(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Napoli” Sarrini yola salıb, yeni baş məşqçisini açıqladı - FOTO

“Napoli” Sarrini yola salıb, yeni baş məşqçisini açıqladı - FOTO

İtaliyanın “Napoli” klubu baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Napoli”nin baş məşqçi postuna üç il öncə gətirilən 59 yaşlı italiyalı mütəxəssis 2016/17 mövsümündə A Seriyasında ilin məşqçisi seçilmişdi. 2017/18 mövsümündə isə onun komandası 91 xal toplamaqla (çempion “Yuventus”dan cəmi 4 xal az) ikinci pilləni tutdu.

Artıq Neapol klubunun yeni baş məşqçisinin də kimliyi bəllidi. Bu komandanı yeni mövsümdən digər italiyalı mütəxəssis Karlo Ançelotti çalışdıracaq. “Napoli”nin prezidenti artıq sözügedən mütəxəssislə görüşərək, onunla 3 illik müqavilə barədə razılığa gəldiyini söyləyib. Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, Ançelotti son olaraq 2016/17 mövsümündə “Bavariya”nı çalışdırıb və bu komandanı Almaniya çempionu etməklə futbol tarixinə keçib. Belə ki, o, Avropanın 5 ən böyük futbol ölkəsindən dördündə (Almaniya, Fransa, İngiltərə, İtaliya) çempionluq sevinci yaşayıb. Bu isə ilk belə uğurdu və hələ onun göstəricisini təkrarlayan mütəxəssis yoxdu. Ançelotti 2003/04 mövsümündə “Milan”ı İtaliya, 2009/10-da “Çelsi”ni İngiltərə, 2012/13-də PSJ-ni Fransa çempionu edib. Onun “böyük beşlik”də yeganə çempionluq sevinci yaşamadığı ölkə İspaniyadı. Halbuki, 2013/2015-ci illər aralığında o, İspaniya nəhəngi “Real”da da çalışıb.


 
tarix: 23-05-2018 23:29


 
Xəbər lenti
22.07.2018

10:31   Eminsiz “Kalmar” doğma meydanda uduzdu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Şeydayevin klubundan 2 yeni transfer

01:29   “Sumqayıt”ın futbolçuları Bolu toplanışını dəyərləndirdi - VİDEO

00:55   “Sabah”da daha 3 imza

21.07.2018

23:05  “Ulduz”dan Ukraynada 1 qələbə, 1 məğlubiyyət

22:47  Millimizin baş məşqçisi: “Onlar verilən tapşırığı maksimum yerinə yetirdilər”

22:30  Millimizdən növbəti qələbə

22:13  Millimiz İsveçrəyə də böyük hesabla uduzdu

21:30  “Sabah” “Osmanlıspor”la da “sülh bağladı”

18:28  İşki düşkünü yenə Azərbaycan klubunda

18:22  “Milan”da yeni prezident

18:14  PSJ Kanteni aldı - 110 milyon avroya

18:01  Riad Rəfiyev yenə iş başında: klub prezidenti vəzifə səlahiyyətlərini qazanca qurban verir

16:02  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

15:33  “Qarabağ”ın səfər proqramı bəlli oldu

15:11  Millimiz mövqeyini qorudu

14:44  “Kukesi”nin kapitanı: “Kağız üzərində favorit “Qarabağ”dı”

14:22  “Kukesi” - “Qarabağ”: hakim təynatarı açıqlandı

12:28  “Qarabağ” “Sabah”a uduzdu

12:00  “Sabah” Türkiyə klubu ilə üz-üzə

11:50  “Roma”nın futbolçusu rəsmən “Fiorentina”da

11:21  “Liverpul”un qapıçısı digər Premyer Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Premyer Liqadan La Liqa təmsilçisinə

10:32  Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

10:00  “TOPAZ”DA BU GÜN

09:31  Kosovo millisinin qapıçısı Super Liqa klubunda

02:50  Ayxan Abbasov: “Onlar hələ tam hazır deyil, vaxt lazımdı”

01:56  “Səbail” “İstanbulspor”a qarşı

00:11  Millimiz ilk oyunda məğlub oldu

00:02  “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az