımıza, ictimaiyyətə ciddi klub kimi təqdim etməyimizə əsas verirdi. Hələ qış fasiləsində autsayderlər sırasında olarkən bu klubun/komandanın nəticələrinin çox ciddi olacağını yazdıq/proqnozlaşdırdıq və yekun göstərdi ki, haqlıydıq. Biz bu klubun TPL-ə layiqliyini yazanda məsuliyyəti dərk edirdik. 

Bizə  Rəşad Sadıqovun o klub üçün AFFA qarşısında zamin durması,  klub rəhbərinin hansı oliqarxlara yaxınlığı kimi mənasız, tineycer mövzularına fikir verməmişdik. Oxucuya bu tip informasiyalar təqdim etməyin peşəkarlığa, doğru niyyətə aidiyyatı yoxdur.

Ümumiyyətlə, bizimçün heç vaxt maraqlı olmayıb ki, bu klubun rəhbərliyi kimdir, nəçidir və "yuxarılarla" münasibəti nədir.
Oxucunun nəyinə gərək ki, "Xəzər" kimindir və məqsədi nədir. Mətbuat oxucuya bu komandanın lazımlılıq dərəcəsini izah etməlidir. Ki, bunu etdik. O tip mövzuları qabartmaq reallıqdan uzaqlaşdırmağa cəhddir. Bu da indiki halda Elxan Məmmədovun zorakı siyasətinə yönəltdiyimiz ictimai fikri azdırmaq məqsədi daşıyır.

Təki "Xəzər" kimi, qısa müddətdə uğurlu nəticələr qazanmağı bacaran klublar formalaşdıra bilsin Elxa Məmmədovu "drujinası". Ancaq olmayıb. İşdi-şayət, olsa, biz əvvəlcədən mütləq xəbər verəcəyik, bu haqda yazacağıq. Necə ki, "Xəzər" hələ ictimaiyyətə tanış deyildi, ancaq yaxşı nəticələr qazanacağını yazmışdıq...
 
Lisenziya şərtlərini guya yerinə yetirən "Sabah" haqda niyə müsbət fikir yürütmürük? Çünki heç bir əsas yoxdur. Bu klubun necə yaradıldığı, hansı planlarının olduğunu bilmirik. Nə bu haqda klubdan təşəbbüs olub, nə də biz arayarkən klubun harda, necə məskunlaşdığnı bilmişik. "Sabah"ın bircə ciddi nticəsi olub, o da lisenziya şərtlərinə cavab verə yeganə Divizion klubu olması, vəssalam. 

Qoy sizin sənəd üzərindən haqlı çıxan Elxan Məmmədov kimi dəliliniz olsun. Qoy Divizionun çempionu yox, 5-ci yeri tutan "Sabah" lisenziya şərtlərinə uyğun gəldiyi üçün TPL-ə gətirilsin və "Kəpəz" salınsın.  Görək Bakı klublarından ibarət çempioatınız UEFA-dan, FIFA-da ciddi iradlar alır, ya yox...

 "Sabah"ınız xeyir olacaqmı - baxarıq...

Elçin Cəlilov, Futbolpress


 
tarix: 16-05-2018 09:00


 
Xəbər lenti
23.05.2018

13:07   Billiat “Qarabağ”a qolla gəlir

13:00   Cavid Hüseynova ağır cəza

12:49   Divizion klubları üçün vaxt bitdi

12:44   "Qarabağ"da daha iki ayrılıq

12:01   Regional həvəs

11:18   “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12   La Liqa klubunda yeni baş məşqçi

11:04   Tərlan Əhmədovun yeni iş yeri

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Samir Əliyev niyə getdi?

10:28   Millimiz məğlub oldu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az