(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Eltun Yaqublunun idarə etdiyi “Səbail”

Eltun Yaqublunun idarə etdiyi “Səbail”

Topaz Premyer Liqası klublarında 2 baş məşqçi istefası reallaşıb. Mövsüm bitən kimi Samir Abasov “Sumqayıt”dan, Samir Əliyev “Səbail”dən ayrılıb. “S”ların vida səbəbləri müxtəlif olsa da, ortaq cəhətlər də var.
 
Hədəf, məqsəd, büdcə, bacarıq – çox səbəb göstərə bilərik. Lakin bunlardan başqa, həm də sözügedən klublarda uşaqların iş başında olması belə mənzərəyə rəvac verir. Riad Rəfiyev Premyer Liqa klubunun ağırlığını daşıya biləcək gücdə olmadığını 2 aya göstərdi, uğurla irəliləyən klubu tar-mar etdi. “Sumqayıt”da xaos yarandı və Abasov başını götürüb qaçdı.
 
“Səbail”də də eyni vəziyyətdi. Himayədarının oğlunun bekar qalmaması üçün yaratdığı klub ərköyün cavanlara tapşırıldı, onlar isə klubla “bahalı oyuncaq” kimi davranırlar. Ramin Həsənov kimi naşı icraçı direktor öz yerində, klubun əsas idarəçiləri də nə etdiyini bilməyənlər, gündə bir fikrə düşənlərdi.
 
Rəhbərlik yatıb yuxuda nə görübsə, “Səbail”in Avropa Liqasına layiq olduğunu düşünürlər. Düzdü, yaxşı hədəfdi, amma ilk vaxtlar bu klubun elitaya gəlməsində məqsədin gənclərdən ibarət kollektiv formalaşdırmaq, milli komandalara layiqli namizədlər yetişdirmək olduğu deyilirdi. Plana görə, 3 il ərzində komanda formalaşmalı, ardınca yüksək hədəflər müəyyənləşməliydi.
 
Görünür, Premyer Liqa klublarının tən yarısının qitə yarışlarına gedə bilmək perspektivi klub rəhbərliyini həvəsləndirib, onları ağıllı plandan ildırımsürətli inkişaf taktikasına keçməyə sövq edib. Elə bu səbəbdən 3 illik müqavilə bağladıqları Samir Əliyevi yalançı vədlə bunu bacaracağını deyən başqa bir mütəxəssislə əvəzləmək istəyirlər. Halbuki oyunçu kimi Azərbaycan futboluna imzasını qoyan Samirin dürüstlüyünə inanmaq daha faydalı idi. Əliyev də yağlı vəd verə, büdcəni, eyni zamanda öz maaşını yüksəltdirə bilərdi.
 
Uğurun açarı sabitlikdədi. “Qarabağ”, “Qəbələ” nümunəsi göz önündə ikən rəhbərliyin perspektivli məşqçiylə vidalaşması yanlışdı. Həm də çalışqan,daim üzərində işləyən, saxta görünməyən, sözü üzə deyən, sevimli futbolçuları olmayan, zəhmətsevər Əliyevlə uzun yola çıxmaq olardı. Çempionata öz fərqli stili ilə rəng qatan “Səbail”i bu şəkildə dəyişmək yolverilməzdi və komanda bunun acısını mütləq çəkəcək.
 
Ən pisi odur ki, Samir işinə görə vəzifəsindən uzaqlaşdırılmadı. O, doğrunu etdiyi, düzünü danışdığı üçün işindən oldu. Məşqçi hər nə qədər gizlətsə də, onu bir qrup futbolçunun ərköyünlüyü “qurban”a çevirdi. Bacarıqsızları ifşa edən, danlayan, cəzalandıran məşqçi bəzilərinə sərf etmirdi və onlar qruplaşma yaradıb, öz varlıqlarını sübut etdilər.
 
Eltun Yaqublu nəinki “Səbail”də kapitan sarğısına layiq deyil, hətta əksər divizion klublarında da heyətə düşə bilməz. Məhdud bacarığı onun daim kölgədə qalmasını şərtləndirib. Lakin o, daha təcrübəli, daha səviyyəli oyunçuların arasında süni liderə çevrilib, sarğını qoluna keçirib. Çünki daydaylıdı, sinif yoldaşı, dostu, çay evlərində cüt əyləndiyi klubun əsas idarəçisi Tamerlan Abdullayevə güvənir. Klubda münasibətlər bu səviyyədə tənzimlənirsə, hansısa uğurdan, işdən danışmaq olmur.
 
Eltunun da öz “kruq”u var və onlar komandada hər hoqqadan çıxır. Onları bağışlamayan, səhvlərinə görə güzəşt etməyən Əliyevlə bağlı mütəmadi olaraq klub rəhbərliyinin qulağı doldurulursa, 3 illik müqaviləyə xitam verilməsi gözləniləndi.
 
İndi yeni baş məşqçi “Səbail”lə müqaviləyə imza atarkən bu amili nəzərə almalıdı. Ya Yaqublu klubdan qovulmalı, ya da yeni gələn onun qılıncının altından keçməlidi. Əks halda, heç kim “Səbail”də uzun müddət işləyə, nəticə verə bilməz. Klub rəhbərliyi uşaqlıq xatirələrini unutmayıb, klubu bu formada idarə etməyə davam edincə qruplaşmanın var olduğu “Səbail”in uğur qazanması mümkünsüzdü.
 
Bu layihəyə milyonlar xərcləyən sponsorlar da ayıq olmalıdı. Hərdəmxəyal cavanlara “bahalı oyuncaq” verərkən ehtiyatlı olun...
 
CAVAD

 
tarix: 23-05-2018 13:44


 
Xəbər lenti
19.08.2018

12:00   Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31   Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Paşayevin klubundan ilk məğlubiyyət

09:00   “Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:10   “Barselona” qələbə ilə başladı

01:45   “Monako” büdrədi, PSJ qalib gəldi

01:30   “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14   London derbisində “Çelsi” sevindi

01:00   İtaliya çempionatı da başladı

00:43   “Fənərbaxça” uduzdu

00:25   Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

18.08.2018

23:55  Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

23:46  Mladen Milinkoviç: “Bəzi məcburi dəyişikliklər etməli oldum”

23:30  Paytaxt derbisində 4 qol - VİDEO

23:15  Arif Əsədov: “Ən gözəl hədiyyə elə budu”

22:25  “Qarabağ” qələbə, “Zirə” heç-heçə ilə başladı

21:30  “Səbail” “Qarabağ”a da uduzdu - VİDEO

21:15  “Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

21:04  Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

19:36  Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

18:55  Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

18:01  “Zirə”nin Premyer Liqada 4-cü startı

17:34  Mbia yenidən Fransa klubunda

17:01  Fransada klub dəyişdi

16:35  “Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

16:03  Kamerun yığmasının üzvü La Liqa klubunda

15:34  Bundesliqa klubu milli üzvü ilə gücləndi

15:05  “Şerif” - “Qarabağ” oyunu avstriyalı hakimlərə həvalə olundu

14:31  “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00  Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30  “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11  David Ospina rəsmən “Napoli”də

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43  Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25  Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04  Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23  Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  “Keşlə” yenə qarışıb

10:32  “Traktorsazi”dən ilk qələbə

10:21  İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az