(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ağasəlim Mircavadov və zibil yeşiyi

Ağasəlim Mircavadov və zibil yeşiyi

Ağasəlim Mircavadov – Azərbaycanın əməkdar məşqçisi, titulların sayına ölkənin ən yaxşılarından biri... Zəhmətsevər, çalışqan, nəticə qazanmağın yolunu bilən mütəxəssis... Çempionlar Liqasında mərhələ adlayan ilk məşqçimiz, nailiyyət qazandığı klubların sayına görə mütləq rekordçu...
 
İndi o, harada olmalı idi və haradadı? İsgəndər Cavadov, Kazbek Tuayev əla futbolçular olublar, lakin nəticələri müqayisə etdikdə, arada uçurum görünür. Mircavadov istisnasız olaraq, məşqçi kimi onlarla müqayisədə daha çox iş görüb. Vaqif Sadıqov da məşqçilikdə Ağasəlim bəyin kölgəsində qalır.
 
Lakin xarakter(sizlik), bacarıq(sızlıq) ortada fərq yaradır. Adı çəkilənlərin üçü də AFFA İcraiyyə Komitəsində, müxtəlif vəzifələrdədi. Ağasəlim bəy isə gözünü 3-5 manatlıq təqaüdə, ianəyə, Məşqçilər Komitəsindən aldığı alçaldıcı məbləğdə maaşa dikib. Elə buna görə də hörmətdən düşüb, yanlış hərəkətləri, xarakteri, doğrunu danışmaması üzündən sıradan adam olub.
 
Hələ SSRİ dövründə “Neftçi”nin baş məşqçisi kimi dahi sovet məşqçilərinə qarşı komanda çıxaran, çempion klublarımızda, millidə baş məşqçi olan Mircavadov, bu gün məhəlli yarışlara 1000 manat maaş alsın deyə, müşahidəçi kimi göndərilir. Həm də çox hörmətsiz qarşılanır, layiq olduğu diqqəti görmür. Özü özünə bu donu biçib, başqasını günahlandırmasın.
 
Bu “danışan foto” Region Liqasının hansısa oyunundan çəkilib. Ehtiyat oyunçular skamyasının küncündə kölgələnərək, qarşısında zibil vedrəsi hansısa həvəskarların oyununa baxır. Utanc mənzərəsidi. Futbolun “f”sından xəbərsiz adamlar kabinetlərdə kresloya yayxanıb, 5, 10, 20 min manatlıq “paketlər”i aldığı bir zamanda ölkə başçısının fəxri ad verdiyi Mircavadov bu vəziyyətdədi.
 
Axı, o, bu oyunda kimə baxır, niyə baxır? Hansı məqsədlə; hansı perspektiv üçün; hansı məntiqlə?
 
Onu bu hala salanlar utansın. Ancaq eyni zamanda Ağasəlim bəy özü də silkələnsin, ayılsın, özünə hörmət etsin. Onsuz da illərdi qazanıb, futbolun ən pullu vaxtlarında iş başında olub, özünə hörmət edib kənara çəkilə, futbol təsərrüfatındakı çatışmazlıqları ekspert kimi də söyləyə bilər. Gəl ki, xarakteri imkan vermir, buna öyrəşməyib, qulağı iş veriləcəyi ilə bağlı xəbərdədi. Halbuki dəqiq bilir ki, elə bu cür xarakteri, özünü ucuz tutması, təqaüd davası etməsi üzündən onun üstündən xətt çəkiblər, indiki AFFA rəhbərliyi dəyişməyincə ona heç kim komanda tapşırmayacaq.
 
Mircavadovsa ümid edir, dözür, özünü hörmətdən sala-sala gözləyir. Kölgələnərək...

 
tarix: 20-05-2018 10:24


 
Xəbər lenti
18.10.2018

00:43   Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

17.10.2018

23:42  “Qarabağ”la oyunları buraxacaq futbolçu: “Ürəyim onlarladı”

22:17  Yığma komandanın baş məşqçisi qovuldu

21:00  GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

20:12  Ramin Musayev PFL prezidentliyinə namizədliyini verməyəcək

20:02  Azərbaycanda futbolçu baş məşqçini döydü

19:32  Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

18:40  “Neftçi” hələ də tam heyətlə məşq edə bilmir

17:43  AFFA “Sumqayıt”ı qismən bağışladı

17:10  MS-nin braziliyalısı sıradan çıxdı

16:14  Paytaxt klubunda ciddi itki

15:24  “Ginnesin rekordlar kitabı”na düşdü - “Çelsi”nin futbolçusu

15:06  Gürcüstanla fərqimiz

15:00  GÜNÜN XATIRLATMASI: Yaradılan “şərait”ə görə xərc

14:53  Premyer Liqa klubu daha bir futbolçusunu itirdi

13:54  “Mançester Yunayted” “başsız” qaldı

13:22  Ramos, Almeyda və Qara

13:00  Cəbəllütariqdən ardıcıl 2-ci qələbə - VİDEO

12:41  Qazaxıstan millisindən 4 cavabsız qol - VİDEO

12:22  Gürcüstan millisindən ardıcıl 4-cü qələbə - VİDEO

12:09  “Sabah”ın prezidentinin “gizli oyun”u

11:55  “Neftçi”nin legioneri milli komandada qol vurdu

11:48  U-21-in Norveçlə oyunu bitməyib...

11:37  “Qəbələ”dən 14 cavabsız qol

11:12  Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

11:00  Ukrayna Çexiyanı tək qolla yendi - VİDEO

10:45  Fransadan Almaniya üzərində əzmkar qələbə - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:15  “Qəbələ”nin futbolçusu Afrikada “Keşlə”nin oyunçusunu məyus etdi

10:00  AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

09:47  Slavçevli Bolqarıstan yığmasından ilk xal itkisi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az