(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi” daha fəaldı, “Qarabağ”la “Qəbələ” yubanır

“Neftçi” daha fəaldı, “Qarabağ”la “Qəbələ” yubanır

“Neftçi” hamıdan bir addım öndədi. Bakılılar yay transfer dövrünü çox fəal keçirir.
 
Əslində, yeni mövsümün start tarixi bəlli deyil, yalnız ehtimal edilir ki, Premyer Liqa avqustun əvvəli başlayacaq. Peşəkar Futbol Liqası milli komandaların məşqçilərindən raport gözləyir və yığmanın Millətlər Liqasına hazırlıq planına uyğun olaraq, təqvimi müəyyənləşdirəcək. Lakin istənilən halda, startın təxmini vaxtı bəllidi.
 
Bu səbəbdən 4 klubun qeyri-fəallığı başadüşüləndi. Avrokuboklarda iştirak edəcək komandalar isə yubanır. “Qarabağ”, “Qəbələ”, “Neftçi” və 2 həftə çox vaxtı olan “Keşlə” heyəti müəyyənləşdirməlidi.
 
“Qarabağ”ın ləngidiyini xüsusi vurğulamalıyıq. İlk oyunlara cəmi 3 həftə qalıb, amma ağdamlıların düşərgəsində 14-15 futbolçu var. Pedro Enrike, Ramil Şeydayev, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov və Arif Daşdəmirovla vidalaşan baş məşqçi Qurban Qurbanov, yalnız “Qəbələ”dən gələn Filip Ozobiç və “Səbail”dən götürülən Rahil Məmmədovun keçidinə razılıq verib. Rəşad Sadıqov, Ansi Aqolli və Dani Kintana ilə yenilənən müqavilələri nəzərə almasaq, güclənmə adına heç nə yoxdu. “Zirə”dən icarədən qayıdan Elşən Abdullayev yenə hansısa kluba göndəriləcək.
 
Düzdü, “Qarabağ” boş dayanmayıb. Klub rəhbərliyi 6-7 oyunçu almağı planlaşdırır. İlkin hədəflər bəllidi, danışıqlar aparılır. İş ondadı ki, Qurbanovun bəyəndikləri Azərbaycana gəlmək istəmir, buna razı olanlar isə ağdamlıların itkilərini sığortalamaq gücündə deyil. Yaxşılar gəlmir, “Qarabağ” isə ona avrokubokda kömək edəcək isimləri axtarır. Sadəcə, bir az tələsmək lazımdı.
 
“Qəbələ” də avrokubok oyunları ərəfəsində ciddi itkilərə məruz qalıb. Baş məşqçi Roman Qriqorçukun gedişi “qırmızı-qaralar”ın fərqli simaya bürünməsi üçün yetərlidi. Sənan Qurbanov sirrli qutudu, nə bacaracağını bilmirik, lakin ukraynalının yanında öyrəndikləri işinə yaramalıdı.
 
Problem ondadı ki, Sənan bəy həm də heyəti yenidən formalaşdırmalıdı. Aparıcı oyunçuların gedişi, yeni gələnlərin azlığı göstərir ki, büdcəylə bağlı sıxıntı var, vəziyyət əvvəlki kimi deyil. Lakin çıxış yolu yoxdu, durumu ən yaxşı şəkildə dəyərləndirmək gərəkir.
 
Dion Malon, Famussa Kone, Elvin Məmmədov və Yusif Nəbiyevin gedişi problem yaratmayacaq – bir şərtlə ki, onlar daha yaxşılarla əvəz olunsun. Əvəzində Vitali Vernidub, Ruslan Qurbanov, Filip Ozobiç və Baqali Dabo itkisi komandanın onurğa sütununun qırılması deməkdi. Dmitri Bezotosnı, Ürfan Abbasov, Cavid Hüseynov, Rasim Ramaldanov, Elvin Camalov, Aqil Məmmədov və Asif Məmmədovla müqavilə müddəti uzadılıb, lakin klubun iddiasını saxlaması üçün ciddi güclənmə lazımdı. Bu mənada xeyli öncədən transferi reallaşan Rauf Əliyev və Sabien Lilayın keçidi işə yarayacaq. Bəhlul Mustafazadə “Sumqayıt”da icarədə olarkən özünü yaxşı tərəfdən göstəmişdi, onun avrokubok üçün yarayıb-yaramayacağı sual doğurur. Roman Hüseynova da əsas heyət üzvü gözüylə baxmaq olmur. Araz Abdullayevin məsələsi açq qalır. “Qarabağ” “Anortosis”dən qayıdan bu oyunçunu istəyir, lakin xarakteri üzündən risk etmək istəmir. Elə qəbələlilər də eyni səbəbdən onun yenidən xaricə getməsində daha çox maraqlıdı.
 
