(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Rəşad Sadıqov: “Məğlubiyyətə layiq deyildik”

Rəşad Sadıqov: “Məğlubiyyətə layiq deyildik”

Yoldaşlıq görüşündə Gürcüstandan olan həmyaşıdlarına uduzan (1:2) Azərbaycanın U-20 millisinin baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Sadıqov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun alındı. Yaxşı, sürətli oyun getdi. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verdi. Çoxlu qol epizodları oldu. Düşündüyüm çox şey meydanda alınırdı. Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq. Məğlubiyyət üzücüdü. Məğlub olmaq istəməzdik. Məncə, uduzmağa layiq deyildik.

- Komanda qol buraxdıqdan dərhal sonra daha bir top gördü...
- Bu, həmişə olur. Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir. 

- Ən çox nədən narazı qaldız?
- Komanda yenidi. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budu ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır.

- Bu gün limitsiz əvəzetmə var idi. Bu, kimin təşəbbüsü idi?
- Oyundan öncə bu barədə danışığımız oldu. Sonra belə ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. İlk oyundu, səhvlər olması normaldı. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi. 

- Ozan Cana niyə ikinci hissədə şans verdiz?
- Ozan Canı tanıyıram. Buna görə, start heyətində Kamran Əliyevə şans verdim.  

- Bundan sonra planınız necədi? Bu oyunçulardan hansılar U-21-ə cəlb olunacaq. 
- Ayın 27-nə kimi bir yerdə olacağıq. Bundan sonra qərar verəcəyik, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar.    

- Rusiyaya səfərinizin səbəbi nə idi?
- Orada 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə də, Ukraynaya da gedəcəm. Orada olan futbolçularımızla da maraqlanacam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacam.

- Bu gün kimin oyunundan daha çox razı qaldız?
- Ümumi götürsək, hamının oyunundan razı qaldım. 

- “Qəbələ” ilə matçda oynayacaqsız?
- Bəli, həmin oyuna optimal heyətdə çıxacağıq.

- Riçard Almeydann komandadan ayrılması gündəmdədi. Bir kapitan kimi onun komandada qalması üçün danışa bilərsiz? 
- Ona çox ciddi təkliflər var. Bir, iki komandadan deyil. O, özü belə qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi can-başla mübarizə apardı. Yeni təklif var deyə özünü zədədən qorumadı. Riçard mənim üçün dostdu. Onun oyununa baxanda həmşə həyəcanlanacam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun. 

- “Qarabağ”dan gedənlər çoxdu. Komandanı yenidən qurmaq çətin olmayacaq ki?
- Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindi. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır, azarkeş sayı azdı. Bizi rezerv kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər. (komanda.az)


 
tarix: 16-05-2018 21:55


 
Xəbər lenti
17.08.2018

01:45   Avroliqada gecənin bütün nəticələri

01:00   “Qarabağ”ın Avroliqadakı rəqibi bəlli oldu

16.08.2018

22:05  3 itki, bir məşqlə davam

21:27  Uruqvay yığmasının üzvü “Milan”da

20:45  Açılış turunun 2 oyunu təxirə salındı - A Seriyasında

20:14  Elxan Əsədov məqsədinə doğru daha bir addım atdı

19:22  Türkiyə klublarından şok qərar

17:50  “Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

17:30  “Barselona”nın futbolçusu İtaliya klubunda

17:00  “Fənərbaxça”dan İtaliya klubuna

16:35  “Şalke”nin futbolçusu PSJ-də - RƏSMİ

15:49  Eto’O rəsmən Qətər klubunda

15:14  Kosta rikalı futbolçu Super Liqada

14:50  İsveç millisinin üzvü A Seriyasında

14:32  “Real” - “Atletiko” matçında 6 qol - VİDEO

14:25  Ramil Şeydayev "Krılya Sovetov"da qol vurdu

14:20  Ospina "Napoli"yə keçdi

14:01  Nağıyevin təsdiqi, Rəfiyevin axtarışı

13:19  Reytinq: Millimiz yerində saydı

12:01  Birinci Divizionda yeni mövsümün TƏQVİMİ

11:42  “Neftçi” Super Liqada ilk qələbəsini qazandı

11:23  Super Liqa klubundan A Seriyasına

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Çelsi”nin futbolçusu milli karyerasını başa vurdu

10:21  “Sportinq”dən Super Liqa klubuna

10:00  “TOPAZ”DA BU GÜN

09:30  “Mançester Siti”də şok itki

01:45  UEFA Super Kubokunu “Atletiko” qazandı

00:45  Bordin Genuya faciəsinə biganə qalmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az