(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Sabah”ın maliyyəsini kim təmin edir?

“Sabah”ın maliyyəsini kim təmin edir?

Topaz Premyer Liqasının debütantı olacaq “Sabah”da hələ təşkilati işlər tam yoluna qoyulmayıb. Elitada oynaması üçün aldığı lisenziya bu üzdən şübhəli olan klubda suallarımıza cavab almaq üçün də kimsəni tapa bilmirik. Klubun mətbuat xidmətinin rəhbəri Kənan Hakimov isə yalnız növbəti həftəni nişan verir.
 
Futbolinfo.az klubun kimlər tərəfindən maliyyələşdiriləcəyini dəqiqləşdirmək istəyir. “Sabah”ın müvəqqəti, təsadüfi klub olmadığına əmin olmaq üçün onun maliyyə dayaqlarına nəzər salmaq lazımdı. Həm də “Sabah”ın Təhsil Nazirliyinin balansında olması haqda söhbətlər var.
 
Amma Hakimovla söhbətimizdə bu sirrin üstünü aça bilmədik. Kənan bəy klubun heç bir nazirliyə bağlı olmadığını desə də, sponsorların adını çəkmədi: “Sabah” müstəqil klubdu. Təhsil Nazirliyi ilə əməkdaşlığımız var. Lakin bu, yalnız “Vətən” cəmiyyətinə görədi. Klubun maliyyəsini iş adamları təmin edəcək”.
 
Hansı iş adamları? Adlar niyə gizli saxlanılır? İsrarlı tələblərimizdən sonra Kənan bəy fasilə götürüb bizə müəyyən bilgi verdi: “Klub rəhbərliyi hazırda ölkə xaricindədi. Bu səbəbdən suallarınıza qarşıdakı həftə aydınlıq gətirə bilərəm. Sadəcə, deyim ki, klubun sponsoru həm də təsisçi olan iş adamı Yaqub Hüseynovdu”.
 
Həmsöhbətimizə klubun fiziki şəxsə bağlı olmasının mümkünsüzlüyünü, lisenziya tələblərində bunun qadağan edildiyini xatırlatdıq. Eyni səbəbdən “Xəzər” elitaya buraxılmadı. AFFA klubların sabitliyinə əmin olmaq üçün onların hansısa şirkətə, quruma bağlı olmasını istəyir: “Təbii ki, klubun dayağı olan şirkət var. Amma bunu açıqlaya bilmərəm. Bəli, şəffaflıq olmalıdı, lakin bütün bu məsələlər gələn həftə klub tərəfindən rəsmən açıqlana bilər”.
 
Niyə gələn həftə? Əvvəl-axır bilinəcəksə, vaxt uzatmağın mənası nədir? Sadəcə, lisenziya tələblərinə uyğun sənədlər təqdim edilərkən göstərilən qurumları açıqlamaq buqədərmi çətindi?
 
Hakimovu başa düşürük – o, bu ixtiyarın sahibi deyil. Lakin klub rəhbərliyinin vaxt uzatmasının konkret səbəbi olmalıdı. Bəlkə də indiyədək belə bir şirkət sənədlərdə göstərilməyib, elə bu üzdən klubların lisenziya tələblərini yerinə yetirməsi haqda sənədlər açıqlanmır. AFFA-nın baş katibi Elxan Məmmədovun dostları məhz yaxınlıqdan faydalanaraq təşkilati işləri məhz indi yoluna qoyurlar. Bu, özü də saxtakarlıq nümunəsi sayılmalıdı.
 
Hər halda, gözləyirik... Həm Məmmədovun vəd etdiyi lisenziya şəffaflığını, həm də “Sabah”ın sponsorlarının kimliyini.
 
FƏRİD

 
tarix: 18-05-2018 17:55


 
Xəbər lenti
22.07.2018

10:31   Eminsiz “Kalmar” doğma meydanda uduzdu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Şeydayevin klubundan 2 yeni transfer

01:29   “Sumqayıt”ın futbolçuları Bolu toplanışını dəyərləndirdi - VİDEO

00:55   “Sabah”da daha 3 imza

21.07.2018

23:05  “Ulduz”dan Ukraynada 1 qələbə, 1 məğlubiyyət

22:47  Millimizin baş məşqçisi: “Onlar verilən tapşırığı maksimum yerinə yetirdilər”

22:30  Millimizdən növbəti qələbə

22:13  Millimiz İsveçrəyə də böyük hesabla uduzdu

21:30  “Sabah” “Osmanlıspor”la da “sülh bağladı”

18:28  İşki düşkünü yenə Azərbaycan klubunda

18:22  “Milan”da yeni prezident

18:14  PSJ Kanteni aldı - 110 milyon avroya

18:01  Riad Rəfiyev yenə iş başında: klub prezidenti vəzifə səlahiyyətlərini qazanca qurban verir

16:02  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

15:33  “Qarabağ”ın səfər proqramı bəlli oldu

15:11  Millimiz mövqeyini qorudu

14:44  “Kukesi”nin kapitanı: “Kağız üzərində favorit “Qarabağ”dı”

14:22  “Kukesi” - “Qarabağ”: hakim təynatarı açıqlandı

12:28  “Qarabağ” “Sabah”a uduzdu

12:00  “Sabah” Türkiyə klubu ilə üz-üzə

11:50  “Roma”nın futbolçusu rəsmən “Fiorentina”da

11:21  “Liverpul”un qapıçısı digər Premyer Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Premyer Liqadan La Liqa təmsilçisinə

10:32  Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

10:00  “TOPAZ”DA BU GÜN

09:31  Kosovo millisinin qapıçısı Super Liqa klubunda

02:50  Ayxan Abbasov: “Onlar hələ tam hazır deyil, vaxt lazımdı”

01:56  “Səbail” “İstanbulspor”a qarşı

00:11  Millimiz ilk oyunda məğlub oldu

00:02  “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az