(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

“Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçuları - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

Futbolinfo.az xəbər verir ki, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.

Futbolçular müraciətlərində qeyd ediblər ki, A.Məhərrəmov onların etibarlarından sui-istifadə edərək C.Hüseynovdan 40 min, E.Məmmədovdan isə 60 min manat pul alıb.

Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə, 100 min manat pulu geri qaytarmayıb.

Lakin A.Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib.

Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

A.Məhərrəmovun vəkili Ceyhun Yusifov "Report"a faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.

Qeyd edək ki, A.Məhərrəmov dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, C.Hüseynov 2015-ci ildə "Ann.tv"nin əməkdaşı Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs edilib.

O, Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il 2 aya endirib. Həmin müddət bitdiyindən, o, azadlığa buraxılıb.


 
tarix: 22-05-2018 17:44


 
Xəbər lenti
18.10.2018

09:00   GÜNÜN SUALI: Stuxlik kimlərlə işləyəcək?

00:43   Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

17.10.2018

23:42  “Qarabağ”la oyunları buraxacaq futbolçu: “Ürəyim onlarladı”

22:17  Yığma komandanın baş məşqçisi qovuldu

21:00  GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

20:12  Ramin Musayev PFL prezidentliyinə namizədliyini verməyəcək

20:02  Azərbaycanda futbolçu baş məşqçini döydü

19:32  Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

18:40  “Neftçi” hələ də tam heyətlə məşq edə bilmir

17:43  AFFA “Sumqayıt”ı qismən bağışladı

17:10  MS-nin braziliyalısı sıradan çıxdı

16:14  Paytaxt klubunda ciddi itki

15:24  “Ginnesin rekordlar kitabı”na düşdü - “Çelsi”nin futbolçusu

15:06  Gürcüstanla fərqimiz

15:00  GÜNÜN XATIRLATMASI: Yaradılan “şərait”ə görə xərc

14:53  Premyer Liqa klubu daha bir futbolçusunu itirdi

13:54  “Mançester Yunayted” “başsız” qaldı

13:22  Ramos, Almeyda və Qara

13:00  Cəbəllütariqdən ardıcıl 2-ci qələbə - VİDEO

12:41  Qazaxıstan millisindən 4 cavabsız qol - VİDEO

12:22  Gürcüstan millisindən ardıcıl 4-cü qələbə - VİDEO

12:09  “Sabah”ın prezidentinin “gizli oyun”u

11:55  “Neftçi”nin legioneri milli komandada qol vurdu

11:48  U-21-in Norveçlə oyunu bitməyib...

11:37  “Qəbələ”dən 14 cavabsız qol

11:12  Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

11:00  Ukrayna Çexiyanı tək qolla yendi - VİDEO

10:45  Fransadan Almaniya üzərində əzmkar qələbə - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:15  “Qəbələ”nin futbolçusu Afrikada “Keşlə”nin oyunçusunu məyus etdi

10:00  AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

09:47  Slavçevli Bolqarıstan yığmasından ilk xal itkisi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az