Hazırda “Qəbələ”yə bütün xətlərdə legioner gərəkdi. Həm də elə oyunçular ki, Dabonun, Vernidubun, Ozobiçin yoxluğunu unutdursun. Avropa Liqasının startına çox az qalıb, yəqin Qurbanov da bunun fərqindədi.
 
“Neftçi”nin daha fəal olduğunu qeyd etmişdik. Klub transferlərini uğurla təqdim etməklə azarkeşlərini də həyəcanlandırır. Çempionluq ab-havası var, hiss olunur ki, bakılılar hədəfə köklənib. İndi qalır yeni baş məşqçi Roberto Bordinin yaradacağı yeni komanda.
 
Bəri başdan qey edək ki, transferlərdən yeni heyəti italiyalının yox, klub rəhbərliyinin qurduğu hiss olunur. “Sumqayıt”dan gələn Tural Axundovla Rəşad Eyubovun əcnəbi çalışdırıcının tələbi olması mümkün deyil. Heç Dario Federiko da onun arzusu ola bilməz. Klub menecerləri Baqali Dabonu almaqla sürpriz etdilər. Fransız futbolçu “Qəbələ”də seçilirdi, çempionatın bombardiri olub, lakin onun “Neftçi”nin dəst-xəttinə nə qədər uyğun olacağını zaman göstərəcək. Vaxtilə Banişevskinin geydiyi 9 nömrəli forma Dabodansa, komandanın ən səs-küylü transferinə daha çox yaraşardı. Lakin görünür, ən yaxşı transfer elə Baqali olacaq.
 
“Şiroki Briyeq”dən gələn Slavko Braliçi nəzərə almasaq, bütün yeni transferlər ölkə klublarındandı. Deməli, hələ Bordin öz varığını göstərməyib. Onun özünün kimisə gətirib-gətirməyəcəyi klubda söz sahibliyini də müəyyənləşdirəcək. Köməkçilərin də yerlilər olduğunu nəzərə alsaq, sanki Roberto yalnız fiqur olaraq “Neftçi”dədi.
 
İqnasio Errera, İlkin Qırtımov və Derlis Meza Kolli ilə vidalaşan bakılılar Qato, Lukas Qomes və Mayk Kampası da yola salacaq. Ruslan Abışov, Kiril Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müavilələrin yenilənməsindən sonra “Neftçi”nin normal heyətə malik olduğunu demək olar. Amma daha 2-3 səviyyəli legioner  gəlsə, avrokuboklarda irəliləmək, çempionatda qızıl medal üçün oynamaq imkanları xeyli artar.
 
“Keşlə” hələlik baş məşqçi Yuri Maksimovun yolunu gözləyir. Fuad Bayramov, Slavik Alxasov, Sərtan Taşkın, Tərlan Quliyev, Adrian Skarlatake, Andre Klennon, Denis Silva, Cabir Əmirli, Murad Qayalı kimi oyunçularla müqavilələrin yenilənməsi sıradan hadisədi. Heyətə düşməyən Məqsəd İsayev, Pablo Podio, Nemanya Stoyanoviç və Qara Qarayevin göndərilməsini də təbii qəbul etməliyik. İndi komandaya ciddi güclənmə lazımdı. “Sumqayıt”dan gələn Azər Salahlı və Amil Yunanov yalnız yerli oyunçu ehtiyatının gücləndirilməsinə xidmət edir. Komandanın simasını müəyyənləşdirəcək əcnəbiləri yəqin ki, Maksimov Ukraynadan gətirəcək. Onların sayı isə maaşını qaldırtmaq istəyən Sezar Meza Kolli ilə yeni müqavilənin imzalanıb-imzalanmamasından asılı olacaq.
 
Digər klublara gəlincə, “Zirə” hələlik axtarışdadı. Bu komanda ciddi işlər görməsə, iddiasından geri çəkilməli olacaq. Əfran İsmayılov, Elvin Məmmədov, Şəhriyar Əliyev kimi təcrübəliləri toplayan “Sumqayıt”da Nazim Süleymanovun sonrakı addımları maraq doğurur. Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Vüqar Bəybalayev və Ruslan Qurbanovu heyətinə qatan “Səbail” büdcə artımını göstərir. Amma Bayıl təmsilçisinin iddiası edəcəyi əcnəbi transferlərindən sonra bilinəcək.  “Sabah” da ortabab yerlilərlə ilk addımı atıb. Bu komandanın da məqsədi legioner transferləri rəsmiləşəndə bəlli olacaq.
 
FƏRİD

 
tarix: 18-06-2018 13:02


 
Xəbər lenti
15.12.2018

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az