(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”ın rəqibini yaxından tanıyaq

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Bu gün UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsinin püşkü atıldı. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 1-ci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə mübarizə aparacaq.

Ölkənin paytaxtı Lyublyananı təmsil edən bu klub 1911-ci ildə yaradılıb. Lakin 2004-cü ildə dağıldığı üçün 2005-də yenidən formalaşdırılıb. Komanda ev oyunlarını elə paytaxtdakı “Stoyiçe” stadionunda keçirir. Arenanın azarkeş tutumu 16 038 nəfərdi. Klubun prezidenti Milan Mandariç, baş məşqçisi isə İliya Stoliçadı. O, iyunun 11-də komandaya baş məşqçi təyin olunub. Halbuki, “Olimpiya” 2017/18 mövsümünü İqor Bişçanın rəhbərliyi altında keçirib.

“Olimpiya” Sloveniya çempionatının son mövsümündə 80 xalla çempion olub. Maraqlıdı ki, ikinci yeri tutan “Maribor” da mövsümü 80 xalla başa vurub. Lakin şəxsi oyunlardakı üstünlük “Olimpiya”da olduğundan, məhz Lyublyana təmsilçisi çempion elan olunub. Keçirdiyi 36 oyunda 23 qələbə qazanan komanda 11 heç-heçəyə razılaşıb, cəmi 2 dəfə məğlub olub. 61 qol vuran “Qarabağ”ın rəqibi öz qapısından cəmi 17 top buraxıb. Lyublayana təmsilçisi çempion olmaqla kifayətlənməyib. Belə ki, ölkə kubokunun da qalibi olan paytaxt klubu “qızıl dubl”a imza atıb.

Qeyd edək ki, “Olimpiya” 2-ci dəfə Azərbaycan təmsilçisinə avrokuboklarda rəqib olub. İlk duel 17 il öncə olub. Bu, 2001/02 mövsümündə UEFA Kubokunun ilk rəsnifat mərhələsində "Şəfa"yla görüşlərdə reallaşıb. Onda Azərbaycan Kubokunun qalibi olan Əsgər Abdullayevin komandası hər iki matçda böyükhesabla uduzub - Lyublyanada 0:4, Bakıda 0:3. Özü də "Şəfa" stadionunun (hazırkı "İnter Arena") rəsmi açılışı bu qarşılaşmayla olub. "Qarabağ"ın məşqçisi olan Elçin Rəhmanov həmin vaxt "Şəfa"da oynayıb.

“Olimpiya” 6 dəfə (1991/92, 1992/93, 1993/94, 1994/95, 2015/16, 2017/18) Sloveniya çempionu olub, 5 dəfə ölkə kubokunun (1993, 1996, 2000, 2003, 2018), bir dəfə isə superkubokun (1995) qalibi adını qazanıb.


 
tarix: 19-06-2018 15:30


 
Xəbər lenti
21.02.2019

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az