(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Portuqaliya, İspaniya və Uruqvaydan 1 qolla 3 xal

Portuqaliya, İspaniya və Uruqvaydan 1 qolla 3 xal

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, bu gün A və B qruplarında yer alan komandaların iştirakı ilə daha 3 oyun baş tutub.

Öncə B qrupu çərçivəsində Portuqaliya və Mərakeş yığmaları qarşılaşıb. Kristiano Ronaldonun ilk dəqiqələrdə vurduğu qol komandasına vacib qələbə qazandırıb. Mərakeş yığması isə ardıcıl ikinci məğlubiyyətini aldığından, mundialla vidalaşan ilk kollektivə çevrilib. Bu komanda üçün son turun oyunu formal xarakter daşıyacaq.

Ardından A qrupunda yer alan Uruqvay Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Bu oyun mundiala ev sahibliyi edən Rusiya üçün də mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, Uruqvay millisi bu oyunda məğlub olmasa, ruslar son turun nəticələrindən asılı olmayaraq, DÇ-də 1/8 finala çıxan ilk kollektiv olacaqdı. Cənubi amerikalılar qələbə qazanacaqları təqdirdə isə təşkilatçı ölkə ilə birgə növbəti mərhələyə yüksələcəkdilər və son turda A qrupunda baş tutacaq hər iki görüş tam formal xarakter daşıyacaqdı. Belə də olub. Uruqvay minimal hesabla qalib gəlib və ruslarla bərabər 1/8 finala yüksəlib. Misir və Səudiyyə Ərəbistanı isə əvvəlki oyunlarında uduzduğundan, mundialla vidalaşıblar. Bu komandaların son turdakı qarşılaşması heç bir əhəmiyyət kəsb etməyəcək.

Günün son oyununda isə B qrupunda yer alan İran və İspaniya yığmalarının dueli baş tutub. İlk turda Mərakeşə qalib gəlmiş (1:0) cənub qonşularımız ispanları da məğlub edə bilsəydilər, 1/8 finala vəsiqəni təmin edəcəkdilər. Lakin ispanlar buna imkan verməyiblər. Avropa təmsilçisi də günün qalibləri kimi, 3 xalı tək qolla bayram edib.

DÇ-2018
20 iyun

B qrupu

Portuqaliya - Mərakeş 1:0
Qol: K.Ronaldo, 4.
Baş hakim: Mark Geyger (ABŞ).
Moskva. “Lujniki” stadionu.

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 5. Rafael Gerrero, 6. Xose Fonte, 7. Kristiano Ronaldo (k), 8. Joao Moutinyo, 10. Joao Mario, 11. Bernardo Silva, 14. Villiam, 17. Qonsalo Quedes, 21. Sedrik.
Ehtiyat oyunçular: 2. Bruno Alves, 4. Manuel Fernandes, 9. Andre Silva, 12. Antoni Lopes, 13. Ruben Dias, 15. Rikardo 16. Bruno Fernandes, 18. Jelson, 19. Mario Rui, 20. Rikardo Kuaresma, 22. Beto, 23. Adrien Silva.
Baş məşqçi: Fernando Santos.
Mərakeş: 12. Monir Əl Kayui, 2. Əşrəf Hakimi, 4. Manuel Da Kosta, 5. Mehdi Benatya (k), 7. Hakim Ziyex, 8. Kərim Əl Əhmədi, 10. Yunes Belhanda, 13. Xalid Butaib, 14. Mbark Bussufa, 16. Nordin Amrabat, 17. Nabil Dirar.
Ehtiyat oyunçular: 1. Yassin Bunu, 3. Hamza Mendil, 6. Ganem Sayss, 11. Faysal Facr, 18. Amine Harit, 19. Yussef En Nesri, 20. Aziz Buhadduz, 21. Sofyan Amrabat, 22. Ahmed Taqnauti, 23. Mehdi Karsela, 15. Yussef Bennasser.
Baş məşqçi: Renard Herve.

A qrupu

Uruqvay - Səudiyyə Ərəbistanı 1:0
Qol: L.Suares, 23.
Baş hakim: Kleman Turpen (Fransa).
Rostov. “Rostov Arena”.

