(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – I YAZI

AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – I YAZI

Argentina ilə heç-heçə, Lionel Messinin susdurulması – bu, davam edən DÇ-2018-in hələlik ən böyük sensasiyasıdı. Və onu reallaşdıranlar bir neçə il öncə futbola yalnız hobbi kimi yanaşan ada ölkəsinin sakinləridi.
 
İslandiya futbol dünyasında heç vaxt böyük ad olmayıb. Lakin bu ölkədə elə işlər görülüb ki, ölkənin millisi ən azı Avropanın möhkəm ortababı olmaqdadı. Qitə çempionatındakı möhtəşəm çıxışın ardından mundiala qazanılan vəsiqə və burada uğurlu debüt artıq təsadüf sayıla bilməz. Bü, dünya çempionatları tarixində ən əz əhali rekordunu yeniləyən nağıllar ölkəsinin növbəti nağılıdı.
 
İslandiya zövqlü futbol sərgiləmir. Lakin o qədər sistemli, o qədər özünəəmin şəkildə oynayırlar ki, bu komandadan hər an qol gözləyirsən.  Sanki topla yatıb-dururlar, qarşılarında Messi kimi futbol tarixini yazan superulduz olsa da, həyəcan, təşviş yoxdu. Oyunçular fiziki güclərinin verdiyi üstünlüyə inkişaf etdirdikləri taktiki-texniki bacarığı gəlib, qonşu Rusiyada növbəti möcüzə axtarışındadılar.
 
Bütün bunlar qısamüddətli, amma planlı işin meyvəsidi. Bizim AFFA-da oturanlar dövlətimizin səxavətlə açdığı kisəni dağıdarkən, milyonları havaya sovurarkən, İslandiyada bu işi inkişaf modeli ilə əlamətdar etdilər.
 
Hazırda FİFA-nın reytinq cədvəlində 22-ci pillədə olan İslandiya 6-7 il əvvəl 120-130-cu sıralarda var-gəl edirdi. Cədvəldə millimizdən də geri qalan adalılar UEFA-ya üzv ölkələr arasında yalnız San Marino, Andorra, Malta, Luksemburq və Qazaxıstanı qabalayırdı.
 
Lakin uşaq futboluna, top oyununun mərhələli inkişafına o qədər ciddi yanaşmışdılar ki, nəticə mütləq olmalıydı. 10 il öncə - indiki AFFA rəhbərliyinin hakimiyyətdə olduğu dövrdən də qısa dönəmdə - torpağa atılan toxumlar meyvəsini verməyə başladı. AVRO-2016-ya 5-ci səbətdən qatılan komanda qrupda Hollandiya, Çexiya, Türkiyə kimi komandaları üstələyərək 1-ci pilləni əldə etdi və tarixində ilk dəfə hansısa böyük turnirə vəsiqə qazandı.
 
İslandiya ən romantik şairlərin, yazıçıların və rəssamların belə xəyal gücünü aşaraq, möhtəşəm təbiətə sahib olan, ordusuz ölkədi. Ölkə yanardağlarını örtən dumanın mərkəzindən üsyan edən vulkan lavaları, susmayan şəlalələri, qeyzerləri və özünəməxsus memarlıq üslubu ilə insanı heyrətləndirir.
 
İslandiyanın belə gözəl təbiətinin bədəli də var. Ölkənin 63 faizi qütb bitkiləri olan tundura ilə örtülüb və havanın hərarəti çox aşağıdı, az qala yarısı vulkanik çöllərdən ibarətdi. 15 faizi isə buzluqlardı. Adanın sahillərində yaşayış mövcuddu və orda da iqlim ekstrim idman növləri xaric, açıq havada digər idman növlərini mümkünsüz edir. Ümumiyyətlə, İslandiya kimi soyuq ölkədə futbol oynamaq da ekstrim sayılır.
 
"KR Reykyavik"ə transfer olan ingilis futbolçu Anri Moyesin xatirəsinə baxaq: "Meydança quru idi və xidmətçiyə qazonu sulamalı olduğunu bildirdim. O isə güldü və dedi ki, bura iyuna kimi su verilməyəcək. Yoxsa otlar donar".
 
