(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – II YAZI

AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – II YAZI

 
Meydançaların sayı təkcə futbolçuların və məşqlərin çoxalmasına deyil, həm də ölkə futbolunun inkişafına güclü təkan oldu. 13 il Təhsil Naziri işləmiş Sigudor Eyolfsson deyir: "Əvvələr plansız, proqramsız, asfaltda qaçan, kauçuk meydanda fitneslə məşğul olan və ardınca qum üzərində top oynayan nəslin yerinə daimi süni və ya təbii meydançada məşq edən yeni bir nəsil var".
 
"Akranes" komandasının baş məşqçisi Qunnaluqur Yonsson  isə bu haqda belə deyirdi: "Salonlar və meydançalar futbolçuların texnikasını çox inkişaf etdirdi. Topu qəbul etməkləri, pasları və texnikaları fərqli bir səviyyəyə qaldırdı".
 
Yonsonun fikirlərinin düzlüyü sadəcə, tez-tez məşq edilməsi ilə əlaqədar deyil. İslandiya artıq yaxşı fiziki göstəricilərə malik, intizamlı futbolçulardan başqa, indi texniki bacarığı olan hücumçular da yetişdirə bilir. Qulfi Siqurdsson, Kolbeyn Siqborsson, Alfred Finnboqason, Aron Yohannsson və başqaları buna misaldı.
 
İslandiya futbolçuları çalışqan, iş əxlaqı yüksək, əzmkar xarakteri ilə futboldankənar aldıqları təhsil və savadları ilə başda İngiltərə olmaqla, Avropanın güclü çempionatlarında çıxış edirlər. Adada yetişib ölkə xaricində çıxış edən futbolçuların sayı 100-ə yaxındı. Ölkənin ən zəngin klubu "Hafnarfyordur"un büdcəsi 1,2 milyon avrodu və oyunçularına orta hesabla 35 min avro  məvacib ödəyir.
 
Müqayisə üçün bildirək ki, bizdə ən zəif klubun büdcəsi bu qədərdi. Ona görə də ölkədə qalmaqla dolanışığını təmin edən futbolçuların xaricə çıxmağa, legioner olmağa həvəsi yoxdu. Bir də təlim-tərbiyə elə qurulub ki, oyunçuların dünyagörüşü də yetərli deyil və xaricə yollanmaq üçün stimul tapa bilmirlər. Hətta zorla ölkədən “qovulanlar” da bir il sonra geri dönür.
 
Digər tərəfdən də yerli çempionatda çıxış edən legionerlərin sayı çox azdı. Onlar bu mənada Avropada yalnız Serbiyadan geri qalırlar. Liqada orta yaş həddi 24,5-di. Onlar hazırda Hollandiya, Belçika, Serbiya, Xorvatiya kimi futbolçu yetişdirməklə tanınan ölkələr siyahısına qoşulmaq üzrədi.
 
Ölkənin qadın milli futbol komandasının və "Leiknir Reykyavik" komandasının çalışdırıcısı Freyr Aleksandersson isə əlverişsiz iqlimlə bağlı çempionatlar arasındakı fasilənin uzun olmasını lehinə çevirdikləri haqqında belə deyir: "Şikayət etdiyimiz uzun qış mövsümü artıq futbolçuların daha yaxşı hazırlaşması üçün fürsətdi. Sürət, dözüm, fiziki güclərini artıra bilirlər və çəkilərini azaldıb, zədələrini sağaltmağa kömək edir. Bu müddət İslandiya futbolu üçün əvəzolunmaz imkandı".
 