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Ximenes, 3. Dieqo Qodin (k), 4. Gilyermo Varela, 5. Karlos Sançes, 6. Rodriqo Bentankur, 7. Kristian Rodriqes, 9. Luis Suares, 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres.
Ehtiyat oyunçular: 8. Nahitan Nandes, 10. Giorgian De Arraskaeta, 11. Kristian Stuani, 12. Martin Kampana, 13. Qaston Silva, 14. Lukas Torreyra, 16. Maksimiliano Pereyra, 17. Dieqo Laksalt, 18. Maksimiliano Qomes, 19. Sebastyan Koates, 20. Xonatan Urretaviskaya, 23. Martin Silva.
Baş məşqçi: Oskar Tabares.
Səudiyyə Ərəbistanı: 22. Məhəmməd Alovays, 3. Osama Havsavi (k), 4. Ali Albulayhi, 6. Məhəmməd Alburayk, 7. Salman Əlfərəc, 9. Hatan Bahbri, 13. Yasser Əlşahrani, 14. Abdulla Otayf, 17. Taysser Əlyassam, 18. Salem Aldavsari, 19. Fahad Almuvallad.
Ehtiyat oyunçular: 1. Abdullah Almuayuf, 2. Mansur Əlhərbi, 5. Omar Havsavi, 8. Yahya Əlşəhri, 10. Məhəmməd Əlşəhlavi, 11. Əbdülmalik Əlxaibri, 12. Məhəmməd Kanno, 15. Abdullah Əlxaybari, 16. Hüsseyn Əlmoqahvi, 20. Muhannad Asiri, 21. Yasser Almosailem, 23. Motaz Havsavi.
Baş məşqçi: Xuan Antonio Pitsi.

B qrupu

İran - İspaniya 0:1
Qol: D.Kosta, 54.
Baş hakim: Andres Kunya (Uruqvay).
Kazan. “Kazan Arena”.

İran: 1. Əli Beyranvand, 3. Ehsan Hacı Safi (k), 6. Səid Ezatolahi, 8. Morteza Puraliqanyi, 9. Omid Ebrahimi, 10. Kərim Ansarifarid, 11. Vahid Əmiri, 17. Mehdi Taremi, 19. Məcid Hosseyni, 20. Sərdar Azmun, 23. Ramin Rezaeyan.
Ehtiyat oyunçular: 2. Mahdi Torabi, 5. Milad Məhəmmədi, 7. Məsud Şocaei, 12. Rəşadi Məzaheri, 13. Məhəmməd Reza Xanzadə, 14. Saman Goddos, 15. Peyman Montazeri, 16. Reza Qoçannejad, 18. Alireza Cahanbaxş, 21. Aşkan Dejagah, 22. Əmir Abedzadə, 4. Rozbeh Çeşmi.
Baş məşqçi: Karlos Keyruş.
İspaniya: 1. David De Xea, 2. Dani Karvaxal, 3. Jerar Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta, 11. Lukas Vaskes, 15. Serxio Ramos (k), 18. Xordi Alba, 19. Dieqo Kosta, 21. David Silva, 22. İsko.
Ehtiyat oyunçular: 4. Naço, 7. Saul, 8. Koke, 9. Rodriqo, 10. Tyaqo, 12. Alvaro Odriozola, 13. Kepa Arrizabalaqa, 14. Sezar Aspilikiueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 20. Marko Asensio, 23. Pepe Reyna.
Baş məşqçi: Fernando Yerro.


 
tarix: 20-06-2018 23:54


 
Xəbər lenti
24.09.2018

16:41   Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01   Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12   Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54   UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45   Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25   “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44   “Qarabağ”ın rəqibində ciddi itki

13:02   Denis Silvanın 250-ci oyunu

12:54   Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44   Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36   “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25   Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17   “Zirə”nin tarixinə düşən legioner

12:09   Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04   İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51   “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35   Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28   89,5 faizlə Bakı çempionatı

11:22   Təxirə salınan oyun üçün start vaxtı

11:17   Niyə Tərlan Əhmədov?

11:07   Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58   4300-dən 2300-ü...

10:52   “eTopaz”da günün canlı oyunları

10:45   Sərtanın başına 8 tikiş qoyuldu

10:39   “Sumqayıt”ın yeni, saxta milli sevgisi

10:31   Dadaşov oynadı, “Eştoril” uduzdu

10:25   Zaurların bitirdiyi “Keşlə”

10:19   Ozan Can üçün 28 dəqiqə və 3 xal

10:00   “TOPAZ”DA BU GÜN

09:43   Zubir “Neftçi”ni fərqləndirmədi

09:37   “Traktorsazi” yenə xal itirdi

09:21   Nazarovun komandası səfərdə sevindi

09:11   “Maaşımı istəmək haqqım idi”

09:00   Sillələyən, sillələnən “Qəbələ”

09:00   “Qarabağ”ın rəqibindən çətin qələbə

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az