(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Çempionun hüzurunda

Çempionun hüzurunda

Hər iki final Qəbələdə olmalıydı. Lakin Peşəkar Futbol Liqası eyniadlı klubun rəhbərliyinin saqqızını oğurlayıb, həm özlərinin, həm də komandaların rahatlığını təmin etmək üçün çempionatın son matçını Bakıda təşkil etdi. Paytaxtda məskunlaşan “Qarabağ”, oyundan-oyuna doğma rayona gedən “Qəbələ” və əsl yerli “Neftçi” paytaxtda bir araya gəldi.
 
Topaz Premyer Liqasının son matçı olan “Qəbələ” – “Qarabağ” görüşünün “Azərsun Arena”da təşkilinə hamı razılıq vermişdi. Çempionluğu xeyli əvvəldən bəlli olan “Qarabağ” da, gümüş medalçı olduğu erkən aydınlaşan “Qəbələ” də. Qalırdı bürünc medalçının kimliyi, o da bir gün öncə Gəncədə müəyyənləşmişdi. Və hamı medal almaq üçün Suraxanıya – çempionun hüzuruna gəlmişdi.
 
Oyunla bağlı nəsə yazmaq mənasızdı. İstirahətə yollanmaq üçün gün sayan futbolçular açıq-aşkar vaxt öldürür, zədəylə üzləşməmək üçün mübarizələrdən qaçır, 90 dəqiqənin problemsiz bitməsini gözləyirdi. Bəlkə də Elvin Camalovun o səhvi olmasaydı, heç hesab da açılmayacaqdı. Lakin dayaq yarımmüdafiəçisi öncə təhlükəli bölgədə topu itirdi, sonra isə səhvini düzəltmək üçün Dani Kintananı qovub... penaltiyə səbəb oldu. İspan ağ nöqtədən dəqiq zərbə vurdu. Elvinin səhvləri sıralaması isə erkən əvəzlənməsi ilə nəticələndi.
 
Qalan vaxtda topa sahiblik edən “Qarabağ” matçın ritmini tutdu, rəqibi meydan boyu qaçırıb, vaxt öldürdü. Əslində, qonaq olan meydan sahiblərinin bir hissə azlıqda oynaması da burada vacib rol oynadı. Kubokun finalını düşünən Roman Qriqorçuk bəzi futbolçuları qorumağı, az oynatmağı lazım bilsə də, hesabı bərabərləşdirmək şansı var idi. Amma İbrahim Şehiçin səhvindən sonra Stiven Monroz boş qapını nişan ala bilmədi. Kone də dirəyi nişan aldı.
 
“Qəbələ”nin azlıqda qalmasının səbəbkarı olan Cavid Hüseynova deyəsən, başına gələnlər dərs olmayıb. Tez-tez olay çıxaran yarımmüdafiəçi bu dəfə Kintananı vurmaqla diqqət mərkəzinə düşdü və qırmızı vərəqə aldı. Futbolçular arasında adi mübahisəni o yumruq zərbəsi ilə yoluna qoyunca bu aqibət qaçılmaz idi. Hüseynovun bu hərəkətinə hirslənən Rəşad Sadıqovun onu sinəsindən itələməsinin cəzası da sarı vərəqə olmalıydı, amma...
 
Rəşadla Cavidin kəllə-kəlləyə gəlməsi xoş mənzərə deyildi – kapitanlar nümunə olmalıydı. Yaxşı ki, sonradan bütün bunlar unuduldu, mükafatlandıra mərasimində onlar həmin epizodla bağlı zarafatlaşıb barışdılar, qucaqlaşdılar. Yəni, bu hadisə kinə çevrilmədi.
 
PFL maraqlı tədbir təşkil etmişdi. Mükafatlandırma, atəşfəşanlıq, hamının bir araya gəlməsi. Lakin bütün bunlar yarıboş tribunlar önündə reallaşdı. Hətta 3 komandanın bir araya gəlməsi də azarkeşlərdə maraq oyatmamışdı.
 
Bəlkə də bu kimi tədbirləri arxivə atmaq zamanıdı. Planlaşdırmayla bayram olmur. Spartakiadalar zamanı olduğu kimi, fərqli eşelonlara düzülən komandaların bir-bir səhnəyə çıxması sovet dönəmini xatırladırdı. Halbuki indi gümüş, bürünc medalçılar dünya futbolunda önəmsiz şeylərdi. Çempion kubokuna qovuşmalıdı, vəssalam. Güləş yarışlarında olduğu kimi, hamını tribunaya qaldırmaq mənasız vaxt itkisidi. Bu oyuna dəxli olmayan “Neftçi”ni arenaya gətirib, rəqib azarkeşlər tərəfindən söydürmək də xoş deyildi.
 