Şübhəsiz, İslandiya bugünlərə təkcə bazayla gəlmədi. Bura təhsili də əlavə etmək lazımdı. Futbolçuların yetişməsinə kömək edən məşqlərin səviyyə standartı çox yüksəkdi. İslandiyada 2002-ci ilə kimi məşçqilərin təhsilinin tədris planı 5 fərqli səviyyədə və nizamsız idi. Hətta bəziləri dəfələrlə təkrar öyrədilirdi. 2003-cü ildə UEFA-nın təhsili əsas tutularaq, yeni bir model seçildi. İslandiyada peşəkar klubda məşqi köməkçisi olmaq və ya akademiyadakı komandaları çalışdırmaq üçün ən azı UEFA-nın verdiyi B lisenziyası olmalıdı. Bunun üçün onlar 124 saatlıq dərslərdə iştirak etməlidi. A kateqoriyası alıb, baş məşqçi olmaq üçünsə əlavə 120 saatlıq dərs proqramında iştirak etmək lazımdı. İslandiyadakı məşqçilərin 70 faizi B, 30 faizi isə A kateqoriyalıdı. Avropada buna oxşar ikinci ölkə tapmaq mümkünsüzdü. Ölkədə UEFA lisenziyasına sahib məşqçilərin sayı 637 nəfərdi. Təhil xərcləri minumum nəzərdə tutulub ki, onsuz da əhalisi az olan ölkədə potensiallı namizədlər kənarda qalmasın. Bundan başqa, yerli federasiya 1 və 2-ci liqadakı klubların baş məşqçilərinə məcburi təhsil standartları qoyub. Buna məhəl qoymayanlara isə cəzalar verilir. 2014-cü ildə təşkil olunmuş seminarlara 760 nəfər qatılıb və bu rəqəmin 1000-ə çatacağı gözlənilir.
 
Yenə müqayisə aparırıq və bəlli olur ki, bizdə PRO kateqoriyalılar, eləcə də müxtəlif lisenziyaya sahib məşqçilər daha çoxdu. Lakin təhsilin keyfiyyətli olmaması, lisenziyaların necə gəldi paylanması nəticəsində uşaqlara futbolun incəliklərini öyrədəcək məşqçilərimiz yoxdu. İnfrasrtukturla bağlı ciddi problem öz yerində, məşqçi-müəllim kadrları yarıtmazdı və uşaqların onlara tapşırılması gələcək fiaskonun təməl səbəbidi.
 
İFF 4 ayrı yaş qrupunun hərəsinə müxtəlif hədəflər və inkişaf metodu tətbiq edir. FİFA və UEFA-nın təşkilatçılığı ilə ötən il DÇ-lərin texniki yönlərinin ortalığa qoyulduğu "Beynəlxalq Məşqçilər və Baş Məşqçilər Konfransı"nda Almaniya millisinin baş məşqçisi Yoahim Lövün 1 sözü damğa vurmuşdu: "Dünya çempionlarını uşaq məqçiləri təyin edər".
 
İslandiyanın davamlı olaraq, böyük turnirlərdə iştirakı surpriz olmamalıdı. Artıq onlar çalışdırıclardan nə istədiklərini bilən və baş məşqçiliyə namizədlərin hansı təhsilin kimdən alacağını konkretləşdirmiş futbol ölkəsidi. ¼ finalda dayandıqları Avropa çempionatının ardınca, mundiala əla startda bundan xəbər verir. Əsas millinin sabiq baş məşqçisi Lars Laqerberk 2011-ci ildən bəri çatışmazlıqları həll edən və əvvələr İsveçlə ardıcıl 5 böyük turnirdə göstərdiyi taktikanı İslandiyanın yeni nəsil məşqçilərinə aşılayıb. Heymir Hallqrimsson Argentina ilə oyunda bunu sübut etdi.
 
XXI əsrin əvvəlində skandinavlar əsl inqilab etməyi bacardılar. İslandiya hökumətinin atdığı addım bir göz qırpımında hər şeyi alt-üst etdi. Ən maraqlısı budu ki, “Buzlar ölkəsi”nin büdcəsi buna görə əlavə xərcə düşməyib. Təzadlıdı, deyilmi? Futbola sərmayə yatırılır, amma dövlət büdcəsinə təsir etmir. Hökumət səhiyyəyə ayrılan vəsaiti 70 faiz azaldaraq, həmin pulların idmana yönəlməsi barədə qərar qəbul edib!
 
Soruşmayın ki, bəs səhiyyənin durumu necə oldu? Çünki sözdə yox, əməldə uzaqgörən islandlar idmana yatırılan vəsaitin insanıların sağlam böyüməsinə təkan verəcəyini və tibb işçilərinə daha az müraciət edəcəklərini hesablamağı bacardı.
 
(davamı olacaq)
 
AĞA

 
tarix: 17-06-2018 15:20


 
Xəbər lenti
21.02.2019

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az