(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Zaur Axundov Elxan Məmmədovun kadrını qovur

Zaur Axundov Elxan Məmmədovun kadrını qovur

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov AFFA qarşısında yeni məsələ qaldırıb. Komandanın ölkə kubokunu qazanmasından sonra Rövnəq Abdullayevin gözündə bir az qa qalxan Axundov islahatlar aparmağa hazırlaşır.
 
Onun düşərgədən göndərmək istədiyi ilk adam Rəmiş Malıyevdi. “Keşlə”nin AFFA-nın əlinə keçməsindən sonra federasiyadakı iş yerini paytaxt təmsilçisinə dəyişən Malıyev bir baş direktor kimi Axundovu qane etmir. MŞ-nın sədri sözügedən posta özünə yaxın kadrlardan birini gətirməyə hazırlaşır (sportinfo.az).
 
Malıyevin arxasında Elxan Məmmədov dayanıb. Necə deyərlər, o, baş katibin “Keşlə”dəki görən “göz”ü, eşidən qulağıdı. Sədrin baş direktora münasibətini klubun daxili ab-havasından xəbərdar olan hər kəs bilir.
 
AFFA-nın keçmiş hüquqşünası Axundovun gəlişinədək burada əsas söz sahibi idi. İstənilən qərarı verməkdə sərbəst idi.  Ötən 1 ildə isə vəziyyət kökündən dəyişib. Axundov bütün hakimiyyəti əlinə alıb və gözünə pis dəyən kadrların bir çoxunu artıq “dənləyib”.
 
Malıyevin növbəsi, əslində, çoxdan çatıb. Patron onun əlindən hələ Rauf Əliyevin qalmaqalı zamanı boğaza yığılıb. “Keşlə”dən qəfil ayrılan hücumçunun “Kukesi”yə keçidi, yəqin ki, yadınızda olar. O zaman Malıyev bu transferin hüquqi cəhətdən mümkün olmayacağını iddia etmiş, UEFA və FİFA vasitəsilə problemi çözəcəyini bildirmişdi. Lakin millinin keçmiş üzvü istəyinə çatdı, “Kukesi” ilə münasibətlərini rəsmiləşdirdi, Malıyevin hay-küyü özünə qaldı, Axundov cin atına mindi.

 
tarix: 20-06-2018 09:00


 
Xəbər lenti
22.07.2018

10:31   Eminsiz “Kalmar” doğma meydanda uduzdu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Şeydayevin klubundan 2 yeni transfer

01:29   “Sumqayıt”ın futbolçuları Bolu toplanışını dəyərləndirdi - VİDEO

00:55   “Sabah”da daha 3 imza

21.07.2018

23:05  “Ulduz”dan Ukraynada 1 qələbə, 1 məğlubiyyət

22:47  Millimizin baş məşqçisi: “Onlar verilən tapşırığı maksimum yerinə yetirdilər”

22:30  Millimizdən növbəti qələbə

22:13  Millimiz İsveçrəyə də böyük hesabla uduzdu

21:30  “Sabah” “Osmanlıspor”la da “sülh bağladı”

18:28  İşki düşkünü yenə Azərbaycan klubunda

18:22  “Milan”da yeni prezident

18:14  PSJ Kanteni aldı - 110 milyon avroya

18:01  Riad Rəfiyev yenə iş başında: klub prezidenti vəzifə səlahiyyətlərini qazanca qurban verir

16:02  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

15:33  “Qarabağ”ın səfər proqramı bəlli oldu

15:11  Millimiz mövqeyini qorudu

14:44  “Kukesi”nin kapitanı: “Kağız üzərində favorit “Qarabağ”dı”

14:22  “Kukesi” - “Qarabağ”: hakim təynatarı açıqlandı

12:28  “Qarabağ” “Sabah”a uduzdu

12:00  “Sabah” Türkiyə klubu ilə üz-üzə

11:50  “Roma”nın futbolçusu rəsmən “Fiorentina”da

11:21  “Liverpul”un qapıçısı digər Premyer Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Premyer Liqadan La Liqa təmsilçisinə

10:32  Bu uğursuzluğu ancaq çempionluq unutdura bilər

10:00  “TOPAZ”DA BU GÜN

09:31  Kosovo millisinin qapıçısı Super Liqa klubunda

02:50  Ayxan Abbasov: “Onlar hələ tam hazır deyil, vaxt lazımdı”

01:56  “Səbail” “İstanbulspor”a qarşı

00:11  Millimiz ilk oyunda məğlub oldu

00:02  “Neftçi”nin sabiq üzvü rəsmən “Sabah”da - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az