(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Nüfuz fərqi, baxış fərqi

Nüfuz fərqi, baxış fərqi

Cavad email: futbolinfo@mail.ru

Ramin Musayevi axırıncı dəfə Naxçıvanda görüblər. Muxtar Respublika rəhbərliyindən mükafat alarkən... Hələ o mükafatın zövqünü yaşayır, yeni mövsümlə bağlı qərarlar yadına düşmür.

PFL prezidenti özü özünə bu donu biçib. AFFA-nın baş katibi olan mehriban düşməni Elxan Məmmədov Canni İnfantinonun görüşündə olarkən, o, Naxçıvanda qızmar günəş altında məhəllə turnirinin ərsəyə gəlməsi üçün çalışırdı. 4 komandanın 3 gün ərzində yarışdığı turnirin.

Bu, bəlkə də bacarıq səviyyəsinin, səlahiyyət sahibliyinin fərqi idi. Məmmədov futbol dünyasının aslarının məclisində, Musayev məcburiyyətdən, qorxudan istirahətə çıxmayan divizion klublarının top qovduğu yarışda.

Hərənin öz düşüncə tərzi, baxışı var. Məmmədov ölkə futbolunu beynəlxalq səviyyədə təmsil etmək üçün Moskvaya getdiyi vaxt, Musayev ona biçilən paltarı geyməyə məcburdu. Amma Ramin bəyin də öz həqiqətləri var, düşünür ki, Heydər Əliyev kubokunu təşkil etmək daha çox hörmət gətirir. Bəlkə Elxan bəyin ulu öndərin adına keçirilən yarışa etinasız münasibətindən də hansısa dairələrdə söz açır.

Musayevin fikrincə, Heydər Əliyev kuboku daha önəmlidi, nəinki mundial. Baxmayaraq ki, bu yarış daha uyğun vaxtda, daha təmtəraqlı, daha güclü komandaların – “Neftçi”, “Qarabağ”, “Qəbələ”nin iştirakı ilə keçirilməlidi. Məmmədov isə Naxçıvana getməyi artıq iş sayır. Premyer Liqa oyunları zamanı Gəncəyə, Qəbələyə getməyənlərin Naxçıvanda nə işi var ki? Baş katib bəlkə də ulu öndərin adına keçirilən yarışa baş çəkməyi özünə ar bilir?

Ölkə çempionatının mükafatlandırma mərasimi yadıma düşdü. Ramin bəy az qala bütün mükafatçı futbolçularla öpüşüb-görüşdü, “Qarabağ”, “Qəbələ” və “Neftçi”nin üzvlərinin hamısıyl dost olduğunu göstərdi, Məmmədov isə yalnız klublara yerləşdirdiyi dostları və bəzi milli üzvləri ilə o qədər səmimi oldu. Bu mənzərə çox şeydən xəbər verirdi. Deməli, çempionatın idarə edilməsi, klubların turnir cədvəlindəki yerləşməsi həm də bu adamdan – Musayevdən asılıdı.

Məmmədovun tutduğu yol fərqlidi. O, birbaşa klubların sahibidi və istədiyi klubda öz şərtlərini diqtə edir. Məsələn, indi məlum olur ki, “Neftçi” də yeni mövsümdən “Nike” geyəcək. “Kappa”yla vidalaşan bakılılar ölkəmizdə biznesinə Elxan bəyin baxdığı, milli komandalara, bir çox klublara 3-cü, 4-cü növ malları “əla” adıyla sırınan şirkətin formalarını geyinəcək.

Musayevlə Məmmədovun fərqi budur. Hərəsi ölkə futbolunda varlığını bir formada göstərir. Onları top oyununda inkişaf yox, öz maraqları düşündürür. Klubların bölüşdürülməsi, futbola aid biznes layihələri və s. Nüfuz müharibəsi…

Ən son xəbər “Xəzər”lə bağlıdı. Divizionda qalib olan bu komandanın rəhbəri Emin Zeynalov çalışdığı bankda əmanətçilərin 100 milyon manata yaxın vəsaitini götürərək ölkədən qaçıb. Musayev bu kluba yaxın deyildi, Məmmədov isə əks mövqedəydi. Elxan bəyin bu klubu yaxına buraxmamasına görə haqlı olduğu indi ortaya çıxır. Amma maraqlıdı, “Xəzər”i əvəz edən “Sabah”la bağlı vəziyyət nə yerdədi? Bu klubun maliyyə mənbələri barədə də bilgi yoxdu, gizli saxlanılır, vəd edilsə də, açıqlanmır, şübhəlidi. Nə bilək ki, onlar “Xəzər”dəkilərin tayı deyil?

