(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bordinin qiymətləndirməsi: Moldovada necə xatırlanır?

Bordinin qiymətləndirməsi: Moldovada necə xatırlanır?

Roberto Bordinin qollarını çırmayıb işə başlayacağını gözləyirdik. Məntiqlə italiyalı mütəxəssis müqavilə bağladığı gündən varlığını göstərməliydi. 1-2 günlük vətənə baş çəkmək olardı, amma ardınca “Neftçi”ni, yeni ölkəni kəşf etməyə başlamaq, böhrana düşmüş komandanın problemlərinin həlli yolunda addımlar atmaq lazım idi.
 
Amma Bordin ilk gündən işə məsuliyyətsiz yanaşır. Müqavilə bağlayaraq istirahətə gedib, Avropa Liqasının startına qısa müddət qalsa da, transferlər yubanır, köməkçillər Robertonun xarakterini, iş prinsipini bilməyən yerlilər arasından seçilir. Sanki Bordin qitə yarışına önəm vermir, bütün planlarını Premyer Liqa üçün düşünüb və gedən zamana önəm vermir.
 
İtaliyalını hələ tanımırıq, bizim üçün sirrli qutudu. Amma Moldovada çalışdığından ən azı bu ölkədəki həmkarlarımız vasitəsi ilə onu qiymətləndirməyə çalışdıq. Əcəba, Bordin “Neftçi”ni xilas edəcək adamdımı?
 
Eduard Çobanu: “Bordinin Moldovada işinin öhdəsindən mükəmməl şəkildə gəldiyini desək, yalan olar. Sadəcə, Moldovada futbolun səviyyəsi zəif idi. Bu mövsümün əvvəlində artıq uğursuz oldu və getdi. Onun gələcəyi haqqında nəsə demək çətindir. Baxarıq.  Çempionluqlar onun xidməti deyildi. “Milsami” və “Daçiya” onların çempionluğuna şərait yaratdı. Avropadakı uğura görə isə əhsən”.
 
Kristian Yardan: “Yaxşı məşqçidi. İtalyan məktəbi olduğu üçün nizam-intizam qaydasındadı. Açıq fikirli biridi və komandası da ölkəsinə məxsus stildə oynayır. Mükəmməl müdafiə xətti həmişə diqqət çəkir. Fikrimcə, uğurlu məşqçidir və bunu “Neftçi”də də davam etdirəcək. Ötən il “Şerif”lə Avropa Liqasında böyük uğura imza atdır. “Qarabağ”la əla oynadılar və onları üstələyə də bilərdilər. O, məşqçi olaraq güclüdü, peşəkardı. “Şerif” də həmçinin onun yanında ikinci məşqçi və başqa bir məşqçi də var idi. Ona məşqçilər də lazımdı. Lenoid İstrati və İmresario ilə birlikdə işləyirdi. Onların köməyinə yəqin ki, yenə ehtiyac duyacaq. Futbolçulara gəlincə, “Şerif”dən bəzi oyunçuları apara bilər. Məsələn, payızdaTiraspol klubunun hücumçusu Badibanqanın müqaviləsi bitəcək. O, “Neftçi”yə keçə bilər”.
 
Doran Yerqei: “O, yaxşı məşqçidi. “Şerif” onun rəhbərliyi dövründə ən yaxşı dönəmlərindən birini keçirib. Yaxşı futbol oynadılar. “Neftçi”də də uğurlar qazanacaq. Bilmirəm, ilk ildə bəlkə də yaxşı olmadı. Ona sadəcə, vaxt lazımdı”.
 
Tomm Blanaru: “O, çox yaxşı məşqçidir. Burada Bordin haqqında fikirlər həmişə yüksəkdi. Onun zamanında “Şerif” çox yaxşı oynayırdı. Müdafiədə komanda möhtəşəm görünürdü. 3 müdafiəli sistemdə çıxış edirdi. “Neftçi” üçün əla seçimdi. Düşünürəm ki, istədiyi oyunçuları ala bilsə, o, “Qarabağ”a ciddi rəqib olacaq. Bunun üçün zaman lazımdı. Azərbaycanlı fanatlar onu sevəcəklər. Bir neçə transfer barədə eşitdik. “Şerif”də yaxşı oyunçular var. Badibanqa, Kriştianu və Mateo Suşiç kimi oyunçular çıxış edir. Onlar Azərbaycanda rahatlıqla oynaya bilərlər”.
 
FƏRİD

 
tarix: 14-06-2018 08:58


 
Xəbər lenti
15.12.2018

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az