(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ramiz Məmmədova İrandan dəvət

Ramiz Məmmədova İrandan dəvət

2010-cu ildə Azərbaycanın ən yaxşı baş məşqçisi seçilmiş Ramiz Məmmədov İrandan 2 rəsmi təklif alıb. Bu barədə qonşu ölkə mətbuatı xəbər yayıb.
 
Belə ki, mizanonline.com başda olmaqla, İranın bir sıra aparıcı qəzet və saytları yazır ki, güclülər dəstəsində mübarizə aparan «Fulad» və «Əhvaz» azərbaycanlı mütəxəssisin xidmətində maraqlıdı.
 
İranlı həmkarlarımızın yazdığına görə, bu danışıqlar ötən ilin sonundan başlayıb və axır 2 ayda bir qədər də intensivləşib. Persian Liqada ötən mövsümü 7-ci pillədə başa vuran «Fulad»ın bu anlaşmaya daha istəkli və daha yaxın olduğu bildirilir.
 
Bu klub futbolsevərlərimizə yaxşı tanış olmalıdı. Çünki 2003-cü ildə millimizin 2 aparıcı futbolçusu - Rəşad Sadıqovla Mahmud Qurbanov Xuzestan təmsilçisinin şərəfini qoruyub.
 
2017-ci ildə komandanın sükanı arxasına keçən Əkbər Purmusəvi artıq buranı tərk edib və Ramiz Məmmədov onu əvəzləməyə əsas namizəddi.
 
Son 10 ildə İran millilərinə ən çox oyunçu vermiş klubların siyahısına başçılıq edən «Fulad» hazırda Bakıdan gələcək cavabı gözləyir. Çünki digər namizədlərlə danışıqlar məhz Ramiz bəyə görə dondurulub. Məmmədov uzunmüddətli müqavilə ilə bağlı yekun qərarını hələlik qarşı tərəfə açıqlamayıb. Ancaq gözlənilir ki, bu məsələyə yaxın günlərdə aydınlıq gələcək.

 
tarix: 17-06-2018 17:37


 
Xəbər lenti
21.02.2019

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az