(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – III YAZI

AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – III YAZI

 
Yon Siqfusson – Reykyavik institutlarından birinin direktoru olan bu şəxs ilk dəfə olaraq islandiyalı gənclərin alkoqol, tütün və narkotikayla problemlərinin olduğunu bəyan etməyə özündə cürət tapdı. O, İslandiya hökumətini idmana yatırım etməyə çağırdı. Məhz Siqfussonun təşəbbüsü ilə cəmi 330 min əhalisi olan ölkədə 8 iri idman kompleksinin inşasına start verildi. Bunlardan 6-sı ümumi əhalinin 2/3 hissəsinin yaşadığı Reykyavikdə, digər ikisi isə ətraf şəhərlərdə ucaldıldı. İnstitut direktorunun təşəbbüskarı olduğu daha bir plan bu gün də həyata keçirilir. Bütün məktəblilərə xüsusi kartlar verilib. Həmin kartlarda uşaqların davamiyyəti və məktəbdənkənar fəaliyyətinə uyğun olaraq, ballar toplanır. Daha sonra həmin balları maddi dəyəri olan idman əşyalarına dəyişdirmək mümkündü. Bunun üçün İslandiya hökuməti hər il 3 milyon  avro ayırır. Kasad İslandiya büdcəsi üçün bu fantastik rəqəm olsa da, nəticəsi bütün gözləntiləri kölgədə qoydu. Əgər 1998-ci ildə 15-16 yaşlıar arasında keçirilən anonim sorğuya əsasən bu yaşda olan əhalinin 42 faizi son 1 ayda heç olmasa, bir dəfə alkoqollu içki qəbul etdiyini bildirmişdisə, 2012-ci ildə bu göstərici 5 faizə endi. Eyni tarixdə siqaret aludəçiliyi ilə bağlı keçirilən sorğunun nəticələri də valehedici oldu: 23 faiz 3 faizə qarşı.
 
Həmin müddət kəsiyində alkoqollu içkilərin satışı 10 dəfə azaldı! Səhiyyəyə xərclərin azaldılması heç bir əks-effekt vermədi. İnsanlar sözün həqiqi mənasında sağlam həyat tərzi sürməyə başladı. Doğrudu, Azərbaycandan fərqli olaraq, idmanın inkişafına ayrılan vəsait kimlərinsə villalar, malikanələr tikdirməsinə, milyonlara sahib olmasına rəvac vermədi. Ancaq idman inkişaf etdi, sıravi vətəndaşlar xeyir gördü.
 
İlin cəmi 4 ayında ot bitən ölkə futbolla “xəstələndi”. İslandiyanın Avropanın “ən böyük futbol ölkəsi” adının daşıyıcısı olduğunu sübuta yetirmək olduqca asandı. Ümumi əhalinin 12 faizi futbola bağlı insanlardı. 2014-cü ildə keçirilən dünya çempionatının pley-off mərhələsində qarşılaşdıqları Xorvatiya yığması ilə səfər qarşılaşmasına ümumi əhalinin 3 faizi yollanmışdı, AVRO-2016-dan qayıdan millini qarşılamaq üçünsə hava limanına ölkə sakinlərinin 34 faizi təşrif buyurmuşdu.
 
Siqfusson yalnız cığırı göstərdi, ancaq İslandiyaya bu yolu keçmək üçün məşqçilər tələb olunurdu. Gənc mütəxəssislər dövlət hesabına Avropanın aparıcı ölkələri – İngiltərə, Hollandiya, Almaniyaya göndərildi. Bu gün İslandiyada hətta 7 yaşlı uşaqların məşqçisi olmaq üçün azından B kateqoriyasına sahib olmalısan. U-6 komandası həftədə minimum 1 məşq və 1 oyun keçirir. Misal üçün, U-14 komandasının həftəlik proqramı belədi: 5 məşq, 1 ümumi fiziki hazırlıq və 1 oyun. Beşyaşlılar artıq ilk məşqdəcə topla təchiz olunurlar: heç bir qaçış, fiziki yüklənmələrdən söhbət gedə bilməz.
 
Dövlət qayğısından ən uğurlu dividendləri klublar qazandı. Onlar dərk etdilər ki, futbolçu yetişdirməklə uğurlu biznes qurmaq mümkündü. Bu gün İslandiya yığmasının digər Skandinaviya ölkələrinin millilərinə bənzəməməsinin sirri də mütəxəssislərinin xaricdə təcrübə toplamasından qaynaqlanır. İndi İslandiya bazarı işlək konveyeri xatıtrladır. Niyə? Çünki təbiətcə sağlam olan islandiyalılar fiziki cəhətdən də cəlbedici görünürlər. Bu amilləri möhkəmləndirən daha bir faktor isə onların Avropa ölçüləri ilə ucuz qiymətə əldə etməyin mümkünlüyüdü.
 
