(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – IV YAZI

AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – IV YAZI

 
Bizdə 2005-ci ildə futbola dair 10 illik Dövlət Proqramı qəbul edilmişdi. Həmin müddətdə sponsorlar millimizə, klublarımıza 1,5 milyard manatdan çox pul xərclədi. Nəticə: ölkədə ciddi yerli futbolçu qıtlığı var, qəlyanxanalarda gün keçirən cavanların sayı ən yüksək rəqəmlərlə ölçülür; ölkədə futbol infrastrukturu qurulmayıb, 5-6 stadion istisna olmaqla ciddi heç nə yoxdu; Premyer Liqada 8 komandanın oynaması üçün SOCAR İslandiya Futbol Federasiyasının büdcəsinin 2 misli qədər vəsait xərcləyir, divizionda isə stimullsuzluqdan qumar baş alıb gedir.
 
Bugünkü İslandiya millisinin bir çox üzvü məhz uşaq futbolu ilə bağlı zamanında verilən doğru qərarın və bu gün də davam etdirilən uğurlu siyasətin nəticəsində ortaya çıxıb. Uğurun təməli uşaq futbolunun doğru idarə edilməsində, yaxşı uşaq futbolçunun yetişdirilməsindədi. Yaxşı futbolçunu isə pulu cox xərcləməklə yox, düz xərcləməklə yetişdirirlər. AFFA uşaq futboluna hər il 3 milyon manat xərcləyir. Lakin real nəticə yoxdu, pul havaya sovrulur, kimlərinsə cibinə gedir, ya da iş düzgün adamlara tapşırılmadığına görə çəkilən əziyyət sizif əməyidi.
 
Bu məqamda çoxları “Azərbaycan futbol ölkəsi deyil, bizimkilərdən futbolçu çıxmır” bəhanəsi işə düşür. STOP! Ələkbər Məmmədov Avropa çempionu olanda, Vəli Qasımov İspaniyada oynayanda, “Neftçi” SSRİ çempionatında bürünc medal qazananda İslandiyada futbola heç televizorda da baxırdılar. Üstəlik, bu gün Rusiya millisinin lideri Aleksandr Səmədovdu, İran millisinin heyətində 6 cənubi azərbaycanlı oynayır. Elə millimizə gələndən sonra məhv olan Ramil Şeydayevi də nümunə göstərə bilərik – bu uşaq Rusiya millisinin heyətində qitə çempionatının bombardirlərindən olub.
 
Deməli, problem gendə, mentalitetdə deyil, işə yanaşmada, münasibətdə, peşəkarlıqda, işgüzar mühitin qurulmamasındadı. Azərbaycanda futbolun tapşırıldığı marketoloqlar ona elə market gözüylə baxır. Amma yalnız öz qazanclarını hesablayırlar, inkişaf, istehsal heç kimi maraqlandırmır.
 
İlləri boşa verən AFFA rəhbərliyi indi – AVRO-2020-yə vəsiqə hədəfi dövlət tərəfindən qarşıya qoyulduqdan sonra öz zəhməti ilə klubda uğur qazanan Qurban Qurbanovun kölgəsinə sığınıblar. Ya bu məşqçi möcüzə edəcək, ya da qurban veriləcək. Bəli, Qurbanova bütün yığmalar, hətta uşaq futbolunun inkişafı da tapşırılıb. Amma bu, onun yalın əllə düşmən tankının üzərinə göndərilməsidi. Bölgələrdə uşaq futbolu adına heç nə yoxdu, akademiyalar qurulmayıb, olanlar məhv edilib, istedadların kökü kəsilib, Gəncə, Tovuz, Mingəçevir, şimal və cənub rayonları futbolsuz qoyulub. İnfrastruktur, məşqçi kadrları yoxdu və bu şəraitdə Qurban bəydən İslandiyanı yamsılamağı istəyirlər.
 
Mümkündü. Hətta İslandiya kimi nümunə göz önündə olduğundan, daha qısa müddətdə inkişafa nail olmaq olar. Lakin yenə də zamana, düzgün sərf ediləcək dövlət vəsaitinə ehtiyac var. Bir şərtlə ki, bu vəsait AFFA-nın baş katibi Elxan Məmmədov kimi işbaza, səriştəsizə etibar edilməsin, elə Qurbanov kimi əxlaqına, peşəkarlığına şübhə etmədiyimiz insanlar tərəfindən yönəldilsin, dövlət nəzarəti olsun.
 
Hər il mövsüm ərzində İslandiyada 75 klub 5 divizionda mübarizə aparır. İlk 3 divizionda 12, 4-cü liqada 10 komanda yer alır. Sonuncu divizionda isə komandalar qruplara bölünüb. Bizdə isə Premyer Liqada 8 klub var, I divizionda neçə komandanın olacağı hələ də bəlli deyil, daha aşağı liqalar isə yoxdu. 10 milyon əhalisi olan, regionun lideri, hər cür təbii ehtiyatlara malik zəngin ölkədən – Azərbaycandan danışırıq. İdman ölkəsindən…
 
Əlverişsiz iqlimə malik İslandiyada futbol hamının sevimli peşəsinə çevrilib, az qala bütün iqlimlərin mövcud olduğu Azərbaycanda isə yayda normal qazonu olan meydança tapa bilmirik. Bu, işbilməzliyin, sistemsizliyin nəticəsidi. Dövlət ayılsa, pis olmaz.
 
AĞA

 
tarix: 17-06-2018 20:22


 
Xəbər lenti
22.07.2018

10:31   Eminsiz “Kalmar” doğma meydanda uduzdu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Şeydayevin klubundan 2 yeni transfer

01:29   “Sumqayıt”ın futbolçuları Bolu toplanışını dəyərləndirdi - VİDEO

00:55   “Sabah”da daha 3 imza

21.07.2018

23:05  “Ulduz”dan Ukraynada 1 qələbə, 1 məğlubiyyət

22:47  Millimizin baş məşqçisi: “Onlar verilən tapşırığı maksimum yerinə yetirdilər”

22:30  Millimizdən növbəti qələbə

22:13  Millimiz İsveçrəyə də böyük hesabla uduzdu

21:30  “Sabah” “Osmanlıspor”la da “sülh bağladı”

18:28  İşki düşkünü yenə Azərbaycan klubunda

18:22  “Milan”da yeni prezident

18:14  PSJ Kanteni aldı - 110 milyon avroya

18:01  Riad Rəfiyev yenə iş başında: klub prezidenti vəzifə səlahiyyətlərini qazanca qurban verir

16:02  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

15:33  “Qarabağ”ın səfər proqramı bəlli oldu

15:11  Millimiz mövqeyini qorudu

14:44  “Kukesi”nin kapitanı: “Kağız üzərində favorit “Qarabağ”dı”

14:22  “Kukesi” - “Qarabağ”: hakim təynatarı açıqlandı

12:28  “Qarabağ” “Sabah”a uduzdu

12:00  “Sabah” Türkiyə klubu ilə üz-üzə

11:50  “Roma”nın futbolçusu rəsmən “Fiorentina”da

11:21  “Liverpul”un qapıçısı digər Premyer Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Premyer Liqadan La Liqa təmsilçisinə

10:32  Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

10:00  “TOPAZ”DA BU GÜN

09:31  Kosovo millisinin qapıçısı Super Liqa klubunda

02:50  Ayxan Abbasov: “Onlar hələ tam hazır deyil, vaxt lazımdı”

01:56  “Səbail” “İstanbulspor”a qarşı

00:11  Millimiz ilk oyunda məğlub oldu

00:02  “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az