(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Türk Hava Yolları “Neftçi”ylə anlaşdı: baza yeni sponsorun adını daşıyacaq

Türk Hava Yolları “Neftçi”ylə anlaşdı: baza yeni sponsorun adını daşıyacaq

Türk Hava Yolları “Neftçi”yə sponsorluq edəcək. Bu nəhəng şirkətlə Bakı klubu arasında iyunun əvvəlində niyyət protokolu imzalanıb.
 
Futbolinfo.az xəbər verir ki, iyulun əvvəlində müqavilə rəsmiləşəcək və Türk Hava Yolları paytaxt təmsilçisinə sponsorluq edəcək. Klubun təlim-məşq bazası bu şirkətin adının daşıyacaq, qarşılığında vəsait ödəniləcək.
 
Çoxdan Azərbaycan bazarına girmək istəyən bu şirkət vaxtilə “Qəbələ”ylə əməkdaşlıq etməyə çox yaxın idi. Son anda bölgə klubu 300 minlik razılaşamadan imtina etdi.
 
Elə “Neftçi” də icraçı direktor Elnur Məmmədovun vaxtında bu şirkətlə görüşlər keçirmişdi. Dünyanın məşhur hava yolları şirkətlərindən sayılan THY-nin Bakı ofisinin rəhbəri Seyfullah İlyas klubun inzibati binasında gələcək əməkdaşlıq planlarını müzakirə etmişdilər.
 
“Neftçi” anlaşmaya görə fantastik məbləğ qazanmayacaq, lakin əla marketinq gedişi bu planda sonrakı addımlar üçün ilkin həmlə rolunu oynayacaq. 350-400 manatlıq əməkdaşlıq müqaviləsi bağlanması təxmin edilir. Bütün təfərrüatlar isə iyulun əvvəlindəki rəsmi imza mərasimində açıqlanacaq. O zaman THY-nin rəhbərliyi ölkəmizə səfər edəcək.
 
Qeyd edək ki, THY 5 dəfə Avropa qitəsinin ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. Hazırda şirkət 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edir. “Barselona”, “Mançester Yunayted”, “Şaxtyor” (Donetsk) kimi nəhəng klublara sponsorluq etmiş “Türk Hava Yolları” hazırda “Borussiya” (Dortmund) və “Marsel”lə əməkdaşlıq edir. Şirkət Türkiyənin 4 böyük klubu - “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Trabzonspor”la da əməkdaşlıq edir. Məşhur aviaşirkət basketbol üzrə Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Avroliqanın da rəsmi sponsorudu.
 
Xatırladaq ki, “Neftçi”yə yeni sponsorun gələcəyi ilə bağlı ilk xəbəri hələ may ayında “Futbolinfo” yaymışdı.

 
tarix: 12-06-2018 21:42


 
Xəbər lenti
15.12.2018

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az