Üstəlik, islandiyalı futbolçular işgüzardılar. Norveç “Vikinq”inə keçənədək Yon Dadi Bedvarsson ancaq axşamlar məşq edirdi, gündüz saatlarında isə o, xidmət sahəsində çörəkpulu qazanırdı. “Vikinq”in digər üzvü Sverrir İnqi İnqason isə Norveçə köçənədək məşqdən savayı, küçələri süpürürdü. Ancaq bu oğlanlardan heç bir talelərindən gileylənmir. İndi özünüz düşünün, islandiyalı futbolçudan inadkar, əzmkar, qətiyyətlisini hardan tapmaq mümkündü?
 
Doğrudu, əvvəl-əvvəl futbolçu axını İslandiya çempionatının səviyyəsinə mənfi təsirini göstərirdi. Lakin klublar satdıqları oyunçularından əldə olunan gəlir hesabına “Mançester Yunayted” və “Çelsi” kimi əjdahaların yetirmələrini rənglərini qata bilir.
 
XXI əsrin ilk 10-illiyinədək yerli jurnalistlərin sevimli futbol zarafatı belə idi: “İslandiya futbolunda Eydur Qudyonsendən sonra ən möhtəşəm hadisə “Styarnan”ın qol vurması ola bilər”. Ancaq tarix baxımından bir göz qırpımında “sehrli çubuq” işə düşdü və indi həmin sarkazm yalnız acı xatirə kimi yaddaşlarda qalıb.
 
330 min əhalisi olan İslandiya Avropa Çempionatının final mərhələsində iştirak edən ən kiçik ölkə idi, indi isə dünya çempionatlarında eyni record Trindad və Tobaqonun göstəricisi yenilənməklə unutduruldu. Amma bu kiçik ölkənin 7 faizi futbolla məşğul olur!
 
AVRO-2016-nın 1/8 final mərhələsinin İslandiya – İngiltərə oyununda stadionun tribunasında 27 minədək island azarkeş vardı. Bu, İslandiya əhalisinin 10 faizə yaxını deməkdir. Təsəvvür edə bilərsiniz, Azərbaycan millisi hardasa oyun keçirir və bizim əhalinin 10 faizi – 950 min insan ora toplaşıb…
 
(davamı olacaq)
 
AĞA

 
tarix: 17-06-2018 17:47


 
Xəbər lenti
22.07.2018

01:29   “Sumqayıt”ın futbolçuları Bolu toplanışını dəyərləndirdi - VİDEO

00:55   “Sabah”da daha 3 imza

21.07.2018

23:05  “Ulduz”dan Ukraynada 1 qələbə, 1 məğlubiyyət

22:47  Millimizin baş məşqçisi: “Onlar verilən tapşırığı maksimum yerinə yetirdilər”

22:30  Millimizdən növbəti qələbə

22:13  Millimiz İsveçrəyə də böyük hesabla uduzdu

21:30  “Sabah” “Osmanlıspor”la da “sülh bağladı”

18:28  İşki düşkünü yenə Azərbaycan klubunda

18:22  “Milan”da yeni prezident

18:14  PSJ Kanteni aldı - 110 milyon avroya

18:01  Riad Rəfiyev yenə iş başında: klub prezidenti vəzifə səlahiyyətlərini qazanca qurban verir

16:02  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

15:33  “Qarabağ”ın səfər proqramı bəlli oldu

15:11  Millimiz mövqeyini qorudu

14:44  “Kukesi”nin kapitanı: “Kağız üzərində favorit “Qarabağ”dı”

14:22  “Kukesi” - “Qarabağ”: hakim təynatarı açıqlandı

12:28  “Qarabağ” “Sabah”a uduzdu

12:00  “Sabah” Türkiyə klubu ilə üz-üzə

11:50  “Roma”nın futbolçusu rəsmən “Fiorentina”da

11:21  “Liverpul”un qapıçısı digər Premyer Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Premyer Liqadan La Liqa təmsilçisinə

10:32  Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

10:00  “TOPAZ”DA BU GÜN

09:31  Kosovo millisinin qapıçısı Super Liqa klubunda

02:50  Ayxan Abbasov: “Onlar hələ tam hazır deyil, vaxt lazımdı”

01:56  “Səbail” “İstanbulspor”a qarşı

00:11  Millimiz ilk oyunda məğlub oldu

00:02  “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az