Elxan bəy Premyer Liqa klublarının yarıdan çoxunda söz sahibidi. Musayevin əlində kimsə qalmayıb, o, yalnız müstəqil klublarla dostluq münasibətlərinə malikdi. İndi isə divizionda klubların bölüşdürülməsi prosesi gedir…


 
tarix: 18-06-2018 14:22


 
Xəbər lenti
19.11.2018

18:03   Azərbaycan Bosniya və Herseqovinaya uduzdu

17:59   “Bu oyunu “döyüşə” bənzədirəm” - Valon Berişa

17:46   Premyer Liqada 12-ci turun hakimləri bəlli oldu

17:09   Topaz Premyer Liqasında 12-ci turun oyun cədvəli məlum oldu

16:15   Birinci Divizionda 11-ci turun oyun cədvəli açıqlandı

15:51   “0:0-lıq heç-heçə olacağını düşünmürəm” - Amir Rrahmani

15:41   “Topaz": Almanlar Fransanı xilas edəcəkmi?

15:33   “Sabah”ın hücumçusu məşqçi lisenziyası aldı

15:03   UEFA düzəliş etdi: Yeni bombardir Nazarov oldu

14:54   Adeniyi het-trik etdi, “Qəbələ” darmadağına sevindi

14:46   Baş katibin niyyəti, İsgəndərin buynuzu...

14:24   Dadaşov: “Bizim üçün bu oyunda uğurlu nəticə çox vacibdi”

12:54   Kosovo - Azərbaycan: Mətbuat konfranslarının vaxtı bilindi

12:23   İspaniyaya 1 qol bəs etdi - VİDEO

12:00   Renat Dadaşov üçün 17 dəqiqə, “sarı” və 3 xal

11:40   Eratın komandasına 1 qol bəs etdi

11:30   Əzizovun komandası ev oyununda xal itirdi

11:00   Eddi İsrafilov üçün 90 dəqiqə və 3 xal

10:20   İsveçrə Belçikanı belə şoka saldı - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   İngiltərə - Xorvatiya 2:1 - VİDEO

09:20   “Zirə”nin futbolçusu Lüksemburqa qarşı oynadı, “Səbail”li izlədi

09:00   Bernard Şalland: “Bizdə Berişa varsa, sizdə də Almeyda var”

08:30   Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:42   İngiltərə Xorvatiyaya qalib gəldi, Belçika İsveçrəyə uduzdu

00:05   “Qəbələ”nin futbolçusu Toqo yığması ilə darmadağına üzüldü

18.11.2018

21:18  “Keşlə” Divizion klubuna 5 qol vurdu

19:06  “Keşlə”nin futbolçusu Qabon üzərində qələbəyə sevindi

18:15  Gəncə derbisində 14 qol

16:28  Kamran Ağayev millinin düşərgəsindən kənarlaşdırıldı

16:25  “Sumqayıt” “Qarabağ”ı məğlub etdi

16:03  Qarayevlə Almeyda yenə ən yaxşılar arasında

14:26  “Qarabağ”ın futbolçusu qovuldu

14:06  İtaliyadan antirekord

12:40  Maksim Medvedev: “Kosovo ilə oynaya bilərik”

12:20  “Yeganə çıxış yolumuz Priştinada qalib gəlməkdi”

12:00  Mirabdulla Abbasov: “Həyəcanlı deyildim”

11:40  Azərbaycan millisindən tarixi nəticə

11:20  Türkiyə İsveçə belə məğlub oldu - VİDEO

11:00  Kosovodan Maltaya 5 cavabsız qol - VİDEO

10:30  “Qəbələ”nin futbolçusu darmadağını kənardan izlədi - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  “Keşlə”nin futbolçusu Rumıniyada darmadağına üzüldü - VİDEO

09:00  İtaliyanın Portuqaliya ilə heç-heçəsi - VİDEO

01:41  Türkiyə İsveçə uduzdu, İtaliya Portuqaliya ilə bacarmadı

00:44  UEFA Nazarovun qolunu hesaba almadı

00:23  Millimizdən iki cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az