7 aylıq fasilədən sonra sıraya qayıdan Bədavi Hüseynov 4-5 dəqiqəlik meydana girərkən alqışlandı. Ağır zədədən sonra buna layiq olan müdafiəçini komanda yoldaşları da isti qarşıladı. Ən gözəl jest isə Riçard Almeydaya edildi. “Qarabağ”dan ayrılacağı dəqiqləşən braziliyalı oynamasa da, kapitan Rəşad Sadıqov çempionluq kubokunu qaldırmağı ona həvalə etdi və bu, braziliyalını kövrəltdi.
 
Bütün bunları “Qəbələ” rəhbərliyi görmədi. Klub prezidenti Abdulbari Gözəlin də çempionluq kubokunu qaldırdağı tədbirdə “Neftçi” tam heyətlə idi. Hətta fəsildən fəsilə görünən Müaşhidə Çurasının sədri Çingiz Abdullayev medal asmaq üçün boynunu baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevin qarşısında əydi. “Qəbələ”nin ən üst səviyyəli rəhbərliyinin medallarını isə klub inzibatçıları aparmalı oldu – onlar bu tədbiri lazımsız bilib, gəlməmişdilər.
 
Matçdan sonra mətbuat konfransı təşkil olunmadı. PFL-in özünün buna ehtiyac duymadığını, yoxsa əsasnamənin pozulmasına görə komandaları cəzalandıracağını zamanı gəlincə biləcəyik. Hər halda, nə əvvəlcədən bu barədə məlumat verilmişdi, nə də tədbirdən sonra bir söz deyən oldu.
 
Çempionat bitdi, son final isə Qəbələdə olacaq. Kubok uğrunda “Keşlə”ylə oyun bu dəfə həqiqi meydan sahibi olacaq Qriqorçukun yetirmələri üçün həyati əhəmiyyətlidi. İlk titul bu qədər yaxın ikən...
 
AĞA

 
tarix: 22-05-2018 09:00


 
Xəbər lenti
23.06.2018

01:05   Qələbə qolunu vurdu, ən yaxşı seçildi

00:44   Sloveniyada tək məşqlə davam

00:22   Serbiya - İsveçrə matçında 3 qol - VİDEO

00:09   “Qəbələ” Rauf Əliyevin sabiq klubuna qarşı

22.06.2018

23:53  Braziliya və Nigeriyadan inamlı, İsveçrədən əzmkar qələbə

23:14  “Zirə” də hazırlığa start verdi

22:52  “Sumqayıt” sabiq futbolçusu ilə güclənir

22:43  “Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

22:34  “Neftçi”də kütləvi təyinatlar

22:25  Millimizin baş məşqçisi: “Üçüncü qoldan sonra sanki Fransa yığması dayandı”

21:54  “Proqres” - “Qəbələ” matçının da vaxtı və yeri açıqlandı

21:20  Nigeriya - İslandiya matçının ən yaxşısı açıqlandı

21:00  Nigeriya Musanın dublu ilə sevindi - VİDEO

20:12  Millimiz Fransaya 4 qolla qalib gəldi

18:31  “Sumqayıt”da yeni məşqçi

18:24  Koutinyo yenə ən yaxşı seçildi

18:09  Braziliya əlavə vaxtda sevindi - VİDEO

17:25  “Qarabağ” Avstriyada növbəti məşqinə çıxdı

17:11  Premyer Liqadan La Liqaya

16:48  PFL növbəti mövsümün start tarixini açıqladı

16:21  “Keşlə” 3 futbolçu ilə müqavilə bağladı

16:14  PSV-də yeni baş məşqçi

15:45  “Neftçi”ni xüsusi təhlil etmişik” - “Sevilya” rəsmisi

15:14  Hakimlərimiz Avroliqa oyunlarına təyinat aldılar

14:56  Futbolçular Sampaolinin qovulmasını tələb edir

14:25  “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54  “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22  Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52  “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40  Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23  “Qarabağ”da şotland qapıçı?

12:02  “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48  “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24  Naqelsmanın yeni klubu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az