(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Qəbələ”nin legioneri: “Azərbaycan Kosovonu ciddiyə alsın”

“Qəbələ”nin legioneri: “Azərbaycan Kosovonu ciddiyə alsın”

"Qəbələ"nin yeni transferi, Albaniya milli komandasının yarımmüdafiəçisi Sabien Lilay jurnalistlərə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- "Qəbələ"yə transferiniz necə alındı? 
- UEFA çıxış etdiyim Albaniyanın "Skenderbeu” klubuna 10 illik cəza verib. Ona görə komandadan ayrılmağa qərar verdim. Bu qərardan sonra "Qəbələ"dən təklif gəldi. Bu təklifi çox ciddi qəbul etdim. Klubu araşdırdım və oyunlarını izlədim. Qərar verdim ki, "Qəbələ" ilə müqavilə imzalayım. Buraya gəldiyimə görə çox şadam. Ümid edirəm ki, "Qəbələ" mənimlə birlikdə bu uğurları təkrarlayacaq. 

- Azərbaycan klublarından "Neftçi"yə qarşı oynamısınız...
- Bəli. 4-5 il öncə Avropa Liqasında "Neftçi"yə qarşı oynamışam. 

- Azərbaycana gəlmədən öncə "Qarabağ" klubunda çıxış edən albaniyalı futbolçu Ansi Aqollidən məlumat almısınız?
- Təkcə Aqollidən yox, Admir Telidən və burada oynamış digər həmyerlilərimdən də məlumat aldım. Hamısı Bakını və Azərbaycanı çox təriflədilər. Bu məlumatların buraya gəlməyimdə təsiri oldu.   

- "Qəbələ"də növbəti illərə nisbətən maliyyənin aşağı endirildiyindən xəbəriniz var? Əvvəl komandada çoxlu legioner görmək olurdu. İndi isə yerli futbolçulara üstünlük verilir...
- Xeyr, belə bir məlumatım yoxdur. Klubun büdcəsi mənim üçün elə də maraqlı deyil. Özümün klubla maliyyə məsələlərindəki istəklərimiz üst-üstə düşdü. Bu, futboldur. Legionerlərin az və ya çox olması önəmli deyil. Ümid edirəm ki, "Qarabağ" və digər rəqiblərimizlə kubok və çempionluq uğrunda layiqli mübarizə aparacağıq.  

- "Qəbələ" ilə birgə Avropa Liqasında nəyə ümid edə bilərsiniz? 
-  Bu məsələ ilə bağlı konkret nəsə demək mümkün deyil. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, əvvəlki uğurları təkrarlayaq. Avropa Liqasının qrupunda çıxış etmişəm. Ora tam başqa bir atmosferdir. Komanda indi hazır görünməyə bilər. Amma qarşıda Sloveniyada təlim-məşq toplanışı var. Orada da yaxşı təlim keçib, avrokuboklara tam hazır olacağıq. Premyer Liqa ilə yanaşı, Avropa Liqası da bizim üçün önəmlidir. 

- "Qəbələ" "Skenderbeu" klubunun digər futbolçusu Ceyms Adeniyini də heyətinə qatmaq istəyir. Onunla söhbətiniz olub?
- Özü ilə danışmamışam. Belə bir söhbətimiz də olmayıb. Məlumatı mediadan oxumuşam. Düşünürəm ki, real bir şey olsaydı, o, mənə zəng vurub komanda haqqında soruşardı. Fikrimcə, onun bura gəlməsi çox yaxşı olar. Yaxşı hücumçudur. "Qəbələ"yə köməklik göstərə bilər.  

- MOİK-lə yoxlama matçında niyə oynamadınız: Bu, zədə ilə bağlıdır?
- Xeyr. Zədəli deyiləm. Milli komanda ilə 2 yoldaşlıq görüşündə meydanda olmuşam. Sonra isə istirahət etmişəm. Məşqlərə dünən başladım. İki həftədən sonra məşqə çıxdım. Baş məşqi Sənan Qurbanov belə məsləhət gördü ki, bu gün oyuna çıxmayım. 

- Albaniya millisi yoxlama matçında Kosovoya 0:3 hesabı ilə məğlub oldu. Kosovo isə Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk rəqibidir. Bu komanda barədə nə deyə bilərsiniz: Albaniya niyə bu hesabla məğlub oldu? 
- Kosovo çox gənc komandadır. Həm də istedadlı futbolçulara malikdir. Azərbaycan yığmasına məsləhət görərdim ki, bu komandanı ciddiyə alsın. Onlar aqressivdirlər. Gənc olduqlarına aldanmasınlar. 2-3 il sonra Kosovo yığması naliyyətlər qazana bilər. (Sportnet)


 
tarix: 19-06-2018 11:32


 
Xəbər lenti
22.07.2018

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Şeydayevin klubundan 2 yeni transfer

01:29   “Sumqayıt”ın futbolçuları Bolu toplanışını dəyərləndirdi - VİDEO

00:55   “Sabah”da daha 3 imza

21.07.2018

23:05  “Ulduz”dan Ukraynada 1 qələbə, 1 məğlubiyyət

22:47  Millimizin baş məşqçisi: “Onlar verilən tapşırığı maksimum yerinə yetirdilər”

22:30  Millimizdən növbəti qələbə

22:13  Millimiz İsveçrəyə də böyük hesabla uduzdu

21:30  “Sabah” “Osmanlıspor”la da “sülh bağladı”

18:28  İşki düşkünü yenə Azərbaycan klubunda

18:22  “Milan”da yeni prezident

18:14  PSJ Kanteni aldı - 110 milyon avroya

18:01  Riad Rəfiyev yenə iş başında: klub prezidenti vəzifə səlahiyyətlərini qazanca qurban verir

16:02  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

15:33  “Qarabağ”ın səfər proqramı bəlli oldu

15:11  Millimiz mövqeyini qorudu

14:44  “Kukesi”nin kapitanı: “Kağız üzərində favorit “Qarabağ”dı”

14:22  “Kukesi” - “Qarabağ”: hakim təynatarı açıqlandı

12:28  “Qarabağ” “Sabah”a uduzdu

12:00  “Sabah” Türkiyə klubu ilə üz-üzə

11:50  “Roma”nın futbolçusu rəsmən “Fiorentina”da

11:21  “Liverpul”un qapıçısı digər Premyer Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Premyer Liqadan La Liqa təmsilçisinə

10:32  Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

10:00  “TOPAZ”DA BU GÜN

09:31  Kosovo millisinin qapıçısı Super Liqa klubunda

02:50  Ayxan Abbasov: “Onlar hələ tam hazır deyil, vaxt lazımdı”

01:56  “Səbail” “İstanbulspor”a qarşı

00:11  Millimiz ilk oyunda məğlub oldu

00:02  “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az