Məhz buna görə  dünyada ən qısa futbol mövsümü İslandiyadadı. Burada çempionat mayda başlayıb, sentyabrda başa çatır. Tundra iqlimi meydançaların yaşıllaşmasını çətinləşdirir. Ölkənin ən köklü futbol klubu "KR Reykyavik" 2000-ci ildə qazandığı çempionluğu qum meydançasında etdiyi məşqlərlə qazanmışdı. Meydançanın olmaması və iqlim şəraiti səbəbindən futbolçular qışda çox az məşq edə bilirlər. İslandiyanın Təhsil Naziri Arnar Qunnarson deyir: "20 il əvvəl futbol oynadığım vaxtlarda qış vaxtı həftədə 1 dəfə məşq edə bilirdim. Formamı basketbol və ya həndbol oynayaraq, saxlayırdım".
 
Qunnarsonun dediyi vaxtlarda İslandiyada cəmi 2 süni meydança var idi. Onlar da 1985 və 1992-ci illərdə salınmışdı. Üstəlik, istifadə olunan texnologiya da 1988-ci ildə İngiltərədə qadağan olunmuşdu. Nə oyunçu yetişdirə biləcək, nə də futbol oynanılacaq ab-hava.
 
İslandiya Futbol Federasiyası ilk iş olaraq, 7-8 ay davam edən mövsümün faydalı olması üçün bazalar hazırlamağa başladı. Yekunda 7-8 aylıq qış mövsümündə əvvələr peşəkar futbolçuların həftədə 1-2 məşq edə bildiyi İslandiyada artıq 6-10 yaşlı gənclər həftədə 3, 10-14 yaşlılar 4, 14-18 yaşlılar 5, peşəkarlar isə 6 dəfə məşq edə bilirdi. Həmçinin, bütün məktəblərdə həftəlik 2 saat idman və 1 saat da üzmə dərsləri məcburi şəkildə tədris edilməyə başladı.
 
330 min əhalisi ilə bu mənada AÇ-lərdə iştirak edəcək ən balaca dövlət olan İslandiyada 21508 futbolçu vardı. Bu da ölkə əhalisinin 7 faizidi. Yeri gəlmişkən, AFFA ölkəmizdə futbol ailəsinin 140 min üzvü olduğunu iddia edir. Maraqlıdı ki, bu qədər futbolçudan milli komanda üçün normal bacarığı olan 20 nəfər tapa bilmir, Riçard Almeyda, Dmitri Nazarov kimi milliləşənlərə möhtac qalırıq. Hətta cəmi 8 komandanın mübarizə apardığı Premyer Liqada da klublar yerli oyunçu qıtlığından əziyyət çəkir.
 
(davamı olacaq)
 
AĞA

 
tarix: 17-06-2018 12:16


 
Xəbər lenti
19.08.2018

15:29   Elşad Əhmədov: “Məqsədimiz bu oyundan yaxşı nəticəylə ayrılmaqdı”

14:35   “Qalatasaray”dan daha bir transfer

14:09   Məşhur hücumçu yenidən futbola qayıtdı

13:31   UEFA-dan “Neftçi”nin sabiq prezidentinə təyinat

13:19   Avrokubok üçün şişirdilən büdcənin dağıdılması: “Səbail” ümid vermir

13:01   Vüqar Əsgərovdan bir oyunda 5 qol

12:31   Nazarovun komandası Almaniya kubokunda startdaca dayandı

12:00   Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31   Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Paşayevin klubundan ilk məğlubiyyət

09:00   “Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:10   “Barselona” qələbə ilə başladı

01:45   “Monako” büdrədi, PSJ qalib gəldi

01:30   “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14   London derbisində “Çelsi” sevindi

01:00   İtaliya çempionatı da başladı

00:43   “Fənərbaxça” uduzdu

00:25   Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

18.08.2018

23:55  Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

23:46  Mladen Milinkoviç: “Bəzi məcburi dəyişikliklər etməli oldum”

23:30  Paytaxt derbisində 4 qol - VİDEO

23:15  Arif Əsədov: “Ən gözəl hədiyyə elə budu”

22:25  “Qarabağ” qələbə, “Zirə” heç-heçə ilə başladı

21:30  “Səbail” “Qarabağ”a da uduzdu - VİDEO

21:15  “Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

21:04  Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

19:36  Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

18:55  Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

18:01  “Zirə”nin Premyer Liqada 4-cü startı

17:34  Mbia yenidən Fransa klubunda

17:01  Fransada klub dəyişdi

16:35  “Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

16:03  Kamerun yığmasının üzvü La Liqa klubunda

15:34  Bundesliqa klubu milli üzvü ilə gücləndi

15:05  “Şerif” - “Qarabağ” oyunu avstriyalı hakimlərə həvalə olundu

14:31  “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00  Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30  “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11  David Ospina rəsmən “Napoli”də

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43  Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25  Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04  Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23  Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  “Keşlə” yenə qarışıb

10:32  “Traktorsazi”dən ilk qələbə

10:21  İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az