(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Evsiz “Kəpəz” və “Kəpəz”siz ev

Evsiz “Kəpəz” və “Kəpəz”siz ev

Gəncədə təzadlı mənzərədi. “Kəpəz” Premyer Liqada oynadığı vaxt şəraitsizlikdən əziyyət çəkirdisə, I diviziona düşməsi rəsmiləşdikdən sonra şəhər stadionu təmir edilir.
 
Futbolinfo.az xəbər verir ki, Gəncə stadionunda startı verilən təmir işləri səngiməyib. Gənclər və İdman Nazirliyinin balansında olan arenadakı quruculuq işləri “Kəpəz”in taleyi bəlli olandan, klub reqlamentə görə elitada yerini itirdikdən sonra da dayanmayıb. Təmir-bərpa işləri davam edir, klub bazası ən yaxşı şəkildə yenilənir, indiyədək olmayan məşq meydançaları salınır.
 
Əcəba, bütün bunlar “Kəpəz”in elitada saxlanılacağına işarədimi? Çətin! AFFA bu klubla bağlı mövqeyini ortaya qoyub və dəyişməsi möcüzə olar. Bəs, təmir işlərinin davam etməsinin səbəbi nədir?
 
Vəziyyət belədir ki, “Kəpəz” AFFA-nın maliyyəsi hesabına yaşayırdı, stadion isə nazirliyin balansında idi. Azarkeşlərin, futbol ictimaiyyətinin illərdi etdiyi fəryad nazirliyin qulağına indi çatıb. Və büdcə ayrılıb, təmir işləri başlanıb. Şəraitsizlik üzündən Bakıda məskunlaşan komanda bundan sonra Gəncədə qala bilər. Amma elitadan düşən komandanın, ümumiyyətlə, yaşamağı da sual altında olduğundan əminliklə deyə bilərik ki, bazanın, stadionun təmirinə xərclənən vəsait havaya sovrulur.
 
“Kəpəz”in ehtiyac duyduğu vaxt olmayan şərait indi onun yoxluğunda yaradılır. Kim üçün, nə üçün?
 
Təbii ki, Gəncə gözəl stadiona, əla infrastruktura layiqdi. Lakin işlər düzgün planlaşdırılmayıb. Məsul qurumlar əlbir işləmədiyindən, AGİN-lə AFFA ölkə idmanının inkişafını düşünərək eyni nöqtəyə vurmadığından yaranan pərakəndəlik belə mənzərəni ortaya çıxarıb. Evsiz “Kəpəz” və “Kəpəz”siz ev...
 
Belə təmir işləri nazirlik xətti ilə reallaşırsa, büdcədən ayırmalardan qidalanır. Yəqin ki, “Kəpəz” bir neçə il elitada, bəlkə də birdəfəlik olmayacaq. Və böyük futbol yenidən Gəncəyə qayıdanda yəqin ki, dağılmış baza, uçulmuş stadion görəcəyik. Hələ salınmasından 1 il ötməyən, 800 min manata başa gələn yeni ot örtüyünü demirik. O zaman yenidən təmir üçün maliyyə axtarılacaq. Və bir neçə il ötəndən, komanda didərgin həyat yaşayandan sonra tapılacaq...
 
Azərbaycana yaraşan təzadlı mənzərədi.
 
AĞA
 
 

 
tarix: 18-05-2018 12:41


 
Xəbər lenti
23.06.2018

01:05   Qələbə qolunu vurdu, ən yaxşı seçildi

00:44   Sloveniyada tək məşqlə davam

00:22   Serbiya - İsveçrə matçında 3 qol - VİDEO

00:09   “Qəbələ” Rauf Əliyevin sabiq klubuna qarşı

22.06.2018

23:53  Braziliya və Nigeriyadan inamlı, İsveçrədən əzmkar qələbə

23:14  “Zirə” də hazırlığa start verdi

22:52  “Sumqayıt” sabiq futbolçusu ilə güclənir

22:43  “Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

22:34  “Neftçi”də kütləvi təyinatlar

22:25  Millimizin baş məşqçisi: “Üçüncü qoldan sonra sanki Fransa yığması dayandı”

21:54  “Proqres” - “Qəbələ” matçının da vaxtı və yeri açıqlandı

21:20  Nigeriya - İslandiya matçının ən yaxşısı açıqlandı

21:00  Nigeriya Musanın dublu ilə sevindi - VİDEO

20:12  Millimiz Fransaya 4 qolla qalib gəldi

18:31  “Sumqayıt”da yeni məşqçi

18:24  Koutinyo yenə ən yaxşı seçildi

18:09  Braziliya əlavə vaxtda sevindi - VİDEO

17:25  “Qarabağ” Avstriyada növbəti məşqinə çıxdı

17:11  Premyer Liqadan La Liqaya

16:48  PFL növbəti mövsümün start tarixini açıqladı

16:21  “Keşlə” 3 futbolçu ilə müqavilə bağladı

16:14  PSV-də yeni baş məşqçi

15:45  “Neftçi”ni xüsusi təhlil etmişik” - “Sevilya” rəsmisi

15:14  Hakimlərimiz Avroliqa oyunlarına təyinat aldılar

14:56  Futbolçular Sampaolinin qovulmasını tələb edir

14:25  “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54  “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22  Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52  “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40  Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23  “Qarabağ”da şotland qapıçı?

12:02  “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48  “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24  Naqelsmanın yeni klubu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az