(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Regional həvəs

Regional həvəs

Sumqayıt futbolu Premyer Liqada müxtəlif kabinet oyunları üzündən layiq olduğu yeri tuta bilmədi. Əvəzində həvəskarların mübarizəsində bu şəhərə kubok aparan tapıldı. Futbol ənənələri olan Sumqayıt uğura “Uğur”la çatdı.
 
AFFA-nın yeni layihəsi olan Region Liqası yekunlaşdı. Finalda “Uğur” Mingəçevir “Energetik”ini üstələyib titulunu rəsmiləşdirdi – 2:0. “Bayıl Arena”da, FİFA referisi Rəhim Həsənovun idarə etdiyi matçda hər 2 qol fasiləyə kimi vuruldu.
 
Sırf həvəskar futbolu, səhvlərlə, kobudluqla, qeyri-idman hərəkətləri ilə dolu bir matç. Peşəkarlığın yetmədiyi görüşdə bəzən aqressiya, seçilən istedadlıların oyunu üzərinə götürüb təkbaşına reyd etməsi, taktiki gedişlərin, məşqçi işinin kölgədə qaldığı mənzərə vardı. Rayon birinciliyi səviyyəsində yarış izləyirdik. Hər iki komandada, xüsusilə “Uğur”da vaxtilə peşəkar səviyyədə oynamış 3-4 futbolçu olmasaydı, ümumiyyətlə, zövqsüz matç a baxardıq.
 
Finalı dəbdəbəli etməyə çalışan AFFA bu mənada yalnız stadiona Azərbaycan bayraqlarının gətirilməsi ilə seçildi. Bir də kubokun milllimizin futbolçusu Ramil Şeydayevin qucağında masaya yerləşdirilməsi ilə əlamətdar oldu.
 
Oyun oldu, həvəskarlara yaraşan səhvlərdən sonra qollar vuruldu, qalib kubokunu aldı. Lakin avrokuboklara bu yarışın deyil, həvəskarlar federasiyasının təşkil etdiyi alternativ yarışın qalibi gedəcəyindən “Uğur”a 10 min manat pul mükafatı qaldı. Amma sözügedən yarışın birincisi də sumqayıtlılardı və ona görə elə bu heyəti UEFA yarışlarında görəcəyik. Ümid edirik, AFFA gələn mövsümlərdə iki yarışı birləşdirər. Yoxsa ki, bir qurumun bayrağı altında iki həvəskar yarış yamaq kimi görsənir.
 
Mingəçevrli azarkeşlər “Energetik”ə Premyer Liqa yaraşır” banerini açmaqda haqlı idi. Komanda o səviyyədə deyil, amma həqiqətən də Mingəçevir futbolu öz ənənələri ilə elitaya bəzək vura biləcək şəhərlərdəndi. Bu cür aşağı səviyyəli yarışa, həm də Bakıya 100-ə yaxın əsl Mingəçevir fanatı gəlmişdisə, Premyer Liqada oynayan “Energetik”i özünüz düşünün.
 
Azarkeşlər “Energetik”i, eləcə də 3-cü yerin sahibi “Füzuli”ni tribunaya çağırıb alqışladı, futbolçular da medallarını onlara bağışladı. Əyalətlərdə futbolun necə sevildiyini görmək üçün bu anlara baxmaq kifayət idi. Region Liqası səviyyəsinə endirilən bölgə futbolunu bu hala salanların utandığına ümid edirik.
 
Meydanda 2 Azərbaycan komandası var idi, lakin eyni zamanda fərqli bölgələrin futbol mədəniyyətini görürdük. Sumqayıtlılarla mingəçevirlilərin oyun üslublarındakı fərq o dəqiqə hiss olunurdu. Sanki “Xəzər”lə “Kür-Nur”un kölgəsi meydanda idi. Və bu komandalarda bir neçə istedad gözə dəyirdi. Təəssüf ki, futbola barmaqarası münasibət nəticəsində o uşaqlar həvəskar səviyyəni aşmayacaq. Halbuki bütün bölgələrdə belə komandalar olsa və onlar peşəkar səviyyədə oynasa, belə istedadlar üzə çıxar, milli komandamız üçün əla ehtiyat qüvvə formalaşar.
 
Bölgə futbolu qəribəlikləri ilə də gözəldi. Məsələn, gözümüz önündə “Energetik”in baş məşqçisi Sahib Qocayev bir nəfərin qələmini qırdı. Ehtiyat oyunçular skamyasında əyləşən bir futbolçunun etirazından sonra çalışdırıcı ona barmaq silkələdi, “bu komandada ya sən qalacaqsan, ya mən” dedi. Daha sonra klubun yanaşı oturan rəhbərinə “sizə hələ başqa adlar da deyəcəm” söyləməklə həvəskar klubun idarəedilmə metodunu sərgilədi. Özəllik idi, bəlkə də yanlış yanaşmadı, amma futbolun içində olan, ona rəng qatan epizoddu.
 
