(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Emin Mahmudov: “Özümü burada çox yaxşı hiss edirəm”

Emin Mahmudov: “Özümü burada çox yaxşı hiss edirəm”

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, müqaviləsinin 2 il müddətinə artırılmasından danışan futbolçu yeni baş məşqçinin rəhbərliyi altındakı məşqlər haqda təəssüratlarını bölüşüb:

- "Neftçi”də daha iki il qalacaqsız. Müqavilənin uzadılması barədə çox fikirləşdiz?
- Danışıqlar müəyyən müddət davam etdi və nəticədə biz hər iki tərəfi razı salan ortaq məxrəcə gəldik. Çox şadam, çünki "Neftçi”də qalmaq istəyirdim. Özümü burada çox yaxşı hiss edirəm. Rəhbərliklə, komanda yoldaşlarımla, xüsusilə ən çətin vaxtlarımda mənə dəstək olan azarkeşlərlə çox yaxşı münasibətlərim var.

- Son mövsüm uğurlu başa çatsa da, komanda üçün çox çətin alındı. Buna baxmayaraq, futbolçular ancaq iki həftə dincələ bildilər. Ötən mövsümdən qalan yorğunluğu hiss edirsizmi?
- İki həftə? (gülür) Mən milli komanda ilə toplanışlarda oldum deyə, ancaq altı gün dincələ bildim. Təbii ki, müəyyən yorğunluq var, amma biz artıq növbəti mövsümə köklənməliyik. Həm də, yeni baş məşqçimizi daha yaxşı tanımalıyıq. Onun iş üslubu ilə, verdiyi tapşırıqlarla tanış olmalıyıq. Odu ki, işimiz kifayət qədər çoxdu.

- Roberto Bordin komandaya dörd məşq keçib. Təəssüratlarınız necədi?
- Bu, standart məşqlər idi. Qaçışlarla kifayətlənirdik, ancaq dünən topla işlədik. Formamızı bərpa edirik, ona görə də ilk təəssüratlardan danışmaq çətindi.

- İyunun 20-də "Neftçi”nin Avropa Liqasında ilk rəqibi müəyyənləşəcək. Potensial rəqiblərə baxmısızmı?
- Bəli, siyahını görmüşəm, amma demək olmaz ki, hər hansı bir komandanı yaxşı tanıyıram. Düzdü, potensial rəqiblərimizin heç biri o qədər də güclü çempionatlarda oynamır, amma bu o demək deyil ki, bizə asan olacaq. Dünya çempionatı zəif rəqiblərin qalmamasını açıq-aşkar göstərdi. Braziliya və Argentina heç-heçə etdilər, Almaniya məğlub oldu. Özümüzə əmin olmalıyıq, amma eyni zamanda rəqibi düzgün qiymətləndirməliyik.

- Yeni transferləri necə qiymətləndirirsiz?
- Baqali Dabonun yüksək səviyyəyə malik futbolçu olduğu hamıya məlumdu. O, ötən mövsümün ən məhsuldar oyunçusudu. Dario Frederiko isə diqqətimi elə "Kəpəz”də cəlb etmişdi. Çox yaxşı futbolçudu. Rəşad Eyubovla Tural Axundovu da tanıyıram. Şadam ki, onlar artıq bizə qoşulub. Xorvatiyalı Slavko Braliçə də komandamızda uğurlar arzulayıram. Rəhbərlik uğur qazanmaq üçün lazımı işlər görür. İnanıram ki, həm yeni futbolçular, həm də komandada olanlar bu mövsüm üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirəcəyik.


 
tarix: 19-06-2018 20:20


 
Xəbər lenti
24.09.2018

17:47   Riçard Almeydadan ilk qol açıqlaması

16:41   Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01   Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12   Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54   UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45   Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25   “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44   “Qarabağ”ın rəqibində ciddi itki

13:02   Denis Silvanın 250-ci oyunu

12:54   Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44   Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36   “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25   Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17   “Zirə”nin tarixinə düşən legioner

12:09   Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04   İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51   “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35   Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28   89,5 faizlə Bakı çempionatı

11:22   Təxirə salınan oyun üçün start vaxtı

11:17   Niyə Tərlan Əhmədov?

11:07   Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58   4300-dən 2300-ü...

10:52   “eTopaz”da günün canlı oyunları

10:45   Sərtanın başına 8 tikiş qoyuldu

10:39   “Sumqayıt”ın yeni, saxta milli sevgisi

10:31   Dadaşov oynadı, “Eştoril” uduzdu

10:25   Zaurların bitirdiyi “Keşlə”

10:19   Ozan Can üçün 28 dəqiqə və 3 xal

10:00   “TOPAZ”DA BU GÜN

09:43   Zubir “Neftçi”ni fərqləndirmədi

09:37   “Traktorsazi” yenə xal itirdi

09:21   Nazarovun komandası səfərdə sevindi

09:11   “Maaşımı istəmək haqqım idi”

09:00   Sillələyən, sillələnən “Qəbələ”

09:00   “Qarabağ”ın rəqibindən çətin qələbə

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az