Sumqayıta, Mingəçevirə, Füzuliyə və digər bölgələrimizə futbol yaraşır. Bu regionlarda əsl azarkeş ordusu var, onları həvəskar səviyyəyə məhkum etməklə ölkə futbolu inkişaf etməyəcək. Lakin AFFA-da bunu bacaracaq başlar varmı? Onlar adi bir oyunu təşkil etməyi bacarmır.
 
Dünən oyunu işıqlandırmaq üçün Bayıla cəmi 2 jurnalist getmişdi. Amma onlar da elə əngəllərlə üzləşdi ki, sanki Çempionlar Liqasının finalındayıq. İşbilməz məmurların rahatlığı üçün yaradılan canlı səddlərdən vəsiqə ilə də keçmək mümkün deyildi. Postlara qoyulan canlı robotlara nəyisə izah etmək mümkün deyildi, “olmaz, vəssalam”. Yalnız AFFA baş katibinin müavini Sərxan Hacıyevə müraciətdən sonra problem yoluna qoyuldu, yarışın təşkilatçılarından olan Uşaq departamentinin rəhbəri Yusif Vəliyev səhvini anlayıb üzr istəmək üçün ayağımıza gəldi.
 
Hələ bu harasıdı? AFFA-nın vitse-prezidenti Rauf Əliyevin siqareti üst-başını yandırsaydı və alov stadionu bürüsəydi, onu söndürən olmayacaqdı. Çünki yanğınsöndürmə maşını da çağırılmamışdı. Təbii ki, bu, bir zarafatdı, son günlər başı ancaq medal paylamağa qarışan, varlığını bu cür hiss etdirən Rauf Əliyev özünü yandıracaq qədər bacarıqsız deyil. Hətta bu olsa da, baş katib Elxan Məmmədov, Məşqçilər Komitəsinin üzvləri onu bu bəladan xilas edərdi.
 
Region Liqasını uğursuz layihə kimi təqdim etmək fikrimiz yoxdu. Xeyli qüsurlar olsa da, bölgə azarkeşlərinin başını qatmaq üçün normal yarış idi. Amma bu yarış Mingəçevirin, Masallının, Qazaxın, Qaxın, Qubanın, Şəkinin və s. bölgələrimizin maksimumuna çevrilməməlidi. Sovet dövründə kolxozlararası yarış bundan daha maraqlı alınırdı. Bu bölgələrə isə böyük klublar yaraşır. Peşəkar, iddialı klublar. Regionların inkişafı, azarkeşlərin sevincini artırmaq üçün...
 
FƏRİD
 
 
 
 

 
tarix: 23-05-2018 12:01


 
Xəbər lenti
18.10.2018

00:43   Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

17.10.2018

23:42  “Qarabağ”la oyunları buraxacaq futbolçu: “Ürəyim onlarladı”

22:17  Yığma komandanın baş məşqçisi qovuldu

21:00  GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

20:12  Ramin Musayev PFL prezidentliyinə namizədliyini verməyəcək

20:02  Azərbaycanda futbolçu baş məşqçini döydü

19:32  Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

18:40  “Neftçi” hələ də tam heyətlə məşq edə bilmir

17:43  AFFA “Sumqayıt”ı qismən bağışladı

17:10  MS-nin braziliyalısı sıradan çıxdı

16:14  Paytaxt klubunda ciddi itki

15:24  “Ginnesin rekordlar kitabı”na düşdü - “Çelsi”nin futbolçusu

15:06  Gürcüstanla fərqimiz

15:00  GÜNÜN XATIRLATMASI: Yaradılan “şərait”ə görə xərc

14:53  Premyer Liqa klubu daha bir futbolçusunu itirdi

13:54  “Mançester Yunayted” “başsız” qaldı

13:22  Ramos, Almeyda və Qara

13:00  Cəbəllütariqdən ardıcıl 2-ci qələbə - VİDEO

12:41  Qazaxıstan millisindən 4 cavabsız qol - VİDEO

12:22  Gürcüstan millisindən ardıcıl 4-cü qələbə - VİDEO

12:09  “Sabah”ın prezidentinin “gizli oyun”u

11:55  “Neftçi”nin legioneri milli komandada qol vurdu

11:48  U-21-in Norveçlə oyunu bitməyib...

11:37  “Qəbələ”dən 14 cavabsız qol

11:12  Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

11:00  Ukrayna Çexiyanı tək qolla yendi - VİDEO

10:45  Fransadan Almaniya üzərində əzmkar qələbə - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:15  “Qəbələ”nin futbolçusu Afrikada “Keşlə”nin oyunçusunu məyus etdi

10:00  AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

09:47  Slavçevli Bolqarıstan yığmasından ilk xal